Şəhid Natiq Tahirli bu gün Lerik rayonunda dəfn edildi

Lerik daha bir şəhid oğlu ilə vidalaşdı

385
(Yenilənib 18:57 18.05.2016)
Qoşunların təmas xəttində atəşkəs rejiminin yenidən pozulması nəticəsində həlak olan ordumuzun 19 yaşlı əsgəri Tahirli Natiq bu gün dəfn edilib.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Mayın 17-də münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin yenidən pozulması nəticəsində həlak olan ordumuzun 19 yaşlı əsgəri Tahirli Natiq Namiq oğlu bu gün Lerik rayonunda dəfn edilib.

Şəhid Natiq Tahirli ata-baba yurdu olan Lerikin Almu kəndində torpağa tapşırılıb. Şəhidin dəfnində Lerik rayon icra sturkturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinin əməkdaşları, N saylı hərbi hissənin əsgər və zabitləri, kənd sakinləri və şəhidin doğmaları iştirak ediblər.

  • Atəşkəs rejiminin yenidən pozulması nəticəsində həlak olan ordumuzun 19 yaşlı əsgəri bu gün Lerik rayonunda dəfn edildi
    Atəşkəs rejiminin yenidən pozulması nəticəsində həlak olan ordumuzun 19 yaşlı əsgəri bu gün Lerik rayonunda dəfn edildi
    © Sputnik / Rahım Zakıroglu
  • Tahirlinin dəfnində onun şərəfinə havaya 3 dəfə yaylım atəşi açılıb
    Tahirlinin dəfnində onun şərəfinə havaya 3 dəfə yaylım atəşi açılıb
    © Sputnik / Rahım Zakıroglu
  • Tabutu üzərindəki Azərbaycan bayrağı isə əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib
    Tabutu üzərindəki Azərbaycan bayrağı isə əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib
    © Sputnik / Rahım Zakıroglu
1 / 3
© Sputnik / Rahım Zakıroglu
Atəşkəs rejiminin yenidən pozulması nəticəsində həlak olan ordumuzun 19 yaşlı əsgəri bu gün Lerik rayonunda dəfn edildi

Dəfn mərasimində çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, millət vəkili İqbal Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi — qazi Hacı Sədi Axundzadə və digərləri çıxış edərək şəhid əsgərimiz Natiq Tahirlinin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu və adının daim uca tutulacağını bildiriblər və onun ailə üzvlərinə başsağlığı veriblər.

Əsgər Natiq Tahirlinin dəfnində onun şərəfinə havaya 3 dəfə yaylım atəşi açılıb. Tabutu üzərindəki Azərbaycan bayrağı isə əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib. Mərasim iştirakçıları kənd qəbristanlığını “Şəhidlər ölməz, Vətən bölünməz!” nidaları ilə tərk ediblər.

Allah rəhmət eləsin!

385
Teqlər:
ata-baba yurdu, Azərbaycan bayrağı, cənub bölgəsi, atəşkəs rejimi, şəhid, tabut, zabit, əsgər, mərasim, dəfn, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, N saylı hərbi hissə, Ermənistan Silahlı Qüvvələri, Qafqaz Müsəlmanları İdarəsi, İqbal Məmmədov, Rövşən Bağırov, Hacı Sədi Axundzadə, Tahirli Natiq, Almu kəndi, Lerik, Ermənistan, Azərbaycan
Əlaqədar
Cəbhədə atışma, əsgərimiz şəhid oldu
Şəhidin "qan pulu"nun oğurlanmasına dair şok fakt
Əsgərimiz şəhid olub
Şəhid əsgərimiz son mənzilə yola salındı
Anasına şəhid olacağını dedi və sözünü tutdu...
Şəhid kapitanın dəfni ümumxalq nümayişinə çevrildi
Kino lenti, arxiv şəkli

"Kinematoqrafiya uğurlarına görə" beynəlxalq mükafatına kim layiq görüldü?

13
(Yenilənib 23:58 01.12.2020)
Festival zamanı dünyanın hər bir ölkəsindən olan kino mütəxəssisləri öz filmlərini nümayiş etdirir, sərgilərdə, treninqlərdə, seminarlarda iştirak edirlər.

BAKI, 1 dekabr — Sputnik. "Narimanfilm" kinostudiyasının direktoru, Azərbaycan Respublikası Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov 2020-ci il noyabrın 27-də 13-cü Global Film Festival Noida və "MARWAН STUDIOS" (Hindistan) tərəfindən kinematoqrafiyanın irəliləyişi işində göstərdiyi əməyinə görə "Kinematoqrafiya uğurlarına görə" beynəlxalq mükafatı ilə təltif olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, 13-cü Global Film Festival Noida 2020-ci il noyabr ayının 26-28 tarixlərində Hindistanda, Noida şəhərində yerləşən "MARWAН STUDIOS"-da keçirilmişdir. Bu, tələbələr, entuziastlar və kino professionalları daxil olmaqla, bütün dünya kinematoqrafiya cəmiyyəti ilə birlikdə kinonun gücünü tərənnüm edən ən böyük və tanınmış festivallardan biridir. Festival zamanı dünyanın hər bir ölkəsindən olan kino mütəxəssisləri öz filmlərini nümayiş etdirir, sərgilərdə, treninqlərdə, seminarlarda iştirak edirlər. Festivalın prezidenti məşhur Hindistan rejissoru, prodüseri, jurnalisti, həmçinin, Asiya Kino və Televiziyası Akademiyasının təsisçisi və prezidenti cənab Sandip Marvadır.

13
Teqlər:
tələbələr, rejissor, Hindistan, prodüser, mükafat
Quşlar

Quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirilib

7
(Yenilənib 23:48 01.12.2020)
Monitorinqlər zamanı çöl quşlarından götürülmüş patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunub.

BAKI, 1 dekabr — Sputnik. Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə mövsümü epizootoloji monitorinqlərə başlanılıb. İlk monitorinq 2-6 noyabr 2020-ci il tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların əməkdaşlarının iştirakı ilə keçirilib. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, çöl quşları arasında monitorinqlər Abşeron yarmadasını, Şirvan Milli Parklarının ərazisini, Ağzıbir ovçuluq təsərrüfatını və Qızılağac Milli Parkı ilə yanaşı, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarını əhatə edib. Eyni zamanda, Bakı şəhərindəki, Abşeron, Şabran, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarında müxtəlif növ quşdan, o cümlədən Bakı və Sumqayıt şəhərlərindəki, Abşeron, Salyan, Neftçala, Sabirabad, Lənkəran, Cəlilabad, Xızı və Siyəzən rayonlarında yerləşən sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində ev quşundan diaqnostik materiallar götürülərək laboratoriya müayinələrinə cəlb edilib.

Monitorinqlər zamanı çöl quşlarından götürülmüş patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunub. Müayinə zamanı yüksək patogen quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib.

Qeyd edək ki, keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən quşlara və ya quş cəsədinə rast gəlinməyib.

7