Ağasəlim Çıldağın ocağı

Azərbaycanda qeyri-adi ocaq: insanlar burada özlərini yandırırlar

2680
(Yenilənib 15:20 12.05.2016)
"Bəzən insanlar çıldaqla nəzərçini, falçını səhv salırlar. Gəlib oturur, çıldaq edirəm. Sual veririr ki, "nədən qorxmuşam?" Mən o adamı başa sala bilmirəm ki, qardaş, mən çıldaqçıyam, falçı deyiləm.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. "Uşaq qorxub" — "Çıldağa apar", "Gecələr yata bilmirəm" — "Çıldağa get", "Çox əsəbiyəm, az qala boğuluram" — "Çıldağa üz tut"… 

Çıldağ haqqında çox eşitmişik. Mən özüm də dəfələrlə getmişəm. Anam bakılı olduğu üçün çıldağa inamı xüsusi olub. Uşaqlar xəstələnəndə, işlər qaydasında olmayanda, bir balaca narahatlıq olanda, hər zaman böyüklərimiz bizə çıldağın yolunu göstəriblər. Bəzən inanmasaq da, inanmış kimi göstərmişik özümüzü. Bəzən isə, ümidsizcəsinə inanmışıq.

Bu günlərdə yenə yolum çıldağa düşmüşdü. Daha doğrusu, anam dedi ki, "Qızım bir çıldağa get, deyəsən qorxmusan". Anamın təklifi bu reportajın ərsəyə gəlməsinə səbəb oldu. Dedim, gedim söhbət edim, görüm bu işin əsli nədir. Və çıldaqçı Əmirin qonağı oldum.

Bura Ağasəlim Çıldağın ocağıdır. Bu həyətdə bir neçə ev, bir neçə çıldaqçı olsa da, tək bir ocaq var. Həmin çıldaq ocağı müsahibimizin evindədir.

  • Bu ocaqda Əmirin ulu nənəsi çıldaqçılıq edirmiş
    Bu ocaqda Əmirin ulu nənəsi çıldaqçılıq edirmiş
    © Sputnik / Irade Celil
  • Əmir danışır ki, çıldaq zamanı müəyyən nöqtələrə söndürülmüş köz vurulur. Bu zaman sinirlər ayılır
    Əmir danışır ki, çıldaq zamanı müəyyən nöqtələrə söndürülmüş köz vurulur. Bu zaman sinirlər ayılır
    © Sputnik / Irade Celil
  • Bu ocağa hələ də gəlib nəzir verənlər az deyil
    Bu ocağa hələ də gəlib nəzir verənlər az deyil
    © Sputnik / Irade Celil
  • Çıldaqçı Əmir: Həyatda hər şeyin təməlində inam durduğu üçün bu ocağa da inamla gələnlər şəfa tapırlar
    Çıldaqçı Əmir: "Həyatda hər şeyin təməlində inam durduğu üçün bu ocağa da inamla gələnlər şəfa tapırlar"
    © Sputnik / Irade Celil
  • Əmir: Məqsədimiz bu işdən pul qazanmaq deyil, insanlara yardım etməkdir.
    Əmir: "Məqsədimiz bu işdən pul qazanmaq deyil, insanlara yardım etməkdir"
    © Sputnik / Irade Celil
  • Çıldaq ocağı evin alt mərtəbəsində yerləşir
    Çıldaq ocağı evin alt mərtəbəsində yerləşir
    © Sputnik / Irade Celil
  • Çıldaq etmək üçün parça da xüsusi olmalıdır, yəni hər parçanı yandırıb insanların bədəninə basmaq olmaz
    Çıldaq etmək üçün parça da xüsusi olmalıdır, yəni hər parçanı yandırıb insanların bədəninə basmaq olmaz
    © Sputnik / Irade Celil
  • Bəzən insanlar çıldaqla nəzərçini, falçını səhv salırlar
    Bəzən insanlar çıldaqla nəzərçini, falçını səhv salırlar
    © Sputnik / Irade Celil
1 / 8
© Sputnik / Irade Celil
Bu ocaqda Əmirin ulu nənəsi çıldaqçılıq edirmiş

Əmir danışır ki, çıldaq zamanı müəyyən nöqtələrə söndürülmüş köz vurulur. Bu zaman sinirlər ayılır: "Qorxu zamanı insanın sinirləri keyiyir. Çıldaq edən zaman biz bilirik ki, hansı möqtələrə vurmaq lazımdır. Həmin nöqtələrdə sinirlər var. İstilik dəydikcə sinirlər ayılır".

Müsahibimiz bildirir ki, bəzən insanlar çıldaqla nəzərçini, falçını səhv salırlar: "Gəlib oturur. Çıldaq edirəm. Sual veririr ki, "nədən qorxmuşam?" Mən o adamı başa sala bilmirəm ki, qardaş, mən çıldaqçıyam, falçı deyiləm. Və yaxud deyirlər ki, nəzərimi də "tut". Hamısı ondan irəli gəlir ki, son zamanlar çıldaq adı altında çox adamlar fəaliyyətə başladılar. Onlar qorxuluğu aldıqlarını iddia etməklə yanaşı, insanlara nədən qorxuqlarını deyir və ya fala da baxırlar. Bu isə insanları aldatmaq deməkdir. Nə yazıq ki, insanların da bu aldanışdan xoşu gəlir".

Onun sözlərinə görə, Maştağada əsas çıldaq Ağasəlim Çıldağın ocağıdır, ətrafda sonradan açılmış çıldaqlar isə ocaq deyil. Daha sonra müsahibimiz bizi evlərinin alt mərtəbəsinə aparıb oradakı çıldaq ocağını göstərir. Bu ocaqda onun ulu nənəsi çıldaqçılıq edirmiş. Bu ocağa hələ də gəlib nəzir verənlər az deyil.

Amma ailəarası söz-söhbətlərə görə, Ağasəlim ocağı bir neçə çıldağa bölünüb. Qohunlar öz aralarında ayın günlərini bölüşüblər. Əsl ocağa isə ayda bir həftə vaxt ayrılır.

Çıldaqçı bu barədə danışmaq istəmir. Amma özüm dəfələrlə bu ocağa getdiyim üçün müxtəlif insanlarla qarşılaşdığımı xatırlayıram. Bu evdə qadınlar ayrı, kişilər ayrı çıldaq edilir. Yəni qadınları qadın çıldaq edir. Amma o özü bizimlə danışmaq istəmədi bu haqda.

Əmirin sözlərinə görə, onların yeganə istəyi ocağın yolunu davam etdirib, insanlara yardım etməkdir: "Bəzi çıldaqçılar qiymət danışır. Bizdə isə elə deyil. Çox adam olub, gəlib, yardım etmişik gedib. Biz Allah yolunda çalışırıq, məqsədimiz bu işdən pul qazanmaq deyil, insanlara yardım etməkdir".

Onun dediyinə görə, çıldaq etmək üçün parça da xüsusi olmalıdır: "Yəni hər parçanı yandırıb insanların bədəninə basmaq olmaz. Çünki bəzi parçalar var ki, ağır yandıra bilər. Bu işlə məşğul olmaq kökdən gəlməlidir. Biz babalarımızın əlinə baxa-baxa öyrənmişik".

Müsahibimiz qeyd edir ki, həyatda hər şeyin təməlində inam durduğu üçün bu ocağa da inamla gələnlər şəfa tapırlar: "Əsas inamlı olmaq lazımdır. Bizim haqqımızda çox yazıblar, TV verilişlər çəkiblər. Bizi televiziyadan görüb gələnlər də az deyil. Hətta bir dəfə bir qadın gəlib deyir ki, "məni o kişi çıldaq etsin". Başa saldıq ki, burada qadın çıldaqçı ayrıdır. O TV-də bizi görüb, inanıb gəlmişdi. Çox adam olub qucaqda gətiriblər, gedəndə özü gəzə-gəzə gedib. Yəni inam hər şeydir".

Orada olduğum müddətdə qadınlı-kişili onlarla insan gəldi. Səssizcə qollarını, ayaqlarını, kürəklərini açıb yandırılaraq qorxuluqlarının alınmasını gözləyirdilər.

