Əcnəbilər

Gəmidə oturub, gəmiçinin çörəyinə bais olanlar...

67
(Yenilənib 14:04 06.05.2016)
Əcnəbilərin Azərbaycanda kütləvi şəkildə işə alınması və öz vətəndaşlarımızın işsizlik problemi ilə üz-üzə qalmasına səbəb olur. Artıq bu problem həm rəsmi qurumları, həm də ekspertləri ciddi narahat etməyə başlayıb.

BAKI, 6 may — Sputnik. "Azərbaycanda fəaliyyət göstərən bəzi xarici şirkətlərin 50-60 işçisi olduğu halda, müavin vəzifəsini icra edən 12-14 nəfər olur, bu da bizi narahat edir". Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev deyib.

Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı
Şəxsi Facebook səhifəsindən
Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı

O bildirib ki, DMX şirkətlərdə müdir müavinləri vəzifələrinin 3-4-ə endirilməsini təklif edib: "Bir neçə il bundan əvvəl BP şirkəti və SOCAR arasında imzalanmış müqaviləyə əsasən, azərbaycanlı mütəxəssislər hazırlanır ki, hazırda bu sektorda çalışan əcnəbilərin sayı 10 faizə enib. Bu istiqamətdə iş aparılmalı, azərbaycanlı mütəxəssislər hazırlanmalıdır".

Xidmət rəisinin sözlərinə görə, digər tərəfdən, ixtisara düşmüş Azərbaycan vətəndaşlarının yerinə əcnəbilər təyin olunur: "Bu hal da bizi narahat edir, belə hallara yol vermək olmaz. Bizim məqsədimiz odur ki, ilk növbədə Azərbaycan vətəndaşları işlə təmin olunsunlar. Azərbaycan vətəndaşları Azərbaycan iqtisadiyyatından bəhrələnməlidirlər".

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı Sputnik-ə açıqlamasında, qeyd olunan problemin yaranmasında rəsmi qurumların da günahı olduğunu deyib: "2015-ci ilin yayından mütəmadi olaraq şəxsi "Facebook" səhifəmdə, mətbuat vasitəsilə Dövlət Miqrasiya Xidmətinə müraciət edib deyirəm ki, Sinqapurdan, Pakistandan, Hindistandan gələn xariciləri ölkəyə kim gətirib? Onlar hansı yollarla gəlirlər? Buraxmasınlar, onlar da gəlməsinlər. Hansı əsasla ölkəyə işçi gətirilir?".

M. Qəhrəmanlı bir ara çinlilərin ölkəyə axışdığını da xatırladıb: "Şəkidə Çindən gələn bir əcnəbi o qədər alver etmişdi ki, artıq Şəki ləhçəsi ilə Azərbaycan dilində danışırdı. Ölkədə iş yerləri çatışmadığı halda, biz niyə başqa ölkələrin problemini həll etməliyik? Biz niyə Sinqapurun, Pakistanın, Banqladeşin, Hindistanın işsizlik problemini həll etməliyik?".

"Burada işləyən əcnəbilərin vergi ödənişlərini də yoxlamaq lazımdır. Yoxlamalar aparılmalıdır ki, eyni vəzifədə azərbaycanlı da xarici də işləyirmi. Nəyə görə xarici burada əmək haqqını 4-5 qat artıq alır, azərbaycanlı isə az alır? Bunların hamısı bizim büdcədən gedir", — təşkilat rəhbəri bildirib.

Onun sözlərinə görə, müvafiq qurumlar bununla maraqlanmalıdır: "İşsizliyin yaranmasının səbəblərindən biri də məhz xaricdən işçilərin Azərbaycana gətirilməsidir".

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov da əcnəbilərin Azərbaycan kütləvi işə alınmasından narahatdır. "Xaricilər burada işə cəlb olunurlar, həm də iş icazəsi almadan. Bu, bizi də narahat edir", — deyə, Sputnik-ə açıqlamasında bildirib.

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov

Məmmədovun sözlərinə görə, əcnəbilər ucuz işçi qüvvəsi kimi gətirilir və burada əmək müqaviləsi olmadan işə cəlb olunurlar: "Yerli işçilər də çox zaman işsiz qalırlar. Təəssüf ki, bu praktika var. Amma bunun qarşısını almaq üçün ciddi tədbirlər görülmür".

O, qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi hazırda müəssisələrdə yoxlama aparmaqda çətinlik çəkir: "Bilirsiniz ki, sahibkarlıq subyektlərini, müəssisələri yoxlamağa qadağa qoyulub. Əslində, bundan əvvəl də effektli yoxlamalar olmurdu".

67
Teqlər:
Firudin Nəbiyev, xarici şirkətlər, əcnəbi, işsizlik, işçilər, Mirvari Qəhrəmanlı, Sahib Məmmədov
Əlaqədar
"Əcnəbilər şəhərimizin tam simasını görə biləcəklər"
Əcnəbi jurnalistlər Azərbaycanın cəbhə bölgəsinə yolandılar
Azərbaycan muzeylərində əcnəbiləri nə təəccübləndirir?
Ölkəyə saxta sənədlərlə daxil olmaq istəyən əcnəbilər saxlanıldı
Ən populyar əcnəbi cizgi filminin qadağan edilməsi təklif olunur
Ötən ay 2 minədək əcnəbi Azərbaycandan çıxarılıb
İyunda 30 minədək əcnəbi ölkəmizdə olub

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti daha bir ay dayandırıldı

7
(Yenilənib 18:23 28.10.2020)
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişikliklərə əsasən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

BAKI, 28 oktyabr - Sputnik. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

Azərbaycanın bir sıra şəhər və rayonlarında ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət də noyabr ayının 28-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.

Həmçinin 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

7
Qədəbək

Sabah hava həlim olacaq

3
(Yenilənib 18:09 28.10.2020)
Oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

BAKI, 28 oktyabr — Sputnik. Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 19-21, Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Oktyabrın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

3
Ombudsman Səbinə Əliyeva və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik arasında görüş

İsrail səfiri Ermənistanın mülki şəxsləri hədəfə alan hərbi hücumlarını pislədi

0
(Yenilənib 18:55 28.10.2020)
Səfir: "İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyinin dəyişməz olduğunu bildirib".

BAKI, 28 oktyabr — Sputnik. Ombudsman Səbinə Əliyeva İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib.

Ombudsman Aparatından Sputnik Azərbaycan-a bildirilib ki, müvəkkil Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin yalnız iqtisadi-strateji baxımdan deyil, həm də ənənəvi tarixi mədəni köklərə əsaslandığını, Azərbaycan və İsrail xalqlarının daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgə yaşayış nümunəsini bütün dünyaya nümayiş etdirdiklərini bildirib.

Görüş zamanı Müvəkkil Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində kütləvi insan hüquqları pozuntuları barədə məlumat verib. Müvəkkil bu ilin 27 sentyabr tarixindən Ermənistanın yeni torpaq iddiaları ilə Azərbaycana qarşı başlatdığı hərbi təcavüzü və hərbi təxribatları nəticəsində raket hücümuna məruz qalmış mülki yaşayış məntəqələrinə faktaraşdırıcı missiya fəaliyyəti çərçivəsində baş çəkdiyini, yaralanan mülki şəxslərlə və həlak olanların yaxınları ilə görüşdüyünü bildirib. Qeyd olunub ki, araşdırmalar zamanı toplanan faktoloji materiallar əsasında hazırlanan 4 aralıq hesabat aidiyyəti beynəlxalq qurumlara göndərilib.

© Photo : The Commissioner for Human Rights. (Ombudsman) of the Republic of Azerbaijan
Ombudsman Səbinə Əliyeva və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik arasında görüş

Müvəkkil, həmçinin bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən yenidən Bərdə şəhərinin mülki əhalinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan zərbələr endirildiyini, nəticədə 20-dən çox mülki şəxsin həlak olduğunu, 60-dan çox şəxsin yaralandığını, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydiyini səfirin diqqətinə çatdırıb.

Səfir qeyd edib ki, Azərbaycan ilə İsrail arasındakı dostluq əlaqələri dərin tarixi köklərə malikdir. İki ölkə arasında iqtisadi, enerji, təhlükəsizlik və turizm sahəsindəki əlaqələr əlaqələr, eyni zamanda Azərbaycan və İsrail xalqları arasındakı qarşılıqlı münasibətlər də çox yüksək səviyyədədir. C.Dik Ermənistan tərəfindən mülki şəxsləri hədəf alan hərbi hücumların ciddi təəssüf hissi doğurduğunu və vəziyyətlə yaxından tanış olmaq məqsədilə Gəncə və Mingəçevir şəhərlərinə getdiyini, xəsarət alan və mülkləri zərər görən şəxslərlə görüşdüyünü bildirib. Səfir Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn tələblərinin pozularaq mülki şəxslərə qarşı edilən hərbi hücumların ciddi şəkildə insan hüquqları pozuntusuna yol açdığını vurğulayıb. Qeyd olunub ki, İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyinin dəyişməz olduğunu bildirib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə