Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev

"Azərbaycan çəyirtkə təhlükəsinin qarşısını almağa hazırdır"

719
(Yenilənib 14:55 18.05.2016)
Camal Quliyev: "Qısa müddət ərzində səyyar qərargahlar yaradılaraq, 1040 hektar sahədə mübarizə tədbirləri aparıldı və Asiya çəyirtkəsinin ocaqları məhv edildi"

BAKI, 18 may — Sputnik. "Azərbaycan çəyirtkəkimilərlə mübarizəyə həm texniki, həm də kadr baxımından tam hazırdır". Sputnik xəbər verir ki, bunu Dağıstanın bir sıra rayonlarında çəyirtkə yayılması səbəbindən fövqəladə vəziyyət elan olunması ilə bağlı xəbərə münasibət bildirən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.

Dağıstanın bir sıra rayonlarında çəyirtkə yayılması səbəbindən fövqəladə vəziyyət elan olunub
© Photo : Dövlət Fitosanitar Nəzarəti Xidməti
Dağıstanın bir sıra rayonlarında çəyirtkə yayılması səbəbindən fövqəladə vəziyyət elan olunub

Xidmət rəisi bildirib ki, 2015-ci ilin iyun ayının 12-də Abşeron yarımadasına Dağıstan Respublikasının Terek çayı vadisindən Xəzər dənizi vasitəsi ilə Asiya çəyirtkəsi miqrasiya etmişdi: "Qısa müddət ərzində səyyar qərargahlar yaradılaraq, 1040 hektar sahədə mübarizə tədbirləri aparıldı və Asiya çəyirtkəsinin ocaqları məhv edildi".

Azərbaycan çəyirtkəkimilərlə mübarizəyə həm texniki, həm də kadr baxımından tam hazırdır
© Photo : Dövlət Fitosanitar Nəzarəti Xidməti
Azərbaycan çəyirtkəkimilərlə mübarizəyə həm texniki, həm də kadr baxımından tam hazırdır

"Hər il Dövlət Xidməti tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir və maşın-mexanizmlər işlək vəziyyətdə saxlanılır ki, çəyirtkəkimilərin miqrasiyası baş verdikdə, bunun qarşısı dərhal alınsın və kənd təsərrüfatı məhsullarına ziyan vurmasına imkan verilməsin", — deyə C. Quliyev bildirib.

1040 hektar sahədə mübarizə tədbirləri aparılıb və Asiya çəyirtkəsinin ocaqları məhv edilib
© Photo : Dövlət Fitosanitar Nəzarəti Xidməti
1040 hektar sahədə mübarizə tədbirləri aparılıb və Asiya çəyirtkəsinin ocaqları məhv edilib

DFNX rəisinin sözlərinə görə, Xidmət tərəfindən bu il də xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə məqsədi ilə respublikanın rayonlarını əhatə edən qərargahlar yaradılıb: "Bu günə qədər respublika üzrə 3913 sahədə Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirləri aparılıb. Çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə monitorinqlər aparılır və çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri aparılır".

719
Teqlər:
həşərat, Camal Quliyev, Dövlət Fitosanitar Nəzarəti Xidməti, çəyirtkə
Əlaqədar
Asiya çəyirtkələri Azərbaycana hücum ediblər
Bu həşərat Azərbaycana milyonlar qazandıra bilər
Rusiyanın nümayəndə heyəti fitosanitar laboratoriyalara baş çəkib
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

2
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

2
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Reabilitasiya Mərkəzində, arxiv şəkli

Sosial reabilitasiya müəssisəsinə qəbul olunanlar arasında xeyli uşaq var

14
(Yenilənib 23:47 02.12.2020)
Sosial reabilitasiya müəssisəsində hazırda 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. 2020-ci il noyabr ayı ərzində "Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi"nə 23 sakin qəbul olunub.

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən daxil olan məlumatda bildirilir.

Orada qurumun son aylardakı fəaliyyəti ilə bağlı qeyd olunur ki, müəssisəyə qəbul edilən 23 nəfərdən 7-si uşaq, 16-ı isə 18 yaşdan yuxarı olanlardır. Qəbul olunan yeni sakinlərin 12-si qadın, 11-i isə kişi cinsinə mənsubdur.

Məlumatda bildirilir ki, hazırda müəssisədə 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir. Sığınacaqda müvəqqəti məskunlaşanların yaş həddinə gəlincə, 72 sakinin 17-si uşaq, 55-i isə 18 yaşdan yuxarı olanlardır. 

14