Küçə uşağı

Küçə uşaqlarının həyatındakı dəhşətli reallıqlar

88
Sorğu olunan hər beş uşaqdan ikisi küçələrdə qazandığı pulun bir hissəsini hədə-qorxu altında kiməsə verib-vermədiyini söyləməkdən imtina edib

BAKI, 12 may — Sputnik. Küçə uşaqlarının həyat tərzi onların sağlamlığına təsir edir. Sorğu olunan oğlanların cəmi 3 faizi tamamilə sağlam olduqlarını, qızların isə heç biri özünü tam sağlam hesab etmədiyini bildirib.

Sputnik Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Küçə uşaqları"na dair seçmə statistik müayinənin nəticələrinin təhlilində yer alıb. Statistik müayinə Bakı şəhərində yaşayan və seçməyə düşmüş 9-17 yaşda olan 208 baxımsız küçə uşağını, o cümlədən 165 oğlan və 43 qızı əhatə edib.

Sorğu olunan hər on uşaqdan doqquzu İnsanın İmmunçatışmazlıq Virusu (İİV), Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) və cinsi yolla keçən xəstəliklər barədə məlumatlara malik olmadığını bildirib.

Uşaqların sağlamlığını təmin edən mühüm amillərdən biri də gün ərzində kifayət qədər və düzgün qidalanmadan ibarətdir. Qızların yarıdan çoxu, oğlanların isə üçdə iki hissəsi lazımi səviyyədə qidalanmadığını qeyd edib.

Küçə uşaqları müxtəlif xəstəliklərdən başqa, digər təhlükələrlə də üzləşirlər. Qızların üçdə ikisi və oğlanların 60 faizi iş vaxtı döyülmədiklərini bildiriblər.

Uşaqların üçdə ikisi böyüklər tərəfindən onlara qarşı seksual xarakterli zorakılıq hallarının olmadığını söyləyib, qalanları isə bu suala cavab vermək istəməyib.

Sorğu olunan hər beş uşaqdan ikisi küçələrdə qazandığı pulun bir hissəsini hədə-qorxu altında kiməsə verib-vermədiyini söyləməkdən imtina edib. Uşaqların üçdə bir hissəsindən çoxu qazandığı pulları hədə-qorxu altında heç kimə vermədiyini, hər səkkiz nəfərdən biri isə valideynlərinə və ya qohumlarına verdiyini bildirib.

88
Teqlər:
xəstəlik, hədə-qorxu, sorğu, uşaq, küçə uşaqları
Əlaqədar
Uşaq bağçalarımız müasir standartlara niyə uyğunlaşmır?
BMT: ​Bu il Əfqanıstanda 160-dan çox uşaq öldürülüb
Fiziki məhdudiyyətli uşaqlar UNEC-in təhsil imkanları ilə tanış olublar
"Azərbaycanda uşaqların bərpa müalicəsində ən müasir üsullar tətbiq edilir"
Kasıb uşaqların ali məktəbə yolu biryolluq bağlana bilər
Bakıda uşaq bağçası yandı
Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani, arxiv şəkli

Qətər əmiri Azərbaycan Prezidentinə zəng etdi

0
Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər

BAKI, 29 sentyabr - Sputnik. Bu gün Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Söhbət zamanı iki ölkə arasında ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə edilib. Qətər dövlətinin Əmiri və Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda, Ermənistanla Azərbaycan arasında yaranmış gərginliyə dair məsələləri də müzakirə ediblər. Bu baxımdan Qətər dövlətinin Əmiri vəziyyəti sakitləşdirməyə, hər iki ölkənin və xalqın maraqlarının qorunması yolu ilə dialoq və diplomatik vasitələrlə iki ölkə arasında olan mübahisənin həlli üzərində işləməyə çağırıb.

Prezident İlham Əliyev bildirib ki, sentyabrın 27-də Ermənistan növbəti dəfə Azərbaycana qarşı hərbi təxribat törədib. Ermənistanın təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi və hərbi birləşmələrimizi ağır artilleriya qurğularından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub. Azərbaycan ordusu düşmənə layiqli cavab verərək uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

0
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Prezident İlham Əliyev, Əmir, Azərbaycan, Qətər
Əlaqədar
İlham Əliyev: "Azərbaycan öz xalqını, öz insanlarını, öz torpağını müdafiə edir" – VİDEO
İlham Əliyev: "Bu dəfə biz onlara növbəti dərs verəcəyik"
Angela Merkel Prezident İlham Əliyevə zəng edib
İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş olub
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Ölkəmizdəki xarici hərbi attaşelər əməliyyat şəraiti haqqında məlumatlandırılıblar

6
(Yenilənib 22:58 29.09.2020)
Tədbir iştirakçılarına Azərbaycanın haqlı mövqeyi bir daha çatdırılıb və erməni tərəfindən fərqli olaraq, qoşunlarımızın düşmənin sadəcə hərbi qüvvəsini və obyektlərini hədəf aldığı bir daha vurğulanıb.

BAKI, 29 sentyabr - Sputnik. Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinə cəbhədəki vəziyyət barədə məlumat verilib.
Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbir iştirakçılarına Azərbaycanın haqlı mövqeyi bir daha çatdırılıb və erməni tərəfindən fərqli olaraq, qoşunlarımızın düşmənin sadəcə hərbi qüvvəsini və obyektlərini hədəf aldığı bir daha vurğulanıb.
Əlavə olaraq, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatların beynəlxalq hüququn prinsipləri və müharibə qanunları çərçivəsində aparıldığı xüsusi ilə qeyd edilmiş və qonaqları maraqlandıran suallara cavab verilib.

6
Teqlər:
hərbi attaşelər, Azərbaycan Müdafiə Nazirliyi, erməni təxribatı, cəbhə xətti, ön cəbhə, cəbhə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Müdafiə Nazirliyindən təkzib: Ermənistan qırıcısını F-16-nın vurması yalandır
Hikmət Hacıyev: "Ermənistan radarlara baxsın"
Ermənistan ordusunun son günlərdə öldürdüyü azərbaycanlıların sayı açıqlandı
Artilleriya bölmələrimiz Ermənistan ordusuna sarsıdıcı zərbələr endirir - VİDEO
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib