Mel ansamblı

"Mel"in köçürdüyü gəlinlər artıq nənə olublar...

182
(Yenilənib 10:42 08.06.2016)
Bu, gəlin köçəcək qızın hələ ata evində ikən bütün ev işərini, uşaq saxlamağı, bir sözlə, evdarlığı öyrənməyinin vacib olmağına işarədir. Yəni qızın gəlin köçməyə hazırlığı, heç də cehiz tədarükündən ibarət deyil.

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. Qeyri-maddi mədəni irsin bərpası, qorunması və təbliği məqsədilə 2010-cu ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi ölkə şəhərləri arasından "əfsanələr", "folklor", "sənətkarlıq" kimi nominasiyalar üzrə "paytaxt"lar seçir. Xəbər verdiyimiz kimi 2016-cı il üçün Qusar şəhəri "Azərbaycanın folklor paytaxtı" elan edilib.

Uşaqlar dünyanın sevinci, şənliyi, ümididirlər
© Sputnik / Shahperi Abbasova

Bununla əlaqədar olaraq rayonda tez-tez elmi-praktiki konfranslar, "dəyirmi masa"lar, konsertlər, müsabiqələr, sərgilər və başqa tədbirlər təşkil edilir. Qusar şəhəri ilə yanaşı, kəndlərin də mədəni həyatında canlanma yaranıb.

Qeyd edək ki, Qusarda folklorun çoxəsrlik ənənəsi var. Rayon əhalisinin təqribən 90 %-ini təşkil edən ləzgilər, tarixin bütün dövrlərində öz ana dillərini, adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlayıblar. Rayonun Hil kəndində milli-mənəvi dəyərləri, qədim adət-ənənələri təbliğ edən folklor ansamblının yaranma tarixi ötən əsrin yetmişinci illərinə gedib çıxır.

Kənd məktəbi "akademiya" adlandırılır

Hil kəndi üç böyük təpənin üstündə yerləşir. Həmin təpələrə onlarla yol, cığır qalxır. Yaşayış məntəqəsi dəniz səviyyəsindən, təxminən 850 metr hündürlükdə, meşə əhatəsində yerləşir. Bu qədim ləzgi kəndində azərbaycanlılar, ruslar və başqa millətin nümayəndələri bir-birlərinə qaynayıb-qarışaraq daim mehriban münasibətdə yaşayıblar.

Zəngin tarixə və böyük topluma malik kənd rayonun ilk inzibati mərkəzi olub. Hil kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Abdulşirin Orucəliyevin sözlərinə görə, kənddə ilk məktəbi xeyirxah sakinlərdən biri öz təşəbbüsü ilə təşkil edib.

"1917-ci ildə Baxış adlı şəxs Həcc ziyarətindən qayıdandan sonra evinin 1-ci mərtəbəsini xalqın balalarının ixtiyarına verib. O, türk, ərəb dillərini bildiyindən, uşaq və gənclərə əlifbanı öyrədib. Həmin təhsil ocağı "əlifba məktəbi" adlanıb", — Orucəliyev Sputnik-ə açıqlamasında deyib.

Müsahibimizin sözlərinə görə, Hil kəndindəki tam orta məktəbi "Elmlər Akademiyası" adlandırırlar: "Məktəb dünya şöhrətli professor Kərim Kərimovun adını daşıyır. Təhsil ocağının məzunlarından onlarla alim yetişib".

Cehiz hazırlığı üçün iməclik

Məlum olduğu kimi, şifahi ədəbiyyat xalqın tarixi, həyat və məişəti, adət və ənənəsi ilə qırılmaz tellərlə bağlıdır. O, hər şeydən əvvəl, mənsub olduğu xalqın canlı danışıq dilinin bütün incəliklərini özündə əks etdirir.

  • Hil kəndi üç böyük təpənin üstündə yerləşir, həmin təpələrə onlarla yol, cığır qalxır
    Hil kəndi üç böyük təpənin üstündə yerləşir, həmin təpələrə onlarla yol, cığır qalxır
    © Sputnik / Ayaz Yaşılyarpaq
  • Kənd dəniz səviyyəsindən təxminən 850 metr hündürlükdə, meşə əhatəsində yerləşir
    Kənd dəniz səviyyəsindən təxminən 850 metr hündürlükdə, meşə əhatəsində yerləşir
    © Sputnik / Ayaz Yaşılyarpaq
  • Hil kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Abdulşirin Orucəliyev
    Hil kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Abdulşirin Orucəliyev
    © Sputnik / Ayaz Yaşılyarpaq
  • Azərbaycan dili və ədəbiyyatı müəllimi Ayna Rəfiyeva
    Azərbaycan dili və ədəbiyyatı müəllimi Ayna Rəfiyeva
    © Sputnik / Ayaz Yaşılyarpaq
  • Kənd folklor evinin direktoru Xüzəmət Paşayev
    Kənd folklor evinin direktoru Xüzəmət Paşayev
    © Sputnik / Ayaz Yaşılyarpaq
  • Mel ansamblı
    “Mel” özfəaliyyət ansamblı 1978-ci ildə yaradılıb
    © Sputnik / Ayaz Yaşılyarpaq
  • Ansamblın quruluşlarında istifadə olunan simvolik beşik
    Ansamblın quruluşlarında istifadə olunan simvolik beşik
    © Sputnik / Ayaz Yaşılyarpaq
  • Hil kəndindəki məscid ölkə əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunur
    Hil kəndindəki məscid ölkə əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunur
    © Sputnik / Ayaz Yaşılyarpaq
1 / 8
© Sputnik / Ayaz Yaşılyarpaq
Hil kəndi üç böyük təpənin üstündə yerləşir, həmin təpələrə onlarla yol, cığır qalxır

"Mel" ansamblının təqdim etdiyi "cehiz hazırlığı üçün iməclik" quruluşunda da daha çox qədim və zəngin mədəni irsə malik bir xalqın sadə, lakin şərəfli həyatı, dünyagörüşü, ümid və arzusu, inancı ifadə olunub. Burada ləzgi dilinin şirinliyi adamların həm əmək prosesi zamanı söhbətlərində, həm də oxuduqları nəğmələrdə hiss olunur.

Heç kəsə sirr deyil ki, gəlin köçəcək qızın cehiz hazırlığı olduqca ağır işdir. Xalça, kilim toxumaq, yun əyirib yorğan-döşək salmaq və başqa işləri görmək bəzən bir ailənin imkanı xaricində olur.

Əvvəlki dönəmlərdə bu işlər qohum və qonşuların köməyi ilə birgə görülüb. Adamlar yığışıblar, şən söhbətlərlə, zarafatlarla bütün işi görüblər, yeyib-içib, şənlik edib dağılışıblar. Bir elin xeyir-duası ilə qurulan ailələr də möhkəm olub. 

"Mel"çilərin təqdim etdiyi quruluşda diqqəti çəkən daha bir məqam ansambl üzvlərindən birinin nehrə çalxalamağı, digərinin isə beşik başında layla deyə-deyə corab toxumağıdır. Bu, gəlin köçəcək qızın hələ ata evində ikən bütün ev işərini, uşaq saxlamağı, bir sözlə, evdarlığı öyrənməyinin vacib olmağına işarədir. Yəni qızın gəlin köçməyə hazırlığı, heç də cehiz tədarükündən ibarət deyil…

"İməclik yığışandan bəri adamlar arasında soyuqluq, biganəlik yaranıb"

Hil kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ayna Rəfiyeva hesab edir ki, iməclik vaxtı edilən maraqlı söhbət, deyib-gülmək, musiqi, rəqs işin ağırlığını unutdurur: "Bizim yerlərdə mel təkcə cehiz hazılığı ilə bağlı olmayıb. Əvvəlki dönəmlərdə bir çox işlər birgə görülüb. Məsələn, bir kasıb adama ev tikmək üçün bütün kənd camaatı öz köməkliyini edib. Xüsusilə, 2-ci mərtəbəyə kərpicləri qaldırmağa. Bahar bayramı ilə də bağlı işlərin çoxu mellə görülüb".

Mel zamanı gənc oğlan və qızların xasiyyətləri, səriştə və qabiliyyətləri ortaya çıxıb. Bu, gənclərə bir-birlərini görmək, valideynlərə isə seçim etmək imkanı verib. Beləcə mel çox yatmış bəxtləri oyadıb, düyünləri açıb. Bundan əlavə, gənclər işin çəm-çevirini böyüklərdən öyrəniblər, necə deyərlər, görüb götürüblər.

"Təəssüf ki, dövr dəyidikcə adət-ənənələrin bəziləri unudulur. Elə bu iməclik adətinin yavaş-yavaş yığışmağı da adamlar arasında soyuqluq, biganəlik yaradıb. Mən gənclərimizə tövsiyə edirəm ki, adımızla, əxlaqi dəyərlərimizlə bağlı olan və bizi qoruyan adətlərimizi unudulmağa qoymasınlar", — Ayna xanım çağırış edir.

Hil kənd folklor evinin direktoru Xüzəmət Paşayev bildirir ki, "Mel" özfəaliyyət ansamblı 1978-ci ildə yaradılıb: "İlk vaxtlar cehiz hazırlığı gördüyümüz qızlar artıq nənə olublar. Amma ssenaridə kiçik dəyişiklik etməklə proqramı vaxtaşırı ictimaiyyətə təqdim edirik. Bu, bir tərəfdən adət-ənənələrimizin qorunmasına, digər tərəfdən isə foklorumuzun yaşadılmağına xidmət edir".

Məscid qıfıllı qalıb

Hil kəndində bir əsrdən çox yaşı olan möhtəşəm məscid var. Neçə vaxtdır ki, ondan istifadə yasaqlanıb, minarəsindən "Azan" səslənmir.

Tikili ölkə əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunur. İslam inanclı Hil sakinləri "Allah evi"nin qapısı üstündəki qıfılın da tezliklə açılacağına ümid edirlər.

Qeyd: Azərbaycanda yaşayan ləzgilərin köhnə adətinə görə gəlin köçəcək qızın cehizi "mel"lə, yəni iməclik keçirməklə hazırlanıb. Qusarın Hil kəndində bu adəti təbliğ edən folklor ansamblı fəaliyyət göstərir.

182
Teqlər:
Hil kəndi, "mel", "Azərbaycanın folklor paytaxtı", "sənətkarlıq", "folklor", "əfsanələr", qeyri-maddi mədəni irs, Qusar, Mədəniyyət və Turizm Nazirliyi, paytaxt
Əlaqədar
Stalinin hələ də "yaşadığı" yeganə kənd - bura Azərbaycandır
Azərbaycanda qeyri-adi mərc: meydan qana boyanmalıdır
Azərbaycanın bu incisi təhlükə altında
Bu evdə 271 şəhid yaşayır
Minlərlə insanın həyatı bahasına yaradılan cənnət
Reza Deqati, arxiv şəkli

Əcnəbilər üçün tarix dərsi: "Maşınların pəncərəsindən gizli şahidlik etdim" - FOTO

0
(Yenilənib 17:01 20.01.2021)
"Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq Moskvadan qatara minərək qırx səkkiz saat orada gizləndim, Bakıya gəldim. Bunun sayəsində bəzən bu üsyan cəhdinin ciddi təzyiqi altında maşınların pəncərəsindən gizli  şahidlik edə bildim"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Fransada yaşayan məşhur fotojurnalist Reza Deqati 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, dünyaca məşhur fotoqraf qanlı gecə haqqında özünün "Facebook" səhifəsində yazıb: "Əfqan sərkərdələri ilə dağlarda döyüşdükdən sonra dünyanın ən böyük ordularından biri təslim oldu. Şərq Blokunun parçalanması başladı - Berlin divarından yıxılacaq ilk beton parçasının simvolizə etdiyi bir proses. 19-cu əsrdən bəri Rusiyanın nəzarətində olan bir ölkədə - Azərbaycanda siyasi ixtişaşlar Kremlə qarşı üsyana çevrildi. Bu cəsarəti cəzalandırmaq üçün rus tankları 19 yanvar 1990-cı ildə gecə Azərbaycanın paytaxtı Bakıya girdi və insanları qətlə yetirdilər".

Məşhur fotoqraf həmin faciə vaxtı Bakıya gəldiyi haqqında da danışıb: "Qırğın yüzlərlə ölü və yaralıya səbəb oldu. Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq Moskvadan qatara minərək qırx səkkiz saat orada gizləndim, Bakıya gəldim. Bunun sayəsində bəzən bu üsyan cəhdinin ciddi təzyiqi altında maşınların pəncərəsindən gizli şahidlik edə bildim".

Deqati qanlı günlərin simvolu olan qərənfil haqqında da danışıb: "Milli çiçək artıq ölkəni təmsil etmək üçün deyil, o lənətə gəlmiş gecə istifadə edildi. Qırmızı qərənfillər indi yalnız cənazə üçün istifadə olunur və müstəqillik uğrunda mübarizə zamanı ölənlərin xatirəsini yad etmək üçün məzar daşlarının üzərinə qoyulur. Ağrılı keçmişin əbədi qalıqları, yerdəki çiçəklər insanları öz tarixi ilə barışığa, nəhayət azadlığa qovuşmağa dəvət edir".

Məşhur fotoqraf həmin gecə ilə bağlı "Məsumların qırğını" (The Massacre of the Innocents) adlı kitab dərc edib. R.Deqati izləyicilərini həmin kitabı oxumağa dəvət edib.

Qeyd edək ki, Reza Deqati 40 ildən çoxdur dünyanı gəzib dolaşır. O, Qarabağda dəfələrlə olub. Otuzdan çox kitabın müəllifidir. Bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

0
Teqlər:
fotoqraf, tarix, 20 Yanvar

Əyani təhsil başlayanda şagirdləri nələr gözləyir?

2
(Yenilənib 16:26 20.01.2021)
Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması təhsilə də sirayət edəcək. KİV-də məlumat yayılıb ki, Təhsil Nazirliyi məktəbləri açmağa hazırlaşır, ancaq konkret vaxt deməyə hələ tələsmir

Məlumdur ki, respublika üzrə təhsil müəssisələrində əyani dərslər 2020-ci il noyabrın 2-də koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbi ilə dayandırılmışdı. Hazırda gündəlik yoluxma statistikası payızdakı göstəricilərədək azalıb. Eyni zamanda Azərbaycanda əhalinin müəyyən qrupunun da peyvəndlənməsinə başlanılıb. 

Sosial şəbəkələrdə isə məktəblərin fevralın 1-dən, yaxud da 15-dən 5-9-cu sinif şagirdləri üçün açılacağı aktiv müzakirə olunur. 

Təhsil müəssisələrinin yenidən açılması ilə şagirdləri nələrin gözlədiyi, təhsil prosesinin necə qurulacağı və onlayn dərslərlə uşaqların məktəbə gəlməsini necə uyğunlaşdıracaqları barədə sualları yanvarın 25-i saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində təhsil eksperti, Təhsil.biz maarifçi-informasiya portalının baş redaktoru Kamran Əsədov cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə: 

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

2