“Rossotrudniçestvo”nun sədr müavini BDU-da olub

“Rossotrudniçestvo”nun sədr müavini BDU-da olub

40
(Yenilənib 18:24 18.05.2016)
Nümayəndə heyəti univesitetin maddi-texniki bazası, laboratoriyaları ilə də tanış olub.

BAKI, 18 may — Sputnik. “Rossotrudniçestvo”nun (Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentlik) sədr müavini Dmitriy Qujelya, agentliyin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Bakı Dövlət Universitetində olublar. Bu barədə Sputnik BDU-nun Mətbuat və informasiya şöbəsinə istinadən məlumat verir.

Rektor, akademik Abel Məhərrəmov qonaqlara universitetin tarixi, beynəlxalq əlaqələri, Rusiya universitetləri ilə qarşılıqlı münasibətləri, BDU-da fəaliyyət göstərən Rus Mərkəzi, o cümlədən rus dilinin tədrisi haqqında danışıb.

“Rossotrudniçestvo”nun müavini Dmitriy Qujelya, Agentiliyin Azərbaycan nümayəndəliyinin rəhbəri Valentin Denisov Bakı Dövlət Universitetində rus dilinin tədrisindən razılıqlarını ifadə edib, Rus Mərkəzinin fəaliyyəti üçün yaradılmış şəraitin diqqətəlayiq olduğunu nəzərə çatdırıb, bu istiqamətdə əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarının bildiriblər.  

Sonra nümayəndə heyəti univesitetin maddi-texniki bazası, laboratoriyaları ilə tanış olublar. Fizika fakültəsinin dekanı, Nanotexnologiya laboratoriyasının müdiri, professor Məhəmmədəli Ramazanov qonaqlara Rusiya fizikləri ilə əməkdaşlıq, o cümlədən Dubnadakı Nüvə Tədqiqatları Birləşmiş İnstitutu ilə əlaqələrindən bəhs edib.

40
Teqlər:
humanitar, dekan, müdir, sədr müavini, laboratoriya, Akademik, rektor, rus dili, Nüvə Tədqiqatları Birləşmiş İnstitutu, Rossotrudniçestvo, Bakı Dövlət Universiteti, BDU, Məhəmmədəli Ramazanov, Abel Məhərrəmov, Dmitriy Qujelya, Valentin Denisov, Dubna, Azərbaycan
Ofis, arxiv şəkli

İşədüzəltmə firmalarının fırıldaqçılığına son

5
(Yenilənib 22:44 06.07.2020)
İşədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq

BAKI, 6 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dövlət Məşğulluq Agentliyinə həvalə olunan vəzifələrdən biri də işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron formada reyestrini aparmaqdır.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib. Xəbərə görə, həmin reyestrin yaradılması 2020–2021-ci illərdə nəzərdə tutulub və hazırda üzərində işlər aparılır. Bu reyestr müvafq sahədə vahid informasiya bazasının yaradılmasına imkan verəcək. Nəticədə işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq.  Hüquqi şəxslər onlarda olan mövcud vakansiyaları, həmçinin onlara işlə təmin edilmək üçün müraciət edən şəxslər və eləcə də işlə təmin etdikləri şəxslər barədə bütün məlumatları bu reyestrə daxil edəcəklər.

5
Bakıda yanğının nəticəsi

Paytaxtda üfunət qoxusu Yayılan iy “Sobsan”dan gəlir?

184
(Yenilənib 23:00 06.07.2020)
Üfunət iyi Bakının Binəqədi rayonunda daha çox hiss olunur, eyni zamanda Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

BAKI, 6 iyul — Sputnik. Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb. Sputnik Azərbaycan-ın məlumatına görə, pis qoxu paytaxtın Binəqədi rayonunda daha çox hiss olunur.

Eyni zamanda üfunət iyi Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

Hazırda atmosfer qatında mövcud olan qoxunun səbəbləri məlum deyil.

Qeyd edək ki, bir neçə gün öncə Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə havaya qatı tüstü yayılıb. Yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.

Analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol  verilən qatılıq həddini keçib. Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.

184
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0