Küçə uşaqları. Arxiv şəkli

Bağlı qapı arxasındakı həqiqət: bunları bilirdiniz?

308
(Yenilənib 16:56 13.05.2016)
Azərbaycanda küçə uşaqlarının həyatına dair acınacaqlı statistika hazırlanıb. Onların yaşadıqlarına dair seçmə statistik müayinənin nəticələri təhlil edilib. Və ilginc mənzərə meydana çıxıb.

BAKI, 13 may — Sputnik. "Küçə uşaqları"na dair seçmə statistik müayinənin nəticələri təhlil edilib. Sputnik Dövlət Statistika Komitəsinin saytına istinadla xəbər verir ki, müayinənin keçirilməsinin əsas məqsədi küçə uşaqlarının qarşılaşdıqları problemlər, onların küçədə işləməsinin səbəbləri, məşğul olduqları əmək növləri, eləcə də məruz qaldıqları təhlükələr barədə ətraflı məlumat əldə edilməkdən ibarət olub.

Statistik müayinə Bakı şəhərində yaşayan və seçməyə düşmüş 9-17 yaşda olan 208 baxımsız küçə uşağını, o cümlədən 165 oğlan və 43 qızı əhatə edib. 208 nəfərin 6 nəfəri 9 yaşında (2-si oğlan, 4-ü qız), 104 nəfəri 10-14 yaşında (83-ü oğlan, 21-i qız), 98 nəfəri 15-17 yaşında (80-i oğlan, 18-i qız) olan uşaqlardır.

Valideynləri tərəfindən pul qazanmağa məcbur edilənlər

Uşaqların Bakı şəhərindən əvvəl yaşadıqları ərazilər üzrə bölgüsü: Oğlanların 55,8 faizi Bakıda anadan olanlardır. 35,7 faizi Azərbaycanın rayonlarından, 6,7 faizi ölkəmizin digər şəhərlərindən, 1,8 faizi xarici ölkələrin birindən olanlardır. Qızların 72 faizi Azərbaycanın rayonlarından, 11,7 faizi Azərbaycanın digər şəhərlərindən, 11,6 faizi Bakıda anadan olanlar, 4,7 faizi xarici ölkələrin birindən olanlardır.

Uşaqların təhsil səviyyəsinə görə bölgüsü: 208 nəfərdən 39 nəfəri heç bir zaman məktəbə getməyənlərdir ki, bunun 25-i oğlan 14-ü isə qızdır. 208-dən 36 nəfəri 1,2,3 və ya 4-cü sinifləri bitirənlərdir ki, bunun da 26-sı oğlan 10-nu qızdır. 208-dən 111 nəfəri 5,6,7,8 və ya 9-cu sinifləri bitirənlərdir. Bunun da 95-i oğlan, 16-sı qızdır. 208 nəfərdən 22 nəfəri 10-cu sinifi bitirənlərdir ki, bunun 19-u oğlan, 3-ü qızdır.

Uşaqların təhsildən yayınma səbəblərinə görə bölgüsü: 208 uşağın 11 faizi (13,5 faizi oğlan, 3,1 faizi qız) valideynləri tərəfindən pul qazanmağa məcbur edildikləri üçün, 7,4 faizi (6,7 faizi oğlan, 9,4 faizi qız) oxumağa meylli olmadıqlarına görə, 9,6 faizi (10,6 faizi oğlan, 6,3 faiz) uşaqlar tərəfindən təzyiqə məruz qaldıqlarına görə, 14,7 faizi (9,6 faizi oğlan, 31,2 faizi qız) pul qazanıb gələcəklərini qurmaq üçün, 8,8 faizi (9,6 faizi oğlan, 6,3 faizi qız) məktəbdə əməlli dərs keçilmədiyi üçün, 34,6 faizi (38,5 faizi oğlan, 21,8 faizi qız) kasıb olduqları üçün, 13,9 faizi (11,5 faizi oğlan, 21,9 faizi qız) digər səbəblərə görə yayındıqlarını söyləyiblər.

Uşaqların 42 faizi qeyri-qanuni gəlirlər hesabına dolanır

Sorğu olunan uşaqların ailələrinin tərkibi: 208 nəfərin 126 nəfərinin (100 nəfəri oğlan, 26 nəfəri isə qızdır) hər iki valideyni var. 55 nəfəri (44-ü oğlan 11-i qız) təkcə anası olanlardır. 10 nəfəri (9-u oğlan, 1-i qız) təkcə atası olanlardır. 5-nin (3-ü oğlan 2-si qız) digər yaxın qohumları var. 12 nəfərin (9-u oğlan, 3-ü qız) ailəsi yoxdur.

Uşaqların kimlə və ya harada yaşaması üzrə bölgüsü: Uşaqların 51,9 faizi (50,3 faizi oğlan, 58,1 faizi qız) ailələri ilə yaşayır. 21,2 faizi (18,8 faizi oğlan, 30,2 faizi qız) yaxın qohumları ilə yaşayır. 7,7 faizi (7,3 faizi oğlan 9,4 faizi qız) dostları ilə yaşayır. 18,2 faizi (22,4 faizi oğlan, 2,3 faizi qız) digər qohumları ilə yaşayır.

Uşaqların yaşayış şəraitinə görə bölgüsü: 208 nəfərin 62 nəfəri (29,8 faizi) ayrıca mənzildə, 3 nəfəri (1,4 faizi) kommunal mənzildə, 119 nəfəri (57,2 faizi) kirayədə, 19 nəfəri (9,2 faizi) yataqxanada, 5 nəfəri (2,4 faizi) atılmış və ya yaşayış üçün yararlı olmayan evlərdə yaşayır.

Uşaqların gəlir mənbəyi üzrə bölgüsü: 80,3 faizi işləyənlərdir ki, bunun da 88,5 faizi oğlan, 48,8 faizi qızdır. Valideynlərindən pul alanlar 2,4 faiz təşkil edir ki, bunun 11,6 faizi qızlardır. Oğlanlardan isə valideynlərindən pul alan yoxdur. Humanitar yardım və müavinət alanlar 88,5 faiz təşkil edir ki, bunun 90,9 faizi oğlan, 79,1 faizi qızdır. Qeyri-qanuni gəlirlər hesabına dolananlar 42,3 faiz təşkil edir ki, bunun da 35,7 faizini oğlan, 67,5 faizi isə qızlardır.

Maşın yuyanlar 24,5 faizdir

Uşaqları işləməyə kimin və ya nəyin məcbur etməsi üzrə bölgü: Sorğu olunanların 20,2 faizi valideynləri və ya bacı-qardaşı tərəfindən işləməyə məcbur edilənlərdir ki, bunun da 13,9 faizi oğlan, 44,2 faizi qızdır. 4,3 faizi yanlarında yaşadığı qohumları tərəfindən işləməyə məcbur edilənlərdir ki, bunun 4,2 faizi oğlan, 4,7 faizi qızdır. 45,2 faizi ailəsinə kömək etmək üçün pul qazananlardır ki, bunun 52,1 faizi oğlan, 18,5 faizi qızdır.

15,9 faizi istədiyi şeyləri almaq üçün pula ehtiyacı olanlardır (narkotikdən başqa) ki, bunun da 16,4 faizi oğlan, 14 faizi qızdır. 3,4 faizi özünü asılı hesab etməmək üçün cibində pul olmasını istəyənlərdir ki, bunun da 4,2 faizi oğlan, 0 faizi qızdır. 10 faizi acından ölməmək üçün işləyənlərdir. Bunun da 8 faizi oğlan, 18,6 faizi qızdır. Narkotik maddə almaq üçün işləyənlər 1 faiz təşkil edir ki, bunun da 1,2 faizi oğlan 0 faizi isə qızdır.

Uşaqların çalışdıqları işlərin növünə görə bölgüsü: Yük daşıyan, yük vuranlar 7,7 faiz təşkil edir ki, bunun 9,7 faizi oğlan, qızlar 0 faizdir. Bazarda, küçədə alver edənlərə köməklik edənlər 13,9 faizdir. Bunun da 13,3 faizi oğlan, 16,2 faizi qızdır. İş və ticarət yerlərini təmizləyənlər 9,6 faizdir. Bunun da 9,7 faizi oğlan, 9,3 faizi qızdır. Əşyalara, mallara keşik çəkənlər 1,9 faiz təşkil edir ki, bunun da 2,4 faizi oğlan, 0 faizi qızdır.

Maşın yuyanlar 24,5 faizdir. Bunun da 30,9 faizi oğlan, qızlar 0 faiz təşkil edir. Şüşə qabları və utili yığıb təhvil verənlər 15,5 faiz təşkil edir ki, bunun da 18,2 faizi oğlan, 4,7 faizi qızdır. Dilənənlər 25 faiz təşkil edir ki, bunun da 15,8 faizi oğlan, 60,5 faizi qızdır. Digər işlərlə məşğul olanlar 1,9 faiz təşkil edir ki, oğlanlar 0 faiz, qızlar isə 9,3 faizdir.

Uşaqların qazandığı pulun bir hissəsini hədə-qorxu altında kiməsə verməyə məcbur olub-olmaması üzrə bölgü: Valideynlərinə və ya bacı-qardaşına pul verənlər 5,8 faiz təşkil edir ki, bunun da 6,1 faizi oğlan, 4,7 faizi qızdır. Yanlarında qaldığı qohumlarına pul verənlər 7,2 faizdir. Bunun da 6,7 faizi oğlan, 9,3 faizi qızdır. "Haqq" yığana pul verənlər 5,8 faiz təşkil edir ki, bunun da 4,8 faizi oğlan, 9,3 faizi qızdır. Heç kimə pul verməyənlər 39,4 faizidir. Bunun da 40 faizi oğlan, 37,2 faizi qızdır. Bu barədə demək istəməyənlər 41,8 faiz təşkil edib ki, bunun da 42,4 faizi oğlan, 39,5 faizi qızdır.

308
Teqlər:
oğlan, statistika, küçə uşaqları, hesabat, Dövlət Statistika Komitəsi, qız, uşaq
Əlaqədar
Deputat uşaqları internetdən uzaq tutmağı təklif edir
Uşaq bağçalarımız müasir standartlara niyə uyğunlaşmır?
BMT: ​Bu il Əfqanıstanda 160-dan çox uşaq öldürülüb
Fiziki məhdudiyyətli uşaqlar UNEC-in təhsil imkanları ilə tanış olublar
"Azərbaycanda uşaqların bərpa müalicəsində ən müasir üsullar tətbiq edilir"
"Qızım kiminləsə gəzsə, uşaqlarına da baxmağa imkanı olar"...
Kasıb uşaqların ali məktəbə yolu biryolluq bağlana bilər