Bakı bulvarı

Bakı bulvarı sakinlərin üzünə bağlanır

155
Dənizkənarı Milli Park Formula 1 yarışlarının keçiriləcəyi müddətdə təkcə avtomobil istismarçıları üçün deyil, piyadalar üçün də bağlı olacaq. Paytaxt sakinlərinin iyunun 15-dən 20-nə qədər bulvara giriş qadağandır.

BAKI, 7 iyun — Sputnik. Bakıda yaşayan, yaxud işləyən bütün avtomobil istifadəçilərinin şəhərdə hərəkəti, Formula 1 Avropa Qran Prisi çərçivəsində keçirilən yarışların növbəti mərhələsi başa çatana qədər məhdudlaşdırılacaq. Belə ki, həmin müddətdə mərkəzi yollarda hərəkət etmək istəyən şəxsi avtomobillər üçün xüsusi buraxılış tələb ediləcək.

Bakı şəhər Halqası Əməliyyat Şirkətinin təmsilçisi Nigar Arpadarai
© Sputnik / Murad Orujov
Bakı şəhər Halqası Əməliyyat Şirkətinin təmsilçisi Nigar Arpadarai

Bu barədə Sputnik-ə Baku City Circuit-in marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadai məlumat verib. Onun sözlərinə görə, buraxılışla bağlı müraciətlər mayın 30-dan iyunun 13-nə qədər qəbul edilir.

"Hətta buraxılış olduğu halda belə, sürücülər bu qapalı ərazidə gecə saat 24-dən səhər saat 6-ya qədər hərəkət edə bilərlər. Çünki qalan vaxt oradan şosse kimi istifadə ediləcək", — deyə Arpadai bildirib.

Məlum olduğu kimi, iyunun 14-dən 21-nə qədər paytaxtda nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq. Formula 1-in keçiriləcəyi ərazilər 3 sahəyə ayrılıb: 1 №-li sahə — "İçərişəhər" tarix-memarlıq qoruğunun ərazisini, 2 №-li sahə — Azadlıq meydanı və ona bitişən küçələri, 3 №-li sahə isə — BMT-nin 50 illiyi küçəsini əhatə edəcək.

Arpadainin sözlərinə görə, piyadalar üçün heç bir məhdudiyyət qoyulmayıb: "Onlar sərbəst hərəkət edə bilərlər, heç bir buraxılışa ehtiyac yoxdur. Piyadalar üçün xüsusi körpülər nəzərdə tutulub ki, yolları sərbəst adlaya bilsinlər".

Dənizkənarı bulvara isə təkcə avtomobil istismarçıları deyil, heç piyadalar da buraxılmayacaq. Formula 1-in keçiriləcəyi əraziyə düşdüyü üçün, bulvar 5 gün ərzində bakılılar üçün bağlı olacaq. İyunun 15-dən 20-nə qədər bura ancaq Formula 1-ə bileti olan şəxslər gələ bilərlər.

"Bulvarda yalnız bilet sahibi olan şəxslər əylənə bilərlər. Formula 1-in biletlərinin qiymətləri isə fərqlidir. Tribunanın yerləşmə yerinə görə 190 manatdan 500 manata qədərdir", — deyə Arpadai bildirib.

155
Teqlər:
Dənizkənarı Milli Park, Nigar Arpadai, Avropa Qran Prisi, Formula 1, bulvar, Bakı
Əlaqədar
Bulvarda cibinizi soyacaqlar, həm də gözünüz görə-görə...
Dənizkənarı Bulvar İdarəsinə yeni rəis təyin olunub
Bakı Ağ Şəhər bulvarının açılışında prezidentlə selfie çəkdirdilər
Moskvada “Formula-1” yarışlarının təbliğinə dəstək aksiyası keçirilib
"Formula-1" ilə əlaqədar Neftçilər Xəstəxanasında xüsusi şəraitli palata yaradılıb