Cinsi həvəsi artıran Viagra həbləri. Arxiv şəkli

Bu dərmanlar sizi ölümə aparır, xəbəriniz olsun

31399
(Yenilənib 15:00 29.04.2016)
Cinsi aktivliyi süni şəkildə artıran dərmanlar ürək-damar xəstəliklərinə səbəb ola bilir. Kişilər arasında infarkt hallarının artmasında, siqaret və spirtli içkilərlə yanaşı, bu dərmanların da rolunun böyük olduğu bildirilir.

BAKI, 28 apr — Sputