İnternat məktəbində Respublika gününə həsr olunmuş Elm Öyrənək adlı tədbir keçirilib

"Qloballaşma dövründə milli özünəməxsusluğun qorunması elmdən keçir"

29
(Yenilənib 14:04 01.06.2016)
İnternat məktəbində Respublika gününə həsr olunmuş "Elm Öyrənək" adlı tədbir keçirilib. Məktəbə bədii və elmi mövzularda yüzlərlə kitab və jurnal hədiyyə edilib.

İradə CƏLİL, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Mayın 28-də Şüvəlanda 4 saylı respublika xüsusi internat məktəbində Respublika gününə həsr olunmuş "Elm Öyrənək" adlı tədbir keçirilib. Sputnik xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəfa Seyidova, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı tarixi dövrə nəzər salıb. O müstəqil respublikamızın AXC-nin varisi olduğunu vurğulayıb.

"Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlıq mübarizəsinin nəticəsi idi. Bu respublika mövcud olduğu qısa müddətdə demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirib", — deyə V. Seyidova bildirib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəfa Seyidova, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı tarixi dövrə nəzər salıb. O müstəqil respublikamızın AXC-nin varisi olduğunu vurğulayıb
© Sputnik / Irade Celıl
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəfa Seyidova, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı tarixi dövrə nəzər salıb. O müstəqil respublikamızın AXC-nin varisi olduğunu vurğulayıb

Daha sonra Qadın Jurnalistlər Assosasiyası tərəfindən internat məktəbinə müxtəlif çeşidli bədii və elmi mövzularda yüzlərlə kitab və jurnal hədiyyə edildi. Layihənin təşəbbüskarı, Qadın Jurnalistlər Assosasiyasının sədri Sevil Yusifova "Elm Öyrənək" layihəsi çərçivəsində internat məktəbinə kitab və jurnalların hədiyyə olunmasının zərurətindən danışaraq, hazırki qloballaşma dövründə milli özünəməxsusluğun qorunmasının məhz elm öyrənməkdən keçdiyini qeyd etdi. S. Yusifova Türkiyə səfirliyinin dini müşavirliyinin bu layihəyə dəstək verməsinə görə də öz təşəkkürünü bildirdi.

Tədbirdə hüquqşünas Səməd Vəkilov, Azrbaycan Televiziyasının "Telefilm" Yaradıcılıq Birliyinin müavini, tətqiqatçı jurnalist Ənvər Çingizoğlu, professor Seyfəddin Rzasoy, Azərbaycan Cümhuriyyətinin hərbi müşaviri, İsmayıl xan Ziyadxanlının nəvəsi, hazırda Stokholmda yaşayan, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Ziyadlı və KİV nümayəndələri iştirak edirdilər. Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdi.

29
Teqlər:
"Elm Öyrənək", 4 saylı respublika xüsusi internat məktəbi, Şüvəlan, Azərbaycan Xalq Cümhuriyyəti, Respublika Günü
Əlaqədar
Bütün xalqların azadlığı uğrunda ölümə getmiş elm fədaisi
Elmlər Akademiyası şəxs adlarına nəzarəti ələ keçirmək istəyir
AMEA prezidenti: Elm özü pul qazanmalıdır
"12-13 faizlə təhsil kreditlərinin alınması əlverişli olmaz"
Azərbaycan təhsilində inqilab: vunderkind yetişdiririk