CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropa ictimaiyyəti Qulu Məhərrəmliyə qarşı iddiaları həssaslıqla izləyir

© Sputnik / Murad OrujovTeletənqidçi, jurnalist Qulu Məhərrəmli
Teletənqidçi, jurnalist Qulu Məhərrəmli - Sputnik Azərbaycan
Abunə olmaq
AzTV rəhbərinin məşhur telejurnalistə qarşı iddiaları Avropa ictimaiyyətinin gündəmindədir. Avropalı ekspert beynəlxalq tədbirdə Arif Alışanovun addımını sərt tənqid edib.

BAKI, 2 iyun — Sputnik. "Əgər sən televiziya rəhbəri kimi cəmiyyətdə mövqe tutursansa, deməli demokratik cəmiyyətdə tənqidlərlə üzləşməyə, onları eşitməyə hazır olan şəxssən. Demokratik cəmiyyətdə hər kəsin ifadə azadlıqları var".

Teletənqidçi, jurnalist Qulu Məhərrəmli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məhkəmə Qulu Məhərrəmlinin şikayətini icraata götürməyib

Bu sözləri Avropa Şurası və Avropa Birliyinin "Azərbaycanda ifadə azadlığı və media azadlığı" layihəsi çərçivəsində diffamasiyaya həsr olunan "dəyirmi masa"ya qatılan media hüququ eksperti Gavin Millar, telekommunikasiya professoru, jurnalist Qulu Məhərrəmliyə qarşı məhkəmə iddiasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu dəfə Avropa ictimaiyyətinin diqqəti AzTV-nin sədri Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı qaldırdığı məhkəmə iddiasına yönəlib.

Azərbaycanda jurnalistlərlə hakimiyyət nümayəndələri arasında baş verən hər bir münaqişəyə həssas yanaşan Avropa ictimaiyyəti, görünür Qulu Məhərrəmli ilə bağlı yaranmış vəziyyətin üstündən səthi keçməyəcək. Beynəlxalq aləmin gündəmində bu dəfə AzTV şefinin müxalif mövqedə olan telejurnalistə qarşı məhkəmə iddiası dayanır. Avropa Şurasının eksperti Qulu Məhərrəmliyə qarşı məhkəmə iddiası qaldırmış AzTV-nin sədri Arif Alışanovu nəzərdə tutaraq bildirib ki, vəzifədəki şəxslər belə məsələləri məhkəmə mübahisəsinin predmeti etməkdən çəkinməlidirlər.

"Vəzifədəki şəxslər öz vəzifələrindən yararlanaraq, medianın da gücü ilə ona qarşı belə yanaşmanın nədən qaynaqlandığını aydınlaşdırmağa çalışmalıdırlar", — deyə Millar bildirib.

Bu ilin fevralında Q. Məhərrəmli Azərbaycanda teleyayıma başlamanın 60 illiyinə dair müsahibəsində AzTV və onun rəhbəri barədə tənqidi fikirlər səsləndirib. A. Alışanov da bu fikirləri özünə qarşı təhqir və böhtan kimi dəyərləndirərək telejurnalistə qarşı ayrı-ayrılıqda iki məhkəmə iddiası irəli sürüb.

Bunlardan birində (Yasamal Rayon Məhkəməsində baxılan iddiada) Arif Alışanov keçmiş əməkdaşının CM-in 147 və 148-ci (təhqir və böhtan) maddələriylə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. O, digər iddia ərizəsində Qulu Məhərrəmlidən onun haqqında səsləndirdiyi fikirlərə görə 100 min manat təzminat tələb edir.

Birinci iddiaya Yasamal rayon Məhkəməsində baxılır. Yasamal Rayon Məhkəməsinin sözügedən iş üzrə yekun qərarı çıxarılana qədər 100 minlik iddia əsasında proses dayandırılıb.

Qeyd edək ki, "Diffamasiya və ifadə azadlığı sahəsində Avropa təcrübəsi" mövzusunda keçirilən beynəlxalq konfransda Prezidentin köməkçisi Əli Həsənov deyib ki, 2009-cu ildən bəri Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin (böhtan və təhqir) tətbiqinə moratorium qoyulub və heç kim bu maddələrə görə cinayət məsuliyyətinə cəlb edilmir.

Xəbər lenti
0