Təbiət

"Yaşıl turizmi" necə stimullaşdırmalı?

244
(Yenilənib 17:02 31.05.2016)
Ümumdünya Turizm Təşkilatının hesablamarına görə, 2020-ci ildə turizm gəlirləri 2 trilyon dollar olacaq və bunun da 20% ə qədəri kənd turizminin payına düşəcək

BAKI, 31 may — Sputnik. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırmaq" layihəsinə start verib. Layihə Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarında gənc kənd sakinləri və arasında seminarların təşkil edilməklə həyata keçirilib.

Sputnik xəbər verir ki, tədbirlərdə hər bir rayonunun müxtəlif kəndlərindən 70 nəfər olmaqla ümumilikdə 280 nəfər gənc iştirak edib. Layihənin rəhbəri, fəlsəfə doktoru İlqar Orucov seminar iştirakçılarına layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində qarşıya qoyulan hədəflər haqqında məlumat verib.

Ильгар Оруджев, член общественного совета при Министерстве молодежи и спорта АР, руководитель общества молодых ученых, аспирантов и магистров
© Sputnik / Murad Orujov
Ильгар Оруджев, член общественного совета при Министерстве молодежи и спорта АР, руководитель общества молодых ученых, аспирантов и магистров

"Layihənin əsas məqsədi Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarının kəndlərində aztəminatlı gənc ailələr, gənc kənd sakinləri arasında kənd yaşıl turizmini stimullaşdırmaqla onların məşğulluğunun təmin edilməsinə və sosial-iqtisadi göstəricilərinin artmasına, kəndliləri yeni peşə və ixtisaslara həvəsləndirməklə regionlardakı vətəndaşların özünü və öz imkanlarını reallaşdırmaq bacarıqlarının formalaşdırmaq və eyni zamanda yeni iş yerlərinin yaradılmasını stimullaşdırmaqdır", — İ. Orucov bildirib.

Onun sözlərinə görə, layihənin vəzifələri aztəminatlı gənc ailələr, gənc kənd sakinləri arasında kənd yaşıl turizminin inkişaf etdirilməsi məqsədilə maarifləndirmə fəaliyyətinin təşkilindən, kənd yaşıl turizminin inkişafının yeni metod və vasitələrinin təbliğ edilməsindən və regionlarda kənd yaşıl turizm mədəniyyətinin formalaşdırılmasından, yerli hakimiyyət qurumlarının diqqətinin kənd yaşıl turizminin inkişafına və bununla bağlı infrastrukturun yaradılmasına yönəltməkdən, aztəminatlı gənc kənd sakinlərinin gələcəkdə məşğulluğunun təmini üçün onlar arasında yerli kadr potensialının formalaşması, onların kənd yaşıl turizmi ilə bağlı yeni peşələrə yiyələnməsinə dəstək olmaqdan ibarətdir.

Layihənin eksperti, fəlsəfə doktoru Ruslan Rəhimli seminar iştirakçılarına kənd turizminin, ümumilikdə turizmin dünya iqtisadiyyatındaki önəmi, ölkələrin və cəmiyyətlərin sosial-iqtisadi vəziyyətinin yüksəldilməsinədki rolu haqqında məlumatlar verib: "Ümumdünya Turizm Təşkilatının hesablamarına görə, 2020-ci ildə turizm gəlirləri 2 trilyon dollar, bunun da 20% ə qədəri kənd turizminin payına düşəcək. İnkişaf sürətinə və gəlirlərə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyərək neft və neft məhsulları ticarəti və avtomobil satışından sonra 3-cü yeri tutur".

R.Rəhimli turizm növləri — aqroturizm, etnoturizm, Djayloo turizm, ekoturizm, ekstremal turizm, tibbi turizm, rekreasiya turizmi, nostalji turizmi, məcara turizmi, mədəni-idrak turizmi və kənd turizmi haqqında iştirakçılara geniş məlumat verib. Seminarlar qarşılıqlı dialoq və disput şəklində davam etmiş və iştirakçıların sualları cavablandırılıb.

244
Teqlər:
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, "Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırmaq", Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti, İlqar Orucov
Əlaqədar
Azərbaycan turizmi daha cəlbedicidir, yoxsa Gürcüstan?
Rusiyada Azərbaycan turizm nümayəndəliyi fəaliyyətə başlayır
Veteranlar üçün “Şahdağ” Turizm Mərkəzində istirahət turu təşkil olunub
Turizm fəaliyyəti üçün lisenziya tələb olunmayacaq
İki rayonun mədəniyyət və turizm şöbəsinin müdiri vəzifədən qovuldu
Xaricdəki münaqişələr Azərbaycan turizmini də vurdu

"Lazım olsa, yenə gedərəm". Qazilərimizin yaraları necə sağalır - REPORTAJ

9
(Yenilənib 00:08 26.02.2021)
"Təxminən 10 gündür ki, protezlərim gətirilib. Düzü, protezlərim düşündüyümdən rahatdır. Sadəcə olaraq tez yeriyə biləcəyimi düşünürdüm, amma baxıram ki, bunun üçün zaman lazımdır, öyrəşməliyəm" - Qazi.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. Protez-Ortopedik Bərpa Mərkəzində əlilliyi olan digər şəxslərlə yanaşı, II Qarabağ müharibəsində yaralanan şəxslər də müalicə alırlar. II Qarabağ müharibəsi qazilərinin protezlə təmin olunması burada həyata keçirilir.

Sputnik Azərbaycan mərkəzə üz tutaraq qazilərdən burada göstərilən xidmətdən razı qalıb-qalmadıqlarını öyrənib, giley-güzarlarını, həm də müharibə ilə bağlı xatirələrini dinləyib.

Öncə təlim mərkəzi ilə tanış oluruq. Təlimçilər Qarabağ qazilərinə protezlə yeriməkdə yardımçı olur, onlara təlimlər keçirlər.

26 yaşlı Vasif Əliyev artıq bir neçə gündür ki, burada təlimlərə başlayıb. Təlimçilər ona protezin idarə olunmasını öyrədirlər. Beş gündür ki, protezlə gəzdiyini deyən V.Əliyev özünü rahat hiss etdiyini deyir. II Qarabağ müharibəsinə könüllü olaraq qoşulub. Heç bir psixoloji travması olmasa da, müharibədən danışmaq onun üçün çətindir: "Oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə qarın boşluğundan qəlpə yarası aldım, minaatan zərbəsindən isə bir ayağımı itirdim. O hadisələri danışmaq, göz önünə gətirmək mümkün deyil... Döyüş yoldaşlarım şəhid oldular, aramızda çox sayda yaralananlar da oldu".

© Sputnik / Nigar Iskanderova
İkinci Qarabağ müharibəsi qazisi Vasif Əliyev

"Yaralanandan sonra Mərkəzi Hərbi Hospitalda müalicəmi davam etdirdim, noyabrda isə bu mərkəzə gəldim", - deyə V.Əliyev əlavə edir.

O burada yaradılan şəraitdən razı olduğunu deyir. Qeyd edək ki, ailənin tək övladı olan Vasif Əliyev müharibəyə gedənədək Biləsuvar Gömrük postunda inspektor kimi çalışıb.

