Asan xidmət

Səyyar ASAN Şamaxı Qazaxa gedir

16
(Yenilənib 13:53 23.05.2016)
23 may - 1 iyun tarixlərində Xəzər rayonunun Buzovna qəsəbəsində, 23 may - 21 iyun tarixlərində Şamaxı şəhərində, 24 may - 7 iyun tarixlərində isə Qazax şəhərində vətəndaşlara səyyar formada xidmət göstəriləcək

BAKI, 23 may — Sputnik. Səyyar ASAN xidmət 23 may — 1 iyun tarixlərində Xəzər rayonunun Buzovna qəsəbəsində, 23 may — 21 iyun tarixlərində Şamaxı şəhərində, 24 may — 7 iyun tarixlərində isə Qazax şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. "ASAN xidmətin" mətbuat xidmətindən Sputnikə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
• Əmək pensiyalarının təyin edilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

16
Teqlər:
Şamaxı, Buzovna qəsəbəsi, Xəzər rayonu, Qazax, ASAN Xidmət, Səyyar ASAN xidmət, Səyyar ASAN
Əlaqədar
ASAN Xidmət mərkəzinin əməkdaşları təxliyə olundu
Bu rayonlarda vətəndaşlara asan xidmət göstəriləcək
Səyyar ASAN xidmət Zirə qəsəbəsində olacaq
ASAN Xidmət bu şəhərdə sifarişli səyyar xidmətlərə başlayıb
Səyyar ASAN xidmət bir ay bu rayonda olacaq
Səyyar ASAN bu bölgələrə yola düşdü