Kredit borclarının yaratdığı depressiyadan necə çıxmalı

Çətin məqamlarda bu psixoloji taktikaya əl atın

471
(Yenilənib 14:04 08.05.2016)
NLP ustadı Babək Bayramov çətin məqamlardan xilas olmaq üçün bir sıra psixoloji üsullar təklif edir.

BAKI, 8 may — Sputnik. Bu üsullar instinktiv sfera və şüuraltı ilə bağlı olduğu üçün, əksəriyyət hallarda özünü doğruldur. Təcrübədə dəfələrlə sınaq olunub.

1. Adamlar qrup halında gülərkən, hər kəs bu qrupda daha çox simpatiya bəslədiyi adama nəzər salır. Yaxud, xoşuna gələn və yaxın münasibət qurmaq istədiyi adama.

2. Məsuliyyətli iş öncəsi əsəbi vəziyyət yaranıbsa, saqqız çeynəyin. Bu, əsəb halını yüngüləşdirməyə kömək edəcək. Çünki orqanizm qida qəbulunu təhlükəsizlik hissi ilə asossasiya edir.

3. Tanışlardan kimsə əsəbləşib üstünüzə qışqırısa, ona adekvat tonla cavab verməyin. Sakit cavab verin, ya da heç cavab verməyin. Cavabsız qalan adam sonradan bu hərəkətinə görə peşman olur. Çox güman ki, etdiyi hərəkətə görə sonradan üzr istəyəcək.

4. Həmsöhbətin sizin suala verdiyi cavabın natamam, yaxud qeyri-dəqiq olduğunu hiss edirsizsə, sualı təkrar verməyin, sadəcə gözünün içinə baxın. Belə olan halda adam yüksək ehtimalla öz cavabını tamamlamağa, əlavələr etməyə başlayacaq. 

5. Emosiyaların mimikalara təsiri birtərəfli deyil. Mimikalar da emosiyalara təsir edə bilir. O deməkdir ki, məsələn, məclisdə istəmədiyiniz halda üzünüzdə süni təbəssüm yaradırsızsa, bu halın bir neçə dəfə təkrarlanması sizin əhvalınızın yaxşılaşmasına səbəb olacaq. Başqa sözlə, təkrarlanan süni mimika onun bağlı olduğu emosiyanı oyadır.

6. Müəyyən bir adamla tez-tez görüşməli olursuzsa və bu münasibəti saxlamaq sizin üçün əhəmiyyətlidirsə (amma həmin adamdan xoşunuz gəlmirsə), onunla hər görüşəndə süni mehribanlıq etsəz, bu hal bir neçə dəfə təkrarlandıqdan sonra əsl mehribanlığa çevriləcək. 

7. Söhbət zamanı “məncə”, “mənə elə gəlir ki”, “mənim fikrimcə” və bu kimi digər ifadələrdən yersiz istifadə etməyin. Onsuz da başa düşülür ki, dedikləriniz sizin fikirlərinizdi. Belə ifadələr işlətməklə özündən müştəbeh adam təsiri yaradırsız. 

8. Müsahibə verərkən, elə təsəvvür edin ki, müsahibə götürən adam sizin köhnə dostunuzdur, çoxdan görüşmürdüz, indi rastlaşmısız. Bununla şüuraltına təsir edə, həyəcandan qurtula, özünüzü sərbəst hiss edə bilərsiz.

9. Bir adam bundan öncə sizin nisbətən əhəmiyyətli bir xahişinizi yerinə yetirməkdən imtina edibsə (yaxud güzəşt etməyibsə), ikinci və daha az əhəmiyyətli xahişinizi də yerinə yetirməkdən (yaxud güzəşt etməkdən) imtinaya meyllidir. Halbuki, ondan ilk xahişiniz sonuncu dəfə xahiş etdiyiniş şey olsaydı, xırda əhəmiyyətli olduğuna görə çox güman ki bunu yerinə yetirərdi. 

10. Stress yaradan halları özünüz üçün imtahan kimi qəbul edə bilsəz, stressin neqativ effekti azalacaq. Başqa sözlə, stressli şəraitdə bunun bir imtahan olduğunu özünüzə təlqin edin. 

11. İnsanlar bir çox hallarda hansısa bir işə həqiqətən qadir olduqlarını başqaları üçün inamlı şəkildə nümayiş etdirə bilmirlər. Hansısa bir işə qadir olduğunuzu qəti şəkildə nümayiş etdirə bilsəz, adamları öz ətrafınıza cəzb edə biləcəksiz.

12. Adamlarla tez-tez görüşləriniz olursa (məsələn, idarənin qəbul otağında), arxa tərəfdə güzgü olması işə yarayır. Görüşdüyünüz adamlar özlərinə güzgüdə baxır, buna görə də, güzgüsüz halda ola biləcəyindən daha nəzakətli olmağa çalışırlar. Çünki normal adamlar güzgüdə özünü pis sifətdə görmək istəməz. 

13. İclas yaxud toplantı zamanı kimdənsə sərt tənqid gözləyirsizsə, həmin adamla yanaşı (yaxın) oturacaqda özünüzə yer seçsəz, onun gözlənilən aqressiyasını azaldacaqsız. 

14. İlk görüşü həmişə elə yerlərə təyin edin ki, həmin yer daha çox müsbət emosiyalar yaradır. Bununla, həmin görüş yaddaşda daha canlı, unudulmaz, xoş xatirə kimi qalacaq.

15. İlk görüş zamanı adamın gözlərinin içinə baxmaqla, onun göz rəngini özünüz üçün təyin edin. Bu informasiya beyinin müvafiq şöbələrinə ötürülməklə, sizə yardım edə bilir. Daha doğrusu, həmin adam sizinlə uzun müddətli münasibətə layiq biridirsə, münasibətlərin qurulması sürətlənəcək, layiq deyilsə, bu adamla münasibətdən vaxtında vaz keçməyə yardım edəcək.

471
Koronavirus testi, arxiv şəkli

Ön cəbhəyə yollanan hərbçilər COVID-19 testindən keçirilir?

11
(Yenilənib 00:19 23.10.2020)
Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara ordu sıralarına qatılmağa icazə verilir".

BAKI, 22 oktyabr — Sputnik. "Bu gün Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara ordu sıralarına qatılmağa icazə verilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu AzTV-nin efirində yayımlanan "Gün başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O bildirib ki, cəbhəyə yollanan şəxslər arasında COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb:

"Çağırışçılar, ön cəbhəyə gedən hər bir kəs sağlam olmalıdır. Çünki bu, çox ciddi məsələdir. Odur ki, bu istiqamətdə Nazirlik tərəfindən yoxlamalar gücləndirilib".

P.Abubəkirov onu da qeyd edib ki, hər ana öz övladını yola salarkən bağrına basmaq, qucaqlamaq istəyir, lakin mümkün qədər bu normalara riayət etmək lazımdır.

11
E-Təbib tətbiqi

TƏBİB-dən xəstələrə antibiotiklərlə bağlı xəbərdarlıq

13
(Yenilənib 22:59 22.10.2020)
"Xəstəliyin ilk simptomları üzə çıxan zaman bəzi insanlar özbaşına antibiotiklərdən istifadə edirlər" - TƏBİB.

BAKI, 22 oktyabr — Sputnik. Bəzən koronavirusa yoluxan gənc insanlarda da ağırlaşmalar ola bilər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya və epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib. Onun sözlərinə görə, sağlamlıq vəziyyəti normal olan 82 yaşlı insanların da koronavirusdan sağalması mümkün olub:

"Amma hər hansı gəncin xroniki xəstəliyi varsa və başqa ağırlaşmalar qeydə alınarsa, onun səhhətində daha ciddi ağırlaşmalar baş verə bilər".

N.Mürsəlova qeyd edib ki, gənc insanlar arasında ağırlaşmalar müraciətin gec edilməsi səbəbindən baş verir.

İnsanları özünümüalicədən də uzaqlaşmağı məsləhət görən N.Mürsəlova deyib ki, xəstəliyin ilk simptomları üzə çıxan zaman bəzi insanlar özbaşına antibiotiklərdən istifadə edirlər: "Bu zaman isə xəstənin vəziyyətində yaxşılaşma deyil, əksinə pisləşmə baş verir. Bu halda da xəstəxanaya düşən xəstəyə reanimasion yardım lazım olur".

13
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

0
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

0
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"