Tikinti

Tikinti sektorunun tənəzzül dövrü başlayıb

142
(Yenilənib 16:25 05.05.2016)
Bu ilin birinci rübündə tikinti sektorunda məhsul və xidmətlər istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Ekspertlərin fikrincə, dövlət dəstəyi olmadan, tikinti sahəsində canlanma baş verməyəcək.

Tikinti sektorunun tənəzzül dövrü başlayıb
BAKI, 4 may — Sputnik. Azərbaycanın sənaye və ticarət sektorundan sonra üçüncü böyük bölməsi olan tikintidə böhran getdikcə dərinləşir. Bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu "Facebook" hesabındakı şərhində yazıb.

Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
facebook/ Qubad İbadoğlu
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri

O, bildirib ki, Dövlət Statistika Komitəsinin (DSK) son açıqlamasına görə, bu ilin birinci rübündə tikinti sektorunda məhsul və xidmətlər istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Belə ki, 2016-cı ilin yanvar-mart aylarında əsas kapitala 2,88 milyard manat məbləğində vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz azdır.

"Müşahidələr və təhlillər göstərir ki, tikintidəki tənəzzülün əsas səbəbi təkrar maliyyələşmə fazasının zəifləməsi, bank sektorunda kapital qıtlığının yaranması və dövlət sifarişlərinin kəskin azalmasıdır. Rəsmi məlumatlara görə, məhdudlaşdılmış fiskal siyasət nəticəsində daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 31,3 faizini təşkil edib. Halbuki, ötən ilin eyni dövründə müvafiq göstərici indikindən 2 dəfə çox idi", — iqtisadçı vurğulayıb.

Q. İbadoğlunun yazdığına görə, hazırkı şəraitdə inşaat sektorunda müşahidə olunan durğunluq tikinti materialları və inşaat texnikası bazarlarına da əhəmiyyətli dərəcədə mənfi təsir göstərməkdədir: "Tamamlayıcı və əlavə aksesuarlar, eləcə də mebel sənayesi, hətta pərdə-tül istehsalı da inşaat sektorundakı böhranın əsas qurbanlarından sayıla bilər".

İqtisadçı onu da bildirib ki, tikintidəki böhranın mənfi nəticələrindən biri inşaat bölməsində mövcud iş yerlərinin sürətlə bağlanmasıdır. Onun sözlərinə görə, təhlillər son 1 il ərzində ən böyük işçi ixtisarının tikinti sektorunda qeydə alındığını göstərir. Mütəxəssisin yazdığına görə, bunun isə başlıca səbəblərindən biri dövlət büdcəsindən investisiya xərclərinin maliyyələşdirilməsinin məhdudlaşdırılması və ölkədə ümumi iqtisadi durğunluğun mövcudluğudur.

"Hazırda daha çox regionlarda və hətta Bakı şəhərində də tikinti işlərinin əksəriyyəti dayanıb, işçilər öz hesablarına məzuniyyətə buraxılıb. Odur ki, inşaat sektorda hər hansı bir müsbət dəyişikliklər baş verməzsə, bu, işgüzar fəallığa və işziliyə ciddi şəkildə mənfi təsirlərini göstərəcək", — İbadoğlu fikrini yekunlaşdırıb.

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

İqtisadçı ekspert Natiq Cəfərli isə Sputnik-ə açıqlamasında bildirib ki, tikinti sahəsindəki durğunluğun iki əsas səbəbi var: "Keçən ildən üzü bəri tikinti sektorunda baş verən tənəzzülün və durğunluğun iki əsas səbəbi var. Birinci səbəb odur ki, dövlət investisiya layihələrində azalmalar müşahidə olundu. Hökümət özü bu qərarı verdi, büdcə profisitlə tamamlandı, yəni qənaət rejiminə keçirildi. Bu, tikinti sahəsinə ciddi təsir göstərdi".

"İkinci səbəb isə Azərbaycanın mənzil bazarında, əsasən mənzil tikintisində, yeni tikililərdə xaricdən, əsasən də Rusiyadan gələn vəsait çox önəmli rol oynayır. İnsanların iş yerlərinin və gəlirlərinin azalması tikinti sahəsində tənəzzülün dərinləşməsinə səbəb oldu", — ekspert N. Cəfərli əlavə edib.

Onun sözlərinə görə, dövlət dəstəyi olmasa, tikinti sahəsində canlanma olmayacaq: "Hökümət bəzi addımlar atdı. Fevral ayında büdcəyə edilən dəyişikliklərə görə, 2 milyard əlavə xərcləmələr nəzərdə tutulub ki, bunun da böyük bir hissəsinin təmir-tikinti sahəsində olması gözlənilir. İpoteka Fonduna əlavə 200 milyon manatın ayrılması da nəzərdə tutulub. Bu iki faktor tukunti bazarının canlanmasına müəyyən qədər təsir edə bilər".

"Bundan başqa, Nazirlər Kabinetinin yeni sərəncamı oldu — Bakı şəhərinin doqquz rayonunda köhnə və qəzalı vəziyyətdə olan tikililərin yenilənməsi lahiyəsi təstiq olundu. Dövlətin dəstəyi olmadan bu sahədə canlanmanın yaranması indi imkansızdır. Qərarlar var, amma onların həyata keçirilmə mexanizmləri olmadığından tikinti bazarında durğunluq davam edir", — deyə Cəfərli vurğulayıb.

Ekspertlərin yekdil mövqeyi isə ondan ibarətdir ki, son aylarda Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması yaxşı təşəbbüs olsa da, bir az gecikib. Onlar hesab edirlər ki, bu agentliyin fəaliyyət konsepsiyası mənzil problemlərinin sosial həlli üzərində köklənsə də, hələ bu sahədə əhəmiyyətli dəyişikliklərə imza atılmayıb.

142
Teqlər:
sənaye, Mənzil İnşaatı Dövlət Agentliyi, tənəzzül, tikinti, Natiq Cəfərli, ticarət, Qubad İbadoğlu, Nazirlər Kabineti
Əlaqədar
Bölgələrdə təmir-tikinti işləri dayanıb
Gəncədə yol tikintisinə 12 milyon manat ayrıldı
Ən çox bahalaşmaya məruz qalan tikinti materialları bəlli oldu
Masazırda yaşayış binalarının tikintisi üçün böyük təhlükə var
Tikinti sektorunda çalışan sahibkarların vergi mexanizmi yüngülləşir
Xaçmaz rayonunda "Yalama Aqropark"ın tikintisi davam edir
Koronavirusa qarşı peyvənd, arxiv şəkli

Ümumdünya Peyvənd Konqresi: COVID-19 əleyhinə ən yaxşı vaksin "Moderna"dır

2
"Moderna" həmçinin "ən yaxşı texnologiya" kateqoriyasında da "BioNtech", "Inovio", "Janssen", "Medicago", "Novavax", "Vaccitech" və "GeneOne Life Science" şirkətlərinin işləmlərini geridə qoyub.

BAKI, 6 may — Sputnik. ABŞ-ın "Moderna" şirkəti və Milli səhiyyə institutunun birgə məhsulu olan preparat Ümumdünya Peyvənd Konqresində (World Vaccine Congress Washington 2021) COVID-19 əleyhinə ən yaxşı peyvənd hesab olunub.

ABŞ və bir sıra digər ölkələrdə təcili hallarda tətbiqinə icazə verilmiş preparat reytinqdə "AstraZeneca", "Bharat Biotech", "Janssen", "Medicago", "Novavax", "Pfizer/BioNtech", "Sputnik V" və heyvanlar üçün "Zoetis" preparatını ötüb.

"Moderna" həmçinin "ən yaxşı texnologiya" kateqoriyasında da "BioNtech", "Inovio", "Janssen", "Medicago", "Novavax", "Vaccitech" və "GeneOne Life Science" şirkətlərinin işləmlərini geridə qoyub.

Qalibin hansı meyarlar əsasında seçildiyi dəqiqləşdirilmir.

2
Yemək, arxiv şəkli

Azərbaycanda qida israfı: Dünyanın xeyli ölkəsini geridə qoyuruq

683
(Yenilənib 16:39 06.05.2021)
BMT-nin Qida Tullantısı İndeksi adlanan builki hesabatına görə, Azərbaycanda illik olaraq toplam 935 min ton qida tullantısı yaranıb. Qida tullantılarının həcminə görə Azərbaycan bir çox ölkələri geridə qoyub.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. Dünya əhalisinin sayının artması bəzi ölkələrdə israfçılığa, bəzi ölkələrdə isə aclığa səbəb olur. Avstraliya, ABŞ və Türkiyə qida tullantısına görə dünyada ilk üçlükdə qərarlaşıb. BMT-nin hesabatına görə, illik olaraq 1,3 milyard ton qida tullantısı əmələ gəlir.

Yəni, illik olaraq 2,6 trilyard ABŞ dolları dəyərində qida tullantısı əmələ gəlir. Hansı ki, bu vəsait, bu qədər qida tullantısı ilə 815 milyon ac insanı doyurmaq mümkündür.

Bəzi ölkələrdə restoranlarda qidaların tullantısı qadağandır. Bunun üçün müştərilər cərimə olunurlar. Artıq bununla bağlı olaraq Çin də qərar qəbul edib. Bəzi ölkələr isə qida tullantılarından gübrənin hazırlanması prosesində istifadə edirlər. Bu məqsədlə orqanik gübrələr də istehsal olunur.

Qida tullantılarının geri çevrilməsi ilə ətraf aləmin çirklənməsinin də qarşısı alınmış olur. Çünki qida tullantıları həm də gərəkli, faydalı torpaq qatının yoxa çıxması hesab edilir. Bu qida tullantılarından gübrə məqsədilə istifadə etməklə həm də torpaq qatının daha da zənginləşməsinə nail olmaq olar.

Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, tullantı qidalar bir ölkə olsaydı, istixana qazı emissiyalarına görə dünyada ABŞ və Çindən sonra üçüncü olardı. Bu problemə ən böyük töhfəni kim verir? İnkişaf etmiş ölkələrdə xüsusən qida tullantılarının həcmi daha çox olur. Bu gün xüsusən də Amerikda qida tullantılarının həcmi yüksək səviyyədə qalır.

Dünyada qida tullantılarından müxtəlif məqsədlər üçün istifadə olunur. Statistikaya görə, illik olaraq 20 milyon ton qida zibil olaraq tullanır.

Qida tullantılarının həcmini azaltmaq, tullantıları faydalı şəkildə idarə etməklə həm də yeni iş yerləri yaratmaq, enerjiyə qənaət etmək və iqlim dəyişikliyinin qarşısını almaq mümkündür.

Azərbaycandakı vəziyyətə gəlincə, ölkəmizdə illik olaraq adambaşına 93 kiloqram qida zibilliyə atılır. Bu barədə BMT-nin Qida Tullantısı İndeksi adlanan bu il açıqlanan hesabatında məlumat verilib. Hesabata görə, Azərbaycanda illik olaraq toplam 935 min ton qida tullantısı yaranıb. Qida tullantılarının həcminə görə, Azərbaycan bir çox ölkələri geridə qoyub.

Rəsmi rəqəmlərdən məlum olur ki, Azərbaycanda əhalinin əsas xərcləri məhz ərzaq məhsullarına çıxır. Dövlət Statistika Komitəsinin məlumatı da bunu təssdiqləyir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il pərakəndə ticarət şəbəkələrində istehlakçılara 40,2 milyard manatlıq, o cümlədən 21,7 milyard manatlıq ərzaq məhsulu, içki və tütün məmulatı, 18,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Sırf ərzaq məhsullarının ümumi xərclərdəki payı isə 48,6 faiz olub.

BMT-nin son açıqlanan hesabatına görə, il ərzində 931 milyon ton qida məhsulu zibil kimi tullanır. Bu isə illik qida məhsullarının 17 faizinin israfı deməkdir.

Hesabatda həmçinin qeyd olunub ki, dünyada 690 milyon insan aclıqdan əziyyət çəkir.

"Azərbaycanda da poliqonların qida tullantıları ilə aşıb-daşmasının qarşısını necə almaq olar?" sualına cavab olaraq millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev Sputnik Azərbaycan-a açıqlamasında qida tullantısı ilə bağlı durum və görülən işlərdən danışıb:

"Yediyimiz çörəyin bir qisminin boyat olaraq tullandığının şahidiyik. Təəssüflər olsun ki, çörək və digər qida məhsulları israfçılığın qurbanı olur. Bunun üçün maarifləndirmə işlərini daha da çoxaltmalıyıq. İnsanlar yediyi qədər ərzaq, çörək almalıdır. Restoran və kafelər də həmçinin, onlar da lazım olan qədər ərzaq almalıdırlar".

"Düşünürəm ki, biri digərinin qidasına nəzarət edə bilməz. Sadəcə olaraq maarifləndirmə işlərini gücləndirmək lazımdır. Uşaq bağçaları, məktəblərdə bu cür maarifləndirmə işlərini gücləndirmək lazımdır. Çünki bu şəxslər gələcəkdə cəmiyyəti idarə edən şəxslərə çevrilirlər", - deyə o əlavə edib.

O bildirib ki, Gəncədə tullantıların təkrar emalı ilə bağlı zavodun tikintisi planlaşdırılır: "Bu zaman çoxlu enerji, gübrələr də istehsal etmək mümkün olur. Bu layihə çox böyük vəsait tələb edir. Düşünürəm ki, əksər regionlarda belə layihə icra olunacaq".

Millət vəkili deyir ki, israfçılığın səbəbləri müxtəlifdir:

"İnsanlar yaşlandıqca anlayırlar ki, nə qədər israfçılığa yol veriblər. Təəssüflər olsun ki, yeyilən çörəyin 3 qat artığı israf olunur. Digər tərəfdən isə nə qədər ac insanlar bu çörəklə qidalana bilərdi. Hazırda Ramazan ayıdır. Ramazan ayında əsas məqsədlərdən biri də budur ki, insanlar bərabər olsunlar, toxun acdan xəbəri olsun. 13-14 saat ac qaldıqdan sonra insanlar qonşuda tanıdığı, bildiyi, köməyə ehtiyacı olan birinə yardım etməyi, az yeməyi öyrənir və israfçılığın qarşısını alır". `

Restoran və kafelərin yerləşdikləri ərazilərdəki poliqonlara nəzər salaraq, biz bu qida israfını görə bilərik. Lakin onların bir neçəsi ilə əlaqə saxlasaq da, onlar qida israfına yol vermədiklərini, sifarişlərə uyğun məhsul satdıqlarını deyirlər.

Hər kəs özündən başlasa, yəqin ki qida israfının, çörək tullantısının qarşısını almaq mümkün olar...

683