Bakı Metropoliteni

Bakı metrosunun giriş-çıxış qrafiki dəyişir

533
(Yenilənib 13:47 31.05.2016)
"28 May", "Sahil" və "İçərişəhər" metro stansiyalarında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bu stansiyalarda girişə saat 02.00-dək icazə veriləcək. Digərlərində isə 00.00-dək girişə, 02.00-dək çıxışa icazə veriləcək.

BAKI, 31 may — Sputnik. Bakı Formula 1 Avropa Qran Prisi günlərində "Bakı Metropoliteni" gücləndirilmiş rejimdə işləyəcək. Bu barədə Sputnik-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, yarış günləri metro səhər saat 06:00-dan gecə 02:00-dək işləyəcək: "Həmin günlər "28 May", "Sahil" və "İçərişəhər" metro stansiyalarında yarış ərazisinə yaxın olduğuna görə, gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bu stansiyalarda girişə saat 02.00-dək icazə veriləcək. Digərlərində isə 00.00-dək girişə, 02.00-dək çıxışa icazə veriləcək".

Xatırladaq ki, iyunun 17-19-da Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq "Formula 1" Avropa Qran Prisi keçiriləcək.

533
Teqlər:
"İçərişəhər", "Sahil", "28 May", Nəsimi Paşayev, Avropa Qran Prisi, "Bakı Metropoliteni" QSC, Formula 1
Əlaqədar
Metroda partlayış baş verdi
Bakı metropoliteni rəqəmlərdə
Bakı metrosunun yeni, "bənövşəyi" xətti
Bakıda beşmərtəbəli metro olacaq
Dünya metrosunda baş verən terror aktları
Brüsseldə hava limanı və metroda partlayışlar baş verib, 11 nəfər ölüb
Suqovşan

Su ehtiyatlarının qiymətləndirilməsi sahəsində dönüş yaranır

3
(Yenilənib 12:39 30.11.2020)
Ramiz Məmmədov suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyac olduğunu vurğulayıb.

BAKI, 30 noyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun ölkənin su təminatı ilə vəziyyətinə aydınlıq gətirən məqaləsi dərc edilib. AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın şirin su ekosistemləri: problemlər və gözləntilər" adlı məqalədə bu ilin yay-payız aylarında Kür çayında yaranmış vəziyyətlə əlaqədar aparılan tədqiqat işlərinin nəticələr yer alıb. Şirin su ilə bağlı problemlərin hələ bir müddət davam edəcəyini proqnozlaşdıran akademik bununla əlaqədar iqtisadiyyatın strateji sahələrinin strukturunda dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Türkiyənin təcrübəsindən yararlanaraq, respublikamızın intellektual bazası hesabına "elm-bilik" mərkəzlərinin yaradılması ilə daha az şirin su işlədən emaledici sənayenin, xüsusilə yüksək texnologiyaya əsaslanan sahələrin inkişafını sürətləndirmək olar. Bundan başqa, suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyacın olduğu vurğulanıb.

Alim həmçinin bildirib ki, Tərtər çayı üzərindəki Suqovuşan, Araz çayı üzərindəki Xudafərin, Köndələnçaydakı Kaskad su anbarları, bir sıra çaylarımız, vaxtilə qazılmış yüzlərlə subartezian quyuları, İranla müştərək tikilməsi nəzərdə tutulmuş Qız qalası hidroqovşağı su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi sahəsində bir dönüş yaradacaq.

3
Teqlər:
Kür çayı, təcrübə, Suqovuşan, su
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Bakıda bu rayon koronavirusa yoluxma liderdir

4
(Yenilənib 12:35 30.11.2020)
Sonrakı yerlərdə 12,7 faizlə Xətai, 11,6 faizlə Yasamal, 11,3 faizlə Sabunçu, 8,4 faizlə Suraxanı, 8,3 faizlə Nəsimi, 8 faizlə Nərimanov, 7,3 faizlə Nizami, 6,3 faizlə faizlə Qaradağ, 6,3 faizlə Xəzər, 4,8 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb.

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda COVİD-19 virusuna yoluxanların 53,5 faizi Bakıdadır. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxt daxilində ən çox yoluxma yenə də 14,7 faizlə Binəqədi rayonundadır.

Sonrakı yerlərdə 12,7 faizlə Xətai, 11,6 faizlə Yasamal, 11,3 faizlə Sabunçu, 8,4 faizlə Suraxanı, 8,3 faizlə Nəsimi, 8 faizlə Nərimanov, 7,3 faizlə Nizami, 6,3 faizlə faizlə Qaradağ, 6,3 faizlə Xəzər, 4,8 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.

4
Teqlər:
Yasamal rayonu, Binəqədi rayonu, Xətai rayonu, Koronavirus, COVID-19