Kitab mağazasında alıcı

Övladını "pis yol"dan çəkindirmək istəyənlər bu məkana üz tuturlar

172
(Yenilənib 16:22 02.05.2016)
Elə bir zaman gəlib ki, ailələr uşaqlarını ətrafdakı çirkabdan qorumağa çalışırlar. Artıq cəmiyyət bütün mənfiliklərlə iç-içə yaşayır. Tərbiyəni qorumaq olduqca çətinləşib.

BAKI, 2 may — Sputnik. Kitablar kiminə görə ən yaxın dost, kiminə görə isə lazımsız kağız parçalarıdır. Əslində isə kitablar biliyin, təfəkkürün yeganə açarıdır. Elə ona görə də, kitab oxuyub, mütaliə etmək vərdiş olmalıdır, keçici həvəs yox.

Bəs bizim ölkəmizdə vəziyyət necədir? İnsanlar kitab oxuyurmu? Əgər oxuyursa, hansı janr ədəbiyyatı oxuyurlar? Yox əgər əksidirsə, onları kitablardan soyudan səbəb nədir?

Əslində bu suallara tam və dəqiq cavab tapmaq mümkün deyil, bəlkə də imkansızdır. Çünki insanlarla bir-bir söhbət edib, 9 milyonun zövqünü araşdırmağa zaman yetməz. Ancaq bu sahədə hökm sürən təxmini əhval-ruhiyyəni, kitab satışı səviyyəsini, daha çox hansı kitabların oxunduğunu araşdırmaq şansımız oldu. Belə ki, Sputnik-in əməkdaşı paytaxtın bir neçə kitabxanasına baş çəkərək mövzunu yerində araşdırıb.

Yəqin ki, "Ali və Nino" kitab evi çoxumuza tanışdır. "Tarqovı" kimi tanınan ərazidə, paytaxtın Zeynəlabdin Tağıyev küçəsində yerləşən bu kitab mağazasına kənardan baxanda insana elə gəlir ki, içərisi kitab həvəskarları ilə doludur. Çünki məkanın çöl görüntüsü adamda kitab oxumağa ciddi həvəs oyadır. Di gəl ki, nə zövqlə hazırlanmış reklam, nə də içərisində olan yüzlərlə yerli və xarici, nəfis ədəbiyyatlar insanların içəriyə keçməsinə kifayət etmir.

  • Kitab mağazasında alıcı
    Kitab mağazasında alıcı
    © Sputnik / Fuad Hasanov
  • Rus və ingilis dilində olan kitablara da oxucular arasında maraq böyükdür
    Rus və ingilis dilində olan kitablara da oxucular arasında maraq böyükdür
    © Sputnik / Fuad Hasanov
  • Ali&Nino kitab evinin Bakıdakı mağazalarından biri
    Ali&Nino kitab evinin Bakıdakı mağazalarından biri
    © Sputnik / Fuad Hasanov
  • Uşaqları pis vərdişlərdən çəkindirməyin, tərbiyəli və vətənpərvər böyütməyin ən əsas şərtlərindən biri də onlardan kitaba sevgi aşılamaqdır
    Uşaqları pis vərdişlərdən çəkindirməyin, tərbiyəli və vətənpərvər böyütməyin ən əsas şərtlərindən biri də onlardan kitaba sevgi aşılamaqdır
    © Sputnik / Fuad Hasanov
  • Paytaxtın mərkəzi küçəsindəki kitab mağazalarından biri
    Paytaxtın mərkəzi küçəsindəki kitab mağazalarından biri
    © Sputnik / Fuad Hasanov
1 / 5
© Sputnik / Fuad Hasanov
Kitab mağazasında alıcı

"Günah bu kitab evində yox, günlərini sosial şəbəkələrdə özünü reklam edən "kitab həvəskarları"ndadır", —deyir Ali və Nino" kitab evinin satış təmsilçisidir Leyla Süleymanova.

Xanımın sözlərinə görə, bu gün sosial şəbəkələrdə insanları kitab oxumağa çağıranların özləri gəlib bu məkanda kitablarla 1 dəqiqəlik şəkil çəkdirib gedirlər: "Nə vaxt baxırsan, elə ancaq status paylaşırlar ki, bəs gəlin, kitab alın, oxuyun, adam olun, filan. İnanın mənə, onu yazanların çoxunu tanıyıram. Heç özləri oxucu deyillər. Sadəcə olaraq reklamla məşğuldurlar. Gəlirlər, şəkil çəkdirirlər, axşam da "Facebook"da paylaşırlar ki, siz də kitab oxuyun".

Satış təmsilçisinin sözlərinə görə, "Ali və Nino" kitab evində daha çox rusdilli ədəbiyyat satılır: "Rus dilinə tərcümə edilən kitablar daha çox alıcı tapır. Əsasən xarici klassik ədəbiyyata üstünlük verirlər. Kitab alan əhalini 20-30 yaş arası kateqoriyaya aid etmək olar. Ümumilikdə isə satış çox zəifdir".

Onun sözlərinə görə, yerli ədəbiyyatdan ən çox satılan kitablar Elxan Elatlı və Çingiz Abdullayevin kitablarıdır.

"Ali və Nino" kitab evindəki mənzərə ilə tanış olduqdan sonra, nisbətən kiçik, amma əhalinin sıx olduğu digər bir məkana — Nizami küçəsində yerləşən "Passaj" kitab evinə yaxınlaşdıq. Məkanın administratoru İlkin İbişov bizi olduqca səmimi qarşıladı və məlumat toplamağa yardımçı oldu.

Onun sözlərinə görə, satışın səviyyəsi, 2 il öncəyə baxanda indi yaxşıdır. Söhbətdən aydın oldu ki, burada daha çox tərbiyəvi, ailə və sosial həyatdan bəhs edən kitabların satışına üstünlük verilir. Kim bilir, bəlkə elə buna görə İbişov satışdan məmnundur.

"Elə bir zaman gəlib ki, ailələr uşaqlarını ətrafdakı çirkabdan qorumağa çalışırlar. Bilirsiniz, şəhərdə addımbaşı bar, əxlaqsızlıq yuvaları var. Artıq cəmiyyət bu mənfiliklərlə iç-içə yaşayır. Tərbiyəni qorumaq olduqca çətinləşib. Yəqin ailələr bu cür hallardan qorunmaq üçün belə kitabları tez-tez alırlar", — deyə administrator əlavə etdi.

Söhbət əsnasında "Passaj" kitab evinə kitab gətirən "Bərəkət" nəşriyyatın əməkdaşı Həsən Kərimovla da tanış olduq. Onun sözlərinə görə, təmsil etdiyi nəşriyyat evinə ən çox sifariş edilən kitab, türkiyəli yazıçı Mələk Altunun "Dostluğun şərti" kitabıdır.

Kərimovdan bunun səbəbini soruşanda, o, belə cavab verdi: "Bəzən görürsən, uşaqların çoxu dostluqda zəif olurlar. Bu cür uşaqlara uyğun kitablar seçmək lazımdır. Bu yöndə ən məsləhətlisi elə Mələk Altun xanımın "Dostluğun şərti" kitabıdır".

172
Teqlər:
kitab, kitabxana, 'Ali və Nino', Leyla Süleymanova, 'Passaj', İlkin İbişov, 'Bərəkət', Həsən Kərimov
Əlaqədar
Dünya "Kitabi Dədə Qorqud"u tanımağa başlayıb
Azərbaycan multikulturalizminə dair silsilə kitablar dərc olunacaq
ASAN xidmət kitabxanalarının daimi oxucuları var
2015-ci ildə ən çox Çingiz Abdullayev və Elxan Elatlının kitabları satılıb
Akademik Ramiz Mehdiyevin yeni kitabı çapdan çıxıb
Əli Həsənovun "Geosiyasət" kitabı gürcü dilində nəşr olunub
Astaralı gənc qırmızı kitaba düşən bəbiri öldürüb
Bakı Beynəlxalq Avtovağzalı, arxiv şəkli

Dövlət Xidməti gücləndirilmiş rejiminə keçdi

6
Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 72 istiqamət üzrə 643 avtobus çıxır. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq bu rəqəm iki dəfə artırılacaq.

 

BAKI, 20 sentyabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX), eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksi və respublikanın 56 avtovağzal və avtostansiyası da daxil olmaqla yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Sputnik Azərbaycan-a DANX-dan bildirilib.

Məlumatda deyilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa olunsa da, tədris müəssisələrinin fəaliyyətinin pandemiya ilə əlaqədar məhdudlaşdırılması səbəbilə məhdud sayda avtobuslarla xidmət göstərilirdi. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq həm Bakıdan regionlara, həm də regionlardan paytaxta axının çox olacağı nəzərə alınaraq avtobusların sayının artırılması qərara alınıb. Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 72 istiqamət üzrə 643 avtobus çıxır. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq bu rəqəm iki dəfə artırılacaq. Tədris ilinin başlanması ilə əlaqədar olaraq Gəncə, Lənkəran, Şirvan, Şəki, Qax, Zaqatala, Quba istiqamətindən paytaxta axının olacağına ehtimal verərək bu istiqamətdə avtobusların sayında artım daha çox olacaq. Digər istiqamətlərdən paytaxta gələn avtobusların sayı isə axına uyğunlaşdırılacaq. Xüsusilə vurğulayaq ki, ali məktəblərin açılması ilə əlaqədar olaraq daha çox sərnişin axınının paytaxta olacağı güman edilir. Paytaxtdan sonra regionun ikinci ən böyük şəhəri olan Gəncəyə sərnişin axınında sıxlıq müşahidə olunacağı ehtimal edilir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, heç bir avtovağzalda sərnişinlərdən COVID-19 pasportu tələb olunmur. Lakin avtobusa daxil olarkən, COVID-19-un ilkin əlamətlərinin yoxlanmasına dair tədbirlər həyata keçriləcək.

Paytaxtdan regionlara və əks istiqamətdə gecə reysləri aktivdir. Gecə reysləri üzrə Qırmızı körpü, Şəki, Gəncə, Zaqatala istiqamətlərinə və əks istiqamətə səfər etmək olar.

Həmçinin oxuyun:

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir

Ölkənin bütün avtovağzalları gücləndirilmiş rejimə keçir

6
Çaykənd kəndində duman, arxiv şəkli

Dağlarda duman, yağış - Sabahın havası

5
(Yenilənib 14:28 20.09.2021)
Havanın temperaturu gecə 16-21, gündüz isə 28-33, dağlarda gecə 9-14, gündüz isə 17-22 dərəcə olacaq.

BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə olacaq.

Həmçinin oxuyun:

Qarşıdakı həftənin ilk gününün hava proqnozu

Hava kütlələri idarə olunur - azərbaycanlı ekoloq

5
Azəri-Çıraq-Günəşli (AÇG), arxiv şəkli

Azərbaycan bu yataqdan dörd milyard barel neft hasil edib

0
(Yenilənib 15:22 20.09.2021)
Neft, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Qərb İxrac Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilib.

BAKI, 20 sentyabr — Sputnik. Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının operatoru kimi BP AÇG layihəsindəki tərəfdaşları – "SOCAR", "MOL", "İNPEX", "Equinor", "ExxonMobil", "TPAO", "ITOCHU", "ONGC Videsh Limited (OVL)" – adından qürurla bəyan edir ki, 18 sentyabr 2021-ci il tarixində yataqdan 4 milyardıncı barel neft hasil edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BP şirkətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ümumilikdə hasil edilmiş 4 milyard barel neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilib. Bu vaxtadək BTC boru kəməri vasitəsilə təxminən 3,7 milyard barel neft nəql edilib ki, bu da əsasən 4847 tankerə yüklənmiş AÇG neftindən ibarət olub.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, bu nailiyyət AÇG-nin dünya səviyyəli yataq olduğunu bir daha nümayiş etdirir. Operator olaraq biz bu yatağın qarşıdan gələn onilliklər ərzində də davam edəcək möhtəşəm uğur hekayəsi ilə qürur duyuruq. AÇG yatağından hasilat 7 noyabr 1997-ci il tarixində Çıraq platformasından başlayıb. Həmin vaxtdan bəri Çıraq böyük bir tarix yazıb. İndi də 24 il sonra yeddi müasir və yüksək texnologiyalı platforma ilə birlikdə tarixi Çıraq AÇG-dən hasilatın təhlükəsiz, səmərəli və etibarlı şəkildə davam etməsində böyük rol oynamaqdadır.

O bildirib ki, bu gün Azərbaycan "Əsrin müqaviləsi"nin imzalanmasının 27-ci ildönümünü qeyd edir. Bu, ölkənin yeni tarixində "Neftçilər Günü" kimi qeyd olunan əlamətdar bir gündür. 4 milyardıncı barel neftin hasil olunması isə AÇG-nin bu günə möhtəşəm hədiyyəsidir. Hasilatda bu cür böyük nailiyyət əldə etməklə, ölkə və öz səhmdarları üçün nəhəng gəlirlər gətirməklə, yerli icmalarda çoxsaylı davamlı inkişaf imkanları yaratmaqla AÇG həmçinin Xəzər regionunu aparıcı enerji hasilatı sahələrindən və dünyanın texnoloji cəhətdən ən qabaqcıl neft-qaz işlənmə regionlarından birinə çevirib. Operator kimi biz hökumət, SOCAR və digər tərəfdaşlarla sıx işləmək öhdəliyimizə sadiqiq və növbəti otuz ildə də AÇG-nin ölkəyə möhtəşəm töhfələr verməsini təmin etməyə davam edəcəyik.

AÇG haqqında əsas faktlar

İlkin olaraq AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 20 sentyabr 1994-cü il tarixində imzalanıb. Həmin vaxtdan bəri AÇG yatağının işlənməsinə təxminən 40 milyard ABŞ dolları həcmində sərmayə qoyulub.

2017-ci ildə AÇG üzrə HPBS-in müddəti 2049-cu ilin sonunadək uzadılıb.

AÇG yatağı həmçinin Azərbaycan hökuməti üçün ümumilikdə təxminən 50 milyard kubmetr səmt qazı təmin edib.

AÇG-də hazırda səkkiz dəniz platforması mövcuddur. Bunlardan altısı hasilat platforması və ikisi isə emal, qaz kompressiya, suvurma və texnoloji təchizat platformasıdır. AÇG yatağının növbəti işlənmə layihəsi olan Azəri Mərkəzi Şərqi (ACE) hazırda icra mərhələsindədir və burada ilk neftin 2023-cü ildə hasil olunacağı gözlənilir.

Hasil edilmiş neft və qaz həcmləri platformalardan dünyanın ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalına (Bakı yaxınlığında, quruda yerləşir) nəql edilir.

0