Bəlkə də doğrudur, bəlkə də cahillik, deyə bilmərəm. Bircə onu bilirəm ki, hər gün onlarla insan bu ocağa üz tutur, burada ruhunu sakitləşdirir, şəfa tapır. Məhz elə buna görə də, bura bir dəfə gələn dəfələrlə gəlir.

2680
Teqlər:
çıldağçı, Maştağa, Əmir, Ağasəlim Çıldağ, qorxuluq, çıldağ
Əlaqədar
Özünü yandıran gəncin tükürpədici həyatı: cəmi 15 dəqiqə...
"Allah həmişə gözəl qadınları başsız qoyur"
"Nənəmin ölümünə hazırlaşarkən elə bir hadisə baş verdi ki..."
Odla su arasında: o məşum gecədən bir xatirə
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

6
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

6
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus
Prezident İlham Əliyev, arxiv şəkli

Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib

11
(Yenilənib 21:06 23.11.2020)
Rus icması: "Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi".

BAKI, 23 noyabr - Sputnik. Azərbaycanın Rus İcması Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Heydər oğlu!

İcazə verin, Azərbaycanın Rus İcması adından Sizi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı bütün Azərbaycan xalqının düşmən üzərində birmənalı, möhtəşəm Qələbəsi münasibətilə təbrik edək. Ermənistan Respublikasının işğalçı qüvvələri darmadağın edildi və geri çəkildi.

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi.

Möhtərəm İlham Heydər oğlu, biz bilirik ki, Siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq bu münaqişənin dinc yolla nizamlanması üçün nə mümkündürsə etdiniz. Lakin Ermənistanın destruktiv mövqeyi danışıqlarda irəliləyişə nail olmağa imkan vermədi, onun daimi hərbi provokasiyaları bu il sentyabrın 27-də münaqişənin eskalasiyasına gətirib çıxardı.

Biz, Azərbaycanın rus əhalisi Sizin mətinliyinizə, müdrikliyinizə və qəti qələbəyə qədər getmək əzminizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

Sizin rəhbərliyinizlə igid, rəşadətli ordumuz qısa müddətdə çoxsaylı kəndləri, şəhərləri erməni işğalından azad etdi və Ermənistanı tam hərbi kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Respublikanın rus vətəndaşlarının çoxu 1990-cı illərin əvvəlində olduğu kimi, bu dəfə də Azərbaycan xalqı ilə çiyin-çiyinə dayandı və Azərbaycan sərhədlərinin pozulmazlığı hüququnu müdafiə edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında iştirak etdi.

Biz Sizin sözlərinizi xatırlayırıq ki, bu gün biz birlikdəyik və heç kəs bu birliyi poza bilməz.

Cənab Prezident, Sizin Ali Baş Komandan, diplomat, siyasi xadim və öz ölkəsinin vətəndaşı kimi fəaliyyətiniz sabahkı quruculuq gününə qəti əminlik yaradır, o vaxt minlərlə insan öz evlərini yenidən tikmək, müharibə dəhşətlərinin nə demək olduğunu bilməyən yeni nəsil tərbiyə etmək üçün işğaldan azad olunmuş torpaqlara qayıda biləcəklər.

Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin torpağında sülhün və firavanlığın bərpa edilməsi üzrə titanik səylərinizə görə sağ olun.

Sizin Azərbaycan xalqına səmimi müraciətləriniz bu xalqın qəlbində inam oyatdı, düşməni darmadağın etmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün xalqı vahid cəbhə kimi sıx birləşdirdi. Biz doğma Qarabağ regionunu azad etdik, bu gün bizim bayrağımız Şuşada – Qarabağın ürəyində dalğalanır. Məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaq və bütün ölkəmiz yenidən firavanlaşacaq.

Bütün Azərbaycan xalqı çoxdan gözlədiyimiz şanlı Qələbə gününü Sizinlə birlikdə bayram edəcək.

Yaşasın Ali Baş Komandan!

Yaşasın çoxmillətli Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!”

Bildirilib ki, müraciət Azərbaycan Rus İcmasının Respublika Şurasının iclasında qəbul edilib.

11
Teqlər:
Ermənistan, Azərbaycan, BMT-nin qətnamələri, kapitulyasiya, Üçtərəfli bəyanat, Prezident İlham Əliyev, rus icması
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

13
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

13
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması