Pilotsuz uçan aparat

Məsafədən idarə edilən pilotsuz uçan aparatlara icazə verildi

285
"Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında" Qanunda dəyişikliyə baxılıb

BAKI, 17 may — Sputnik. Milli Məclisin bugünkü plenar iclasında "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Qanunda dəyişikliyə baxılıb. Sputnik xəbər verir ki, Qanuna aşağıdakı məzmunda 18-ci maddə əlavə edilib: "18. Məsafədən idarə edilən pilotsuz uçan aparatlar".

Qanunda 17 adda əşyaların siyahısı mövcud idi. Dəyişikliyə əsasən isə, həmin siyahıya məsafədən idarə edilən pilotsuz uçan aparatların adı daxil edilir. Bununla da əşyaların siyahısı 18-ə çatıb.

Qanuna dəyişiklik şəxsi həyatın müdaxilədən qorunmasını təmin etmək məqsəd ilə edilir. Dəyişiklik səsə qoyularaq qəbul olunub.

285
Teqlər:
qanun, pilotsuz uçan aparat, PUA, plenar iclas, Milli Məclis
Əlaqədar
Azərbaycan Amerika təyyarələrinə "yaşıl işıq" yandırdı
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı oldu
Azərbaycanla Qətər arasında viza qaydaları dəyişdi
Deputat komitə üzvlüyündən azad edilib
Parlamentin plenar iclası keçirilir