Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların iştirakçıları

Sağlamlıq imkanı məhdud uşaqlara müxtəlif peşələr öyrədilir

65
(Yenilənib 15:04 06.06.2016)
"Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinin icrasına başlanıb

BAKI, 6 iyun — Sputnik. "Biosfer" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinin icrasını davam etdirir. İctimai Birlikdən Sputnik-ə verilən məlumata görə, mayın 1-dən başlayaraq, layihənin icrası ilə əlaqədar işçi qrupu yaradılıb, tədbirlərin keçirilməsi üçün hazırlıq işləri planlaşdırılıb, tədbirlərin keçirilməsi üçün yerlər müəyyənləşdirilib və mütəxəsislərdən ibarət məsləhət şurası yaradılıb.

  • Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili layihəsinin icrasına başlanıb
    "Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinin icrasına başlanıb
    © Photo : "Biosfer" İctimai Birliyi

1 / 4
© Photo : "Biosfer" İctimai Birliyi
"Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinin icrasına başlanıb

İyunun 4-də Xəzər rayonu, Əhməd Baxşiyev adına 38 saylı Texniki-Yaradıcılıq Mərkəzində (TYM) əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar uşaqlar üçün kurs keçirilib. Onlarla uşağın iştirak etdiyi kursda, onlara toxuculuq, hörmə, rəsm çəkmə, suvenir hazırlama və digər peşə sahələrinə dair biliklər öyrədilib və həmin peşənin incəlikləri əyani şəkildə nümayiş olunub.

"Biz onlardakı xüsusi həvəsi və qabiliyyəti gördükcə, daha da ruhlanırıq və onlara daha çox bilgi verməyə çalışırıq. Özləri də, gördüyünüz kimi, onlara öyrədilənləri gözəl qavrayırlar və biz onlardakı istedadı görüb sevinirik", — deyə layihə rəhbəri Tural Məmmədov bildirib.

65
Teqlər:
peşəyönümlü kurs, Əhməd Baxşiyev adına 38 saylı Texniki-Yaradıcılıq Mərkəzi, "Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsi, QHT-lərə Dövlət Dəstəyi Şurası, "Biosfer" İctimai Birliyi, Xəzər rayonu
Əlaqədar
Azərbaycanda 570 minə yaxın əlil yaşayır
Əlillərin aktual problemləri və onların həlli yolları
200-ə yaxın Çernobıl əlilinə mənzil verilib
Bakıda Çernobıl əlilləri ilə görüş keçirilib
"Sınıq körpü"də dəhşət: əlillərdən nə istəyirlər
Əlillərə şad xəbər