kredit

Banklar manatla kredit verilməsini bərpa etdi

230
(Yenilənib 16:00 06.06.2016)
Hazırda "Rabitəbank", "Accessbank", AFB Bank", "Kapital Bank", "Azər-Türk Bank", Atabank", "Bank of Baku", Bank Respublika", "Paşa Bank", "Unibank", "Bank Avrasiya" və digərləri manatla kredit verilişini həyata keçirir

BAKI, 6 iyun — Sputnik. Hazırda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının təxminən yarısı kredit verir. Sputnik "Report"a istinadən xəbər verir ki, artıq banklar məhdudiyyətlə olsa da manatla kreditləşmənin bərpasına başlayıblar.

Hazırda "Rabitəbank", "Accessbank", AFB Bank", "Kapital Bank", "Azər-Türk Bank", Atabank", "Bank of Baku", Bank Respublika", "Paşa Bank", "Unibank", "Bank Avrasiya", "Dəmirbank", "Parabank", Azərbaycan Beynəlxalq Bankı, Bank Nikoil", Bank BTB", "Caspian Development Bank" manatla kredit verilişini həyata keçirir.

Qeyd edək ki, "Rabitəbank" və "Parabank" lombard və depozit təminatı əsasında həm manatla, həm də dollarla kreditləşməni davam etrdirir.

"Azərbaycan Sənaye Bankı" və "Yapı Kredi Bank Azerbaijan" isə nağd pul krediti verməsə də, müştərilərə kredit kartı təklif edirlər. "Ziraat Bank Azerbaijan" isə hazırda ancaq biznes kreditləri verməklə məşğuldur.

"Xalqbank"da isə hazırda yalnız Sahibkarlığa Kömək Milli Fondunun və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xətti ilə verilən kreditlər aktivdir.

Qeyd edək ki, dollarla kreditlər əsasən biznes kreditləri və gəliri dollarla olan müştərilər üçün nəzərdə tutulub. "Bank Avrasiya" və "Bank Nikoil" dollar kreditlərini yalnız gəliri dollarla olanlara təklif edir.

Hazırda bankların kredit təklifləri üzrə göstəricini təqdim edirik:

Banklar

Manatla

Dollarla

1

Rabitəbank

+

+

2

NBC Bank

-

-

3

Expressbank

-

-

4

Kredobank

-

-

5

Accessbank

+

-

6

AFB Bank

+

-

7

Kapitalbank

+

 

8

Günaybank

-

-

9

Azər-Türk Bank

+

+

10

Zaminbank

-

-

11

ASB bank

-

-

12

Atabank

+

-

13

Bank of Baku

+

-

14

Bank Respublika

+

-

15

Paşabank

+

-

16

Turanbank

-

-

17

Unibank

+

-

18

Silk Way Bank

-

-

19

Bank Avrasiya

+

+

20

Dəmirbank

+

-

21

Parabank

+

+

22

Azərbaycan Beynəlxalq Bankı

+

+

23

Bank Nikoil

+

+

24

Muğanbank

-

-

25

Xalqbank

-

-

26

Amrahbank

-

-

27

Dekabank

-

-

28

BTB

+

+

29

Caspian Development Bank

+

-

30

AGBank

-

-

31

Bank VTBAzərbaycan

-

-

32

Yapı Kredi Bank Azərbaycan

-

-

33

Bank Standard*

   

34

Ziraat Bank Azərbaycan**

   

+Kredit verilir

-Kredit verilmir

*Banka müvəqəti inzibatçı təyin olunub. Hazırda yalnız xırda əmanətlərin qaytarılması həyata keçirilir, digər bank əməliyyatları aktiv deyil.

**Ancaq biznes kreditləri aktivdir

230
Teqlər:
kommersiya bankları, kredit, bank, manat, dollar
Əlaqədar
"12-13 faizlə təhsil kreditlərinin alınması əlverişli olmaz"
Problemli kreditlərlə bağlı dördpilləli həll planı
Bundan sonra 1000 manat kredit götürmək istəyən şəxs 50 minlik evini girov qoymalı olacaq
Dollar kreditləri ilə bağlı təkliflər paketi açıqlandı
AMB 1 milyard krediti kimlərə verib?
Şəhid hərbçilərimizin kredit borcları bağlandı
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır

Əliyevlə Ərdoğan Ağdamdakı Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

2
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.

 Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

2
Teqlər:
telefon danışığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan
Polis

Adam öldürməkdə ittiham edilən adam bu dəfə 36 kq narkotiklə yaxalandı

3
(Yenilənib 18:55 16.01.2021)
Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb

BAKI, 16 yanvar — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.

Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

3