Nəcməddin Sadıkov NATO-da keçirilən görüşlərdə iştirak edib

14
Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

BAKI, 18 may — Sputnik. Mayın 18-də Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli Dəstək" və "Uyarlılıq Platforması" formatlarında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşlərdə Əfqanıstan İslam Respublikasındakı NATO-nun "Qətiyyətli Dəstək" missiyasının gedişatı və əməliyyat şəraitindəki dəyişikliklər, o cümlədən "Uyarlılıq Platforması" çərçivəsində tərəfdaşlar ilə uyarlılığın artırılması, fərdi uyğunlaşdırılmış yol xəritəsinin tətbiqi, resursların səmərəli idarə edilməsi və hərbi əməkdaşlıqla bağlı digər məsələlər müzakirə edilib.

Səfər zamanı Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Türkiyə, Gürcüstan və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.

14
Bakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobus, arxiv şəkli

Sərt karantinə qədər "oxxay" dedirdən məqam: icazə verdilər

1
(Yenilənib 17:04 04.06.2020)
Bundan əvvəlki illərdə də məhz sərnişinlərin rahatlığı nəzərə alınaraq sərinləndirmə sistemləri vaxtından əvvəl işə salınıb - Mais Ağayev

BAKI, 4 iyun — Sputnik. Yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq müntəzəm sərnişin avtobuslarında sərinlədirmə sistemlərinin işə salınmasına göstəriş verilib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, sərnişinlərin rahatlığı baxımından qəbul olunan qərarla bağlı daşıyıcılara da xəbərdarlıq edilib: "Artıq bu gündən mərhələ ilə avtobuslarda sərinləndirmə sistemləri işə salınır. Qeyd edim ki, bundan əvvəlki illərdə də məhz sərnişinlərin rahatlığı nəzərə alınaraq sərinləndirmə sistemləri vaxtından əvvəl işə salınıb".

1
Bakı Dairəvi-1 yolu, arxiv şəkli

Bu yolda dəyişiklik edilib, diqqətli olun ki, qaydaları pozmayasınız

2
Yeni yol hissəsinin yaradılması ilə hərəkətin təşkilində edilən dəyişikliklər nəticəsində sürücülərimiz uzun məsafə qət edərək vaxt itkisi ilə üzləşməyəcəklər

BAKI, 4 iyun — Sputnik. Nəqliyyat vasitələrinin Bakı Dairəvi-1 avtomobil yolu ilə müxtəlif istiqamətlərdə (Sumqayıt yolu, "20 Yanvar" dairəsi və "Şamaxı yolu", həmçinin Abbas Mirzə Şərifzadə küçəsi, Yeni Yasamal və MİDA-nin yeni inşa etdiyi yaşayış massivləri istiqamətində) fasiləsiz və rahat hərəkətinin təmin olunması məqsədilə sözügedən yolun 6-cı km-də, yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri yerləşən ərazidə hərəkətin təşkilində dəyişiklik edilib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

O bildirib ki, aparılan yenidənqurma işləri çərçivəsində sözügedən ərazidə yeni geriyə dönmə yeri yaradılıb. Bunun üçün ərazidə yolun hərəkət hissəsi zəruri olan yerlərdə 1 və 2 hərəkət zolağı enində genişləndirilib, zəruri yol nişanları, eyni zamanda məlumatverici-göstərici lövhələr quraşdırılıb və standartın tələblərinə uyğun üfüqi nişanlama işləri aparılıb.

Bununla da Yeni Yasamal yaşayış kompleksi və Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində şəhərə daxil olan avtonəqliyyat vasitələrinin uzun məsafə qət edib, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında yerləşən dairədən geri dönmə əməliyyatı yerinə yetirməyə ehtiyac qalmayıb. Artıq Bakı Dairəvi-1 avtomobil yolunun hər iki istiqaməti ilə hərəkət edən avtonəqliyat vasitəıləri yeni yaradılmış yol hissəsindən istiffadə edərək qeyd edilən istiqamətlərdə, o cümlədən Badamdar şossesi istiqamətində rahat şəkildə hərəkət edə bilərlər.

Yeni yol hissəsinin yaradılması ilə hərəkətin təşkilində edilən dəyişikliklər nəticəsində sürücülərimiz həm uzun məsafə qət edərək vaxt itkisi ilə üzləşməyəcək, həm də aparılmış yenidənqurma işləri Badamdar şossesi istiqamətində yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək.

2