Qazi Abdulla Abdullayevin otağının qapısı üzərində "Qarabağ Azərbaycandır!" yazılan bayrağımızla bəzədilib.  Vətən müharibəsi iştirakçısı olan 29 yaşlı Abdulla döyüşlərdə hər iki ayağını itirib. O, sentyabrın 21-də könüllü kimi yazılaraq 27-də döyüşə yollanıb: "Ön cəbhədə Ağdam və Ağdərə istiqamətində müdafiə mövqeyində idim. Oktyabrın 5-dəki döyüşlərdə, minaatan mərmisi düşəndə yaralandım, ayaqlarımı itirdim. Əsgər yoldaşlarımın da vəziyyəti ağır idi, komandirimiz də yaralanmışdı. Aramızda şəhid olan da oldu. Bir saat o vəziyyətdə qaldıqdan sonra bizə köməyə gəldilər. Bizi Sarıcallıdakı xəstəxanaya apardılar, sonradan Bakıya göndərildik. İki ay xəstəxanada qaldıqdan sonra bu mərkəzə yerləşdirildim".

© Sputnik / Nigar Iskanderova
İkinci Qarabağ müharibəsi qazisi Abdulla Abdullayev

Buradakı şəraitdən razılığını dilə gətirən həmsöhbətimiz ilk günlərdə ağrılarının çox olduğunu, hazırda isə özünü yaxşı hiss etdiyini deyir. O, nə zaman müharibə olarsa, yenə də gedəcəyini deyir: "Heç bir qorxum yoxdur. Nə zaman lazım olsa, gedərəm. İnsan öz evini qorumazmı?! Mən getməyim, o getməsin, bu getməsin, bəs kim getsin?! Biz getməsək, erməni gəlib evimizin içinə kimi girər. Hər zaman bu düşüncə ilə böyümüşəm. Elə qohumlarım, mən də bu düşüncə ilə gedib səfərbərlik xidmətində qeydiyyatdan keçmişik".

Anasının isə hələ də oğlunun iki ayağını itirməsindən xəbəri yoxdur: "Ailəm Mingəçevirdə yaşayır. Ailəmdə anamdan başqa hər kəsin durumumdan xəbəri var. Anam şəkər xəstəsidir, mənə baş çəkməsin deyə xəstəxanadayam, görüşə icazə yoxdur deyirəm. Ona görə də anam ayaqlarımın dizdən yuxarı kəsilməsindən xəbərsizdir, sadəcə elə bilir ki, bir ayağım qanqrena edib deyə topuqdan bir qədər yuxarı hissədən kəsiblər. Bu xəbəri öyrənəndə anamın vəziyyəti pisləşdi, koma vəziyyətinə düşdü, xəstəxanaya yerləşdirildi. Ayağı çirk vermişdi, ayağının çirkini, dırnağını çıxartdılar. Qorxuram ki, desəm, başqa bir şey olar, ona görə də ürək etmirəm".

© Sputnik / Nigar Iskanderova
İkinci Qarabağ müharibəsi iştirakçıları Protez-Ortopedik Bərpa Mərkəzində

"Təxminən 10 gündür ki, protezlərim gətirilib. Düzü, protezlərim düşündüyümdən rahatdır. Sadəcə olaraq tez yeriyə biləcəyimi düşünürdüm, amma baxıram ki, bunun üçün zaman lazımdır, öyrəşməliyəm. Həm də, hələlik yaram tam sağalmadığı üçün protezlə çox gəzib məşq edə bilmirəm", - deyə qazimiz əlavə edir. 

Noyabrın 24-də mərkəzə yerləşdirilən qazimiz yaradılan şərait və xidmətdən razılığını dilə gətirir. O, sadəcə olaraq əlilliyə görə vəsaitin az olmasından narazıdır:

"II qrup əlillik təyin edilib, lakin bu məni qane etmir. II qrupa görə əlillik müavinəti çox aşağıdır. Ona görə buradan çıxıb dərhal işləyəcəyəm. Bunadək dərman şirkətləri ilə işləyirdim, yəqin ki, artıq bu və bu tip işlərlə məşğul ola bilməyəcəyəm, oturaq işlə məşğul olacağam. Ayaqlarımın olmaması mənə heç bir kompleks yaşatmır, oturaq da olsa, bir iş tapacağam və çalışacağam ki, cəmiyyətdən uzaqlaşmayım".

Həmsöhbətimiz iki bacının tək qardaşıdır, ailəli deyil.

© Sputnik / Nigar Iskanderova
Protez-Ortopedik Bərpa Mərkəzi

Protez-Ortopedik Bərpa Mərkəzində həmçinin Bakıda evi olmayan qazilər üçün qalmağa hər cür şərait yaradılıb. Bunun üçün onların kirayə evlərdə qalmasına, hər gün xəstəxanaya gəlib-getməsinə ehtiyac qalmır.

Qazilər burada masaja getməklə gündəlik təlimlərə də qatılırlar.

31 yaşlı Ziya Kazımov 2011-ci ildə hərbi xidmətə gedib. O, xidməti başa vurduqdan sonra müddətdən artıq xidmət göstərib. 2015-ci ildə gizir rütbəsi alaraq cəbhəyə yollanıb, Aprel döyüşlərində iştirak edib. II Qarabağ müharibəsi zamanı, sentyabrın 27-də Gülüstan kəndi istiqamətində gedən döyüşlərdə fəal iştirak edən Ziya Kazımov 28 sentyabrda minaya düşərək sağ ayağını itirib: "Artıq 15 gündür ki, bu mərkəzə yerləşmişəm. Protezlərim verilib, günün müəyyən saatlarında onu taxıram, çox rahatdır".

© Sputnik / Nigar Iskanderova
İkinci Qarabağ müharibəsi qazisi Ziya Kazımov

"Ya ölməli idim, ya da qazi olmalı idim", - deyə həmsöhbətimiz əlavə edir.

O burada müalicələrinin vaxtı-vaxtında davam etdiyini, lazım olan bütün qayğı və diqqətlə təmin olunduğunu deyir. Z.Kazımov buradan çıxdıqdan sonra öz rayonunda, Biləsuvarda səhhətinə görə yüngül bir işdə çalışmaq istəyir.

Mərkəzin baş həkimi və direktor müavini Şəmsəddin Xudaverdiyev qazilərlə bağlı mərkəzdə görülən işlərdən məlumat verib "Hazırda mərkəzimizdə II Qarabağ müharibəsi qazilərinin müalicəsi həyata keçirilir. Burada 17 qazi müalicə olunur. Bu yaxınlarda 3 qazini protezləşdirib tam həyata qaytardıq. Qazilərin mülaicə prosedurlarına start vermişik".

Ş.Xudaverdiyev lazım olan bütün avadanlıqların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Almaniyadan alındığını deyir: "Mərkəz 2019-cu ilin sonlarından əsaslı təmir olunaraq istifadəyə verilib. Təmirlə əlaqədar olaraq bütün maddi-texniki baza yenilənib və müasir tələblərə cavab verir. Mərkəz tibbi avadanlıqlarla yanaşı, eyni zamanda idman avadanlıqları ilə də tam təmin olunub".

© Sputnik / Nigar Iskanderova
Mərkəzin baş həkimi və direktor müavini Şəmsəddin Xudaverdiyev

Qeyd edək ki, Protez-Ortopedik Bərpa Mərkəzi əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsidir. Mərkəz müasir texnologiya əsasında əlilliyi olan şəxslər üçün protez-ortopedik məhsulların (protez, ortez, korset, ortopedik ayaqqabı) və digər reabilitasiya məmulatlarının istehsalı, xəstə və əlillərin xəstəliklərinin diaqnostikası və stasionar müalicəsi istiqamətində fəaliyyət göstərir. Müəssisə istehsalat sahəsindən və stasionar şöbədən ibarətdir. Mərkəzdə əlillər velo və kreslo arabalar, qoltuqaltı və dirsəkaltı ağaclar, əsa, eşitmə aparatları və s. ilə təmin edilirlər.

Mərkəzdə əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası, protez-ortopedik məhsulları ilə təminat, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi, protez-ortopedik məmulatların tibbi-texniki və biomexaniki sınaqlarının keçirilməsi, protezləşdirmənin keyfiyyətini müəyyənləşdirmək üçün müasir metodların işlənib hazırlanması, bu sahələr üzrə mütəxəssislərin hazırlanması, protez-optopedik məhsulların istehsalında yeni konstruksiyaların, texnologiyaların və elmi nailiyyətlərin geniş tətbiq edilməsi, xəstə və əlilliyi olan şəxslərin məlumat bankının yaradılması istiqamətində işlər görülür.

Müəssisə tərəfindən xəstə və əlilliyi olan şəxslərə ambulator, stasionar və səyyar şəkildə protez-ortopedik xidmət göstərilir, reabilitasiya terapiyası, protezləşdirmə və ortezləşdirmə vasitəsi ilə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası həyata keçirilir. Mərkəzin stasionarında bütün növ amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş əlilliyi olan şəxslərə protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş, spinal əlilliyi olan şəxslərin reabilitasiyası, skoliozlu uşaqların reabilitasiyası, uşaqların serebral iflicinin fəsadlarının, anadangəlmə bəzi qüsur və deformasiyaların aradan qaldırılması və s. istiqamətlərdə bərpa-müalicə tədbirləri həyata keçirilir.

9
Teqlər:
reportaj, Bakı, Protez-Ortopedik Bərpa Mərkəzi, müharibə, Qarabağ, qazi
Twitter разрешил пользователям делиться твитами в Instagram и Snapchat

Sosial şəbəkədə yeni funksiya: izləmək üçün pul ödəməlisən

9
(Yenilənib 01:27 26.02.2021)
Twitter izləyiciləri üçün yeni funksiyalar yaradır: çox maraqlı kontenti pullu etmək, qrup yaratmaq və xoşunuza gəlməyən hesabları 7 gün içində səssizliyə atmaq.

BAKI, 26 fevral - Sputnik. Twitter sosial şəbəkəsində Super Follow funksiyası yaradılır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə 9To5Mac yazır. Funksiya eksklüziv kontentə görə izləyicilərdən pul almağa imlan verəcək.

​Qiymət formalaşdırılması mexanizmi dəqiqləşdirilməyib. Təqdimatın slaydlarından birində ay ərzində 4,99 dollar göstərilsə də, bu sadəcə nümunə olub. Həmçinin bu sosial şəbəkədə qrup yaratmaq imkanı da olacaq. 

Yeni funksiyanın nə vaxt işə düşəcəyi barədə şirkətdən məlumat verilməyib.

The Verge yazır ki, Twitter cümə axşamı "Analitika günü"ndə həmçinin narahat edən hesabların avtomatik bloklanması imkanını yaradacağını da bəyan edib. Yeni "təhlükəsizlik rejimində" bir keçid olacaq, oraya basdığınız təqdirdə belə yazı görəcəksiniz: "Twitter qaydalarını pozduğu güman edilən hesabları avtomatik olaraq blok edin və təhqir, ağır söz və ya nifrət dolu ifadələrdən istifadə edən hesabları səssizləşdirin".

Yeni təhlükəsizlik rejimi ilə Twitter avtomatik olaraq “təhqiramiz və ya spam xarakterli ola biləcək” hesabları aşkarlayacaq və bu hesabların yeddi gün ərzində sizin hesabınızdakı paylaşımlarla əlaqələrini məhdudlaşdıracaq.

9
Teqlər:
yeni funksiya, izləyici, Twitter
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində, arxiv şəkli

Prezident İlham Əliyev "Ana harayı" abidəsini ziyarət edib

0
İlham Əliyev "Ana harayı" abidəsinin önünə əklil qoyub, soyqırımıqurbanlarının xatirəsinə ehtiramını bildirib.

BAKI, 26 fevral — Sputnik. Prezident İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Qeyd edək ki, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

0