Qazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır

"Başımıza daha böyük bəlalar gəlmədən bu problemi həll etsinlər"

70
Qazaxda Sovet dövründə quraşdırılan kanalizasiya sistemi çökdüyündən, sakinlər əməlli-başlı zülümə düşüblər. Ayağı suda islanan məktəblilər xəstələnir, dərslərdən geri qalırlar.

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 24 may — Sputnik. Qazax rayonunun Azadlıq küçəsində kanalizasiya sistemləri yenilənmədiyi üçün yağış yağanda yollarda əmələ gələn gölməçələr insanların rahat hərəkətinə mane olur. Döngələrdən axan sel-suyun son dayanacağı səkilər və obyektlərin qabağıdır. Maşınlar bir balaca sürətlə hərəktə edəndə sakinlərin üst-başı islanır.

Hələ Sovet dövründə quraşdırılan kanalizasiya sistemi çökdüyündən, bu cür hallar son dövrlərdə tez-tez yaşanır. Kanalizasiya sisteminin yenilənməsi nəzərdə tutulsa da, quraşdırılması gecikir. Yolun üzərində məktəblər, müxtəlif inzibati binalar yerləşir. Şagirdlər məcburən ata-anaları ilə gedib-gəlirlər ki, valideynləri onları keçilməz gölməçələrdən adlada bilsinlər.

  • Qazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır
    Qazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır
    © Sputnik / HIKMET ORHUN
  • Qazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır
    Qazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır
    © Sputnik / HIKMET ORHUN
  • Qazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır
    Qazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır
    © Sputnik / HIKMET ORHUN
  • Qazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır
    Qazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır
    © Sputnik / HIKMET ORHUN
  • Qazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır
    Qazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır
    © Sputnik / HIKMET ORHUN
1 / 5
© Sputnik / HIKMET ORHUN
Qazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır

Şəhər sakinlərindən Elvin Carçıyevin Sputnik-ə dediyinə görə, tez-tez yaşanan bu cür hallardan cana-boğaza yığılıblar: "Yağış təbiət hadisəsidir, qabağını almaq olmaz. Amma əlaqədar təşkilatlar bununla bağlı tədbir görməlidir. Əks təqdirdə hələ uzun illər zülm çəkəcəyik".

"Ayağı suda islanan məktəblilər xəstələnir, dərslərdən geri qalırlar. Başımıza daha böyük bəlalar gəlmədən problem vaxtında həll olunmalıdır", — şəhər sakini bildirib.

Qazax RİH başçısının Qazax şəhər inzibati dairəsi üzrə nümayəndəliyi də adı çəkilən küçədə yerləşir. Lakin, illərdən bəri üst-üstə qalaqlanmış problemlə bağlı hər hansı bir addım atılmayıb.

70
Teqlər:
Elvin Carçıyev, Azadlıq küçəsi, kanalizasiya, Qazax, yağış
Əlaqədar
Paytaxta yenə yağış yaxınlaşır
Bir sıra rayonlarda yağış yağacaq, şimşək çaxacaq
Daşkəsəndə dəhşətli qasırğa
Allah heç bir sürücünün yolunu bu küçədən salmasın!
Bu küçədən keçmək məsləhət deyil
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

16
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

16
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8