CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Amnistiya aktı haqqında" qanun layihəsinin müzakirəsi başladı

Abunə olmaq
Layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur

BAKI, 20 may-Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb. Sputnik xəbər verir ki, iclasda "Amnistiya aktı haqqında" qanun layihəsi müzakirə ediləcək.

Hazırda davam edən iclasda Mehriban Əliyeva sözügedən qanun layihəsi barədə çıxış edərək, layihənin zərurəti və detalları ilə bağlı məlumat verir.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva 28 May — Respublika Günü münasibətilə "Amnistiya aktı haqqında" qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib.

Layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur. Bu, Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə dördüncü müraciətidir.

Xəbər lenti
0