Cavid Hüseynovun məhkəmə prosesi

Futbolçu Cavid Hüseynovla bağlı Prezidentə müraciət edildi

35
(Yenilənib 15:59 08.06.2016)
Müraciətdə futbolçunun atasının şəhid olması, ölkəmizin adına qazandığı uğur və nailiyyətlərin, həmçinin himayəsində azyaşlı uşaqların olmasının nəzərə alınması xahiş edilir

BAKI, 8 iyun — Sputnik. Dünya Azərbaycanlıları Assambleyasının Təşəbbüs Qrupunun rəhbəri, Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Sputnik Voicepress-ə istinadən xəbər verir ki, müraciətdə, jurnalist Rasim Əliyevin ölümündə günahkar bilinən və azadlıqdan məhrum edilən Cavid Hüseynovun atasının şəhid olması, bu günə qədər heç bir məhkumluğunun olmaması, ölkəmizin adına qazandığı uğur və nailiyyətlər, həmçinin himayəsində azyaşlı uşaqların olması nəzərə alınaraq, onun barəsində ədalətli qərar verilməsi xaiş olunub.

Dünya Azərbaycanlıları Assambleyasının Prezident İlham Əliyevə müraciətinin mətni
© Sputnik
Dünya Azərbaycanlıları Assambleyasının Prezident İlham Əliyevə müraciətinin mətni
35
Teqlər:
Rəşad Quliyev, Alman Azərbaycan Mədəniyyət Evi, Dünya Azərbaycan Assambleyası, Cavid Hüseynov, Mehriban Əliyeva, İlham Əliyev
Əlaqədar
Futbolçu Cavid Hüseynova hökm oxundu
Cavid Hüseynovun məhkəməsində dövlət ittihamçısı dəyişdirildi
Cavid Hüseynov bəraət ala bilmədi
Cavid Hüseynovun üzərindən “qətldə təşkilatçı olma” ittihamı götürüldü
Cavid Hüseynov: Ümid edirəm ki, qrup oyunlarında mən də oynayacam
Cavid Hüseynovla bağlı məhkəməyə müraciət olunub
Kəlbəcərə mənzərə, arxiv şəkli

Kəlbəcərdə hər il 50 mindən artıq insan müalicə alırdı - Xidmət rəisi

3
(Yenilənib 18:09 29.11.2020)
"Bu yataqların gündəlik debiti 3080 kubmetr təşkil edir. Burada ötən əsrin 80-ci illərində 800 min litr termal su bağlanırdı"

BAKI, 29 noyabr — Sputnik. Kəlbəcər təkcə filiz və ya qeyri-filiz yataqları ilə deyil, həm də termomineral suları ilə zəngindir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. Xəzər TV-nin "Birinci Studiya" verilişinin qonağı olan Ə.Əliyev deyib ki, Kəlbəcərdə "İstisu" və "Tutqun" termal-mineral iri su hövzələri mövcuddur. Onun sözlərinə görə, bu hövzələrin hər birində 4 yataq var: "Bu yataqların gündəlik debiti 3080 kubmetr təşkil edir. Burada ötən əsrin 80-ci illərində 800 min litr termal su bağlanırdı. Eyni zamanda "İstisu" kurort-sanatoriya kompleksi fəaliyyət göstərirdi".

O deyib ki, Kəlbəcərdə bir ildə 50 mindən artıq insan müalicə alıb, şəfa tapırdılar.

3
Teqlər:
müalicə, termal sular, İstisu, Qarabağ, Kəlbəcər
Yanğınsöndürənlər, arxiv şəkli

Zavodun tavanı ailələrin başına uçdu, maşınlar partladı - Xırdalanda qorxunc olay

13
Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib

BAKI, 29 noyabr - Sputnik. Xırdalanda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerində baş vermiş uçqunla bağlı məlumat yayılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 28-də Abşeron rayonunu, Xırdalan şəhərində keçmiş Yüngül Konstruksiyalar Zavodunda uçqun baş verib.

Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti şöbəsinin və yerli sektorunun nümayəndələri orada olub, ailələrin vəziyyəti ilə tanış olublar.

Yanğın baş verən ünvanda yaşayan 9 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq Kəlbəcər rayonundan məcburi köçkün Verdiyev Seymur Dilqəm oğluna məxsus "Mitsubishi" və Laçın rayonundan məcburi köçkün Məmmədov Taleh Zahid oğluna məxsus "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın dərhal söndürülüb.

Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

13
Teqlər:
yanğın, partlayış, avtomobil, məcburi köçkünlər, bina, zavod, Xırdalan