Əvvəlcə sadə rəng vurulur, rəng quruyandan sonra isə üzəri bəzədilir

Sandıq düzəldən ata oğul

481
(Yenilənib 14:35 27.05.2016)
Ərkivan qəsəbə sakini Şərafət Əzizov sandıqçılıq sənətinin özəlliklərindən və durumundan danışır.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

Əvvəllər qızlar gəlin köçərkən özləri ilə apardıqları əsas cehiz əşyalarından biri sandıq hesab olunurdusa, axır vaxtlar el adətidir deyə bu ənənədən vaz keçilib. Buna baxmayaraq, indinin özündə də sandığa tələbat var, lakin sandıq düzəldən çox azdır. Əvvəllər bu ənənənin geniş yayıldığı cənub bölgəsində indi sandıqçılıqla məşğul olan cəmi bir-iki ailə qalıb. Bəs bir sandıq neçəyə başa gəlir? Sandığa olan tələbatın vəziyyəti necədir? Bu sualların cavablarını tapmaq  məni Masallı rayonunun Ərkivan qəsəbəsinə gətirdi. Belə ki, bölgədə fəaliyyət göstərən sandıq ustalarından biri məhz Ərkivan qəsəbə sakini Əzizov Şərafətdir. Şərafət Əzizovun evini tapmaq çətin olmadı. Salamlaşdıqdan sonra Şərafət ustanın dəvəti ilə söhbətimizi çay süfrəsi arxasında davam etdirdik.

- Sandıqçı sənəti haqqında danışardınız. Kimdən öyrənmisiniz? Neçə ildir sənətdəsiniz? 

— “Bizdə sandıqçılıq ata-babadan yadigar qalan sənətdir. Yəni, mən gözümü açandan evdə sandıqçılıq olub. Rəhmətlik atam Əhmədəli Əzizov bölgədə tanınmış sandıq ustası idi. Orta məktəbdə oxuyan vaxtdan, təxminən 10-12 yaşımdan məktəbdən gələndən sonra atama sandıq düzəltməkdə kömək edirdim. Yəni, bəzi hissələrin kəsilməsi, mismarlanması və sandıqların rənglənməsində. Orta məktəbi bitirəndən onra hərbi xidmətə getdim. 2 ildən sonra əsgərliyimi başa vurub qayıtdım Masallıya. Sonra burada Masallı Rayonlararası Mühafizə Bölməsində sahə rəisi vəzifəsində işlədim. Uzun müddət polisdə işləyə-işləyə də dədə-baba sənətimiz olan sandıqçılıqla məşğul oldum. İşdən sonra evdə sandıq düzəldirdim. Yəni, dediyim kimi bizdə sandıq ustası dədə- baba sənəti olduğu üçün sənəti atmadım. Atam da öz atası Məmmədəli Əzizovdan öyrənib işləyirdi. O vaxt sandıq ustası çox idi. Amma hamısı əla dolanırdı. Hamının müştərisi var idi. Lənkərandan, Yardımlıdan, Cəlilabaddan gəlib cehizlik sandıq alardılar. Sifarişlər də çox olardı. Atam, sonra isə mən işləyəndə də sifarişlər çox olardı. Sifarişləri Lənkəran və Cəlilabad bazarlarında sandıq satanlar edərdi. İndi də edirlər, amma sandıq alveri zəifləyib”

- Dediniz ki, sifariş Lənkəran və Cəlilabaddan olur. Bəs digər rayonlardan olmur?

— Dediyim kimi 40 ildir sənətdəyəm. Bütün Azərbaycandan sifarişlər olur. Amma sifarişlər azalıb, əvvəlki kimi deyil yəni. Əvvəl Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabaddan və yerli Masallı bazarından sifarişlər çox olardı. İndi bazar zəifləyib. Biz sandığın hazırlanması üçün şam ağacından istifadə edirik. Rəhmətlik atamla işləyən vaxt Lənkəranın o vaxtkı Port-İliç, indiki Liman şəhərində olan bazadan alardıq. Özü də 6-7 kub taxta alıb 2-3 ay işlədərdik. İndi isə 1-1.5 kub taxta alırıq. Bir sandıq təkbaşına işləsən bir günə başa gəlir. Mən də gördüyün kimi oğlumla bir yerdə işləyirəm. Əvvəllər o sənəti tam öyrənməmişdi. İndi isə özü sərbəst işləyir. Lakin yenə də işləyəndə işimizi bölürük. Taxtanın biri-birinə mismarlanıb sandıq forması almasını və dəmir üzlüklə üzlənməsini oğlum edir, içərisinin örtüklənməsi və üstünün rənglənməsini isə mən edirəm. Əvvəlcə sadə rəng vururuq, rəng quruyandan sonra isə bəzəyirik. Tam rənglə bəzədilmə işləri bitəndən sonra içərisini örtükləyirik. Belə işləyəndə bir günə 2 sandıq düzəldə bilirik. 

2 il əvvəl Masallıda Beynəlxalq Folklor Festivalı keçirilirdi. Məni ora dəvət etdilər, paytaxt Bakıda da bir çox sərgi və tədbirlərdə iştirak etmişəm. Mən ümumiyyətlə sandıq düzəldəndə üzərində toy atributları çəkilən sandıqlarla yanaşı, üzərində Azərbaycan bayrağı və başqa atributlar da çəkirəm. Bir dəfə də Bakıdan gəlib məndən üzərində ancaq Azərbaycan bayrağı olan sandıqları alıb getdilər. Masallıda keçirilən festivaldan sonra isə bəzi əcnəbi jurnalistlər emalatxanama gəlib çəkiliş edib, müsahibə aldılar. Gələnlər əsasən də qardaş Türkiyədən, Belarusdan və Baltikyanı ölkələrdən olan qonaqlar idi. Hamısı da gedəndə suvenir kimi sandıq alıb apardılar. 

  • Bizdə sandıqçılıq ata-babadan yadigar olan sənətdir
    Bizdə sandıqçılıq ata-babadan yadigar olan sənətdir
    © Sputnik / RAHIM ZAKIROGLU
  • Sandıq təkbaşına işləsən bir günə başa gəlir
    Sandıq təkbaşına işləsən bir günə başa gəlir
    © Sputnik / RAHIM ZAKIROGLU
  • Sandığın hazırlanması üçün şam ağacından istifadə olunur
    Sandığın hazırlanması üçün şam ağacından istifadə olunur
    © Sputnik / RAHIM ZAKIROGLU
  • Usta Şərafət bildirdi ki, 8 nəfər şagirdi olub,onlardan yalnız oğlu Seyfəddin Əzizov qalıb sənəti davam etdirib
    Usta Şərafət bildirdi ki, 8 nəfər şagirdi olub,onlardan yalnız oğlu Seyfəddin Əzizov qalıb sənəti davam etdirib
    © Sputnik / RAHIM ZAKIROGLU
  • Əvvəlcə sadə rəng vurulur, rəng quruyandan sonra isə üzəri bəzədilir
    Əvvəlcə sadə rəng vurulur, rəng quruyandan sonra isə üzəri bəzədilir
    © Sputnik / RAHIM ZAKIROGLU
  • Şərafət ustanın düzəltdiyi sandıqlar həm yerli həm də beynəlxalq sərgilərdə və festivallarda nümayiş etdirilib
    Şərafət ustanın düzəltdiyi sandıqlar həm yerli həm də beynəlxalq sərgilərdə və festivallarda nümayiş etdirilib
    © Sputnik / RAHIM ZAKIROGLU
  • Əvvəllər sandığın içərisi nazik metaldan hazırlanan şəbəkə ilə üzlənib bəzədilirdi
    Əvvəllər sandığın içərisi nazik metaldan hazırlanan şəbəkə ilə üzlənib bəzədilirdi
    © Sputnik / RAHIM ZAKIROGLU
1 / 7
© Sputnik / RAHIM ZAKIROGLU
Bizdə sandıqçılıq ata-babadan yadigar olan sənətdir

Biz ata-babadan dindar, Allaha bağlı ailə olmuşuq. Həmişə də hallalıqla iş görmüşük. Dəfələrlə olub, gəlib deyiblər ki, imkanım yoxdur sandığa filan qədər verim. Mən də sandığı pulsuz vermişəm. Bir sandığın savabına, həmin gün 3-4 sandıq satmışam. Yəni Allah əvəzini yetirir. Bir dəfə də Lənkəranın Separadi kəndindən bir qadın gəlib dedi ki, ”Qızım subaydır, onun bəxtinə bir sandıq sat mənə. Qızım nişanlansa, məndən sənə bir hədiyyə.” Mən sandığı satandan bir neçə gün sonra gördüm həmin qadın əlində hədiyyələrlər gəlib. Dedi ki, “qardaş, əlin yüngü oldu, sandığı alandan 3-4 gün sonra qızım nişanlandı, mən də söz verdiyim kimi sənə hədiyyə gətirdim.”

Usta Şərafət bildirdi ki, 8 nəfər şagirdi olub. Onlardan yalnız oğlu Seyfəddin Əzizov qalıb sənəti davam etdirib. Bunun başlıca səbəbi ata-baba sənəti olmasıdır. Digər 7 nəfər isə sənəti tam öyrənsələr də, davam etdirməyib başqa işlər görməyə üstünlük veriblər. Sandıqların qiymətlərini də ustadan soruşduq. Usta bildirdi ki, sandıqlar ölçüsünə görə 20 manatdan-100 manata qədər qiymətdə dəyişir. Usta xüsusilə vurğuladı ki, taxtaların tikinti bazarında qiymətinin bahalaşmasına baxmayaraq, onlar sandıqların qiymətlərini qaldırmayıblar. Çünki bazara çıxarılan sandıq satışında zəifləmə var.

Qeyd edək ki, respublika üzrə Şərafət ustaya ən çox sandıq düzəldilməsi üçün sifariş verənlər Bakı şəhərindən, bölgədə isə Lənkəran və Cəlilabaddan olur.

481
Məktəb, arxiv şəkli

Uşaqlar hansı yaşdan etibarən maska taxmalıdırlar?

4
Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri belə hesab edirlər ki, 12 yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır.

BAKI, 24 oktyabr — Sputnik. Bütün dünyadan koronavirus epidemiyası yayıldığı gündən bu yana hansı yaşdan etibarən uşaqların maska taxmalı olduqları məsələsi də ən çox müzakirə olunan mövzulardan biridir. Rusiyalı ekspert bu suala dəqiq cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, mütəxəssislər 12 yaşdan etibarən bütün uşaq və yeniyetmələrin maska taxmasını tövsiyə edirlər. Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisi belə hesab edir ki, bu yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır. Mütəxəssisin sözlərinə görə, bununla belə, uşaqlar COVID-19 virusunun aktiv daşıyıcıları hesab olunmurlar. Müşahidələr göstərir ki, bu virus əksər hallarda uşaqlara böyüklərdən yoluxur.

4
Koronavirus modeli, arxiv şəkli

Koronavirus daha tez öldürməyə başlayıb

22
Alimlər eyni zamanda SARC –CoV-2 –nin mutasiya edə bildiyini də təsdiqləyib. Onların fikrincə, mutasiya xəstəliyin ağırllaşmasına səbəb olmasa da, sürətlə yayılmasına səbəb ola bilər.

BAKI, 24 oktyabr — Sputnik. Koronavirus pandemiyasının ikinci dalğasında virusun ağırlaşmış formasında olan xəstələr birinci dalğa ilə müqayisədə daha tez ölür.

Sputnik Azərbacan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Britaniyanın fövqəladə hallar üzrə elmi məsləhət qrupunun hesabatında deyilir.

Alimlər bütün ölkə üzrə xəstəxanalarda olan 76700 sakinin məlumatlarını təhlil edərək bu nəticəyə gəlib.

Belə ki, avqustun 1-nə olan dövr ərzində koronavirusn əlamətləri müşahidə edilən gündən etibarən ağırlaşaraq ölümlə nəticələnmə 13 gün ərzində baş verirdi. Hazırda bu dövr qısalıb və ölümlə nəticələnmə bir həftəyə baş verir.

Alimlərin fikrincə, bu neqativ dinamika xəstəliyin müalicəsinin inkişafı ilə əlaqəlidir. Belə ki, hazırda həkimlər daha çox xəstənin həyatını xilas edə bilir. Xəstəlikdən ölənlər isə digər sağlamlıq problemləri olan zəif orqanizmi olan şəxslərdir.

Alimlər eyni zamanda SARC–CoV-2–nin mutasiya edə bildiyini də təsdiqləyib. Onların fikrincə, mutasiya xəstəliyin ağırllaşmasına səbəb olmasa da, sürətlə yayılmasına səbəb ola bilər.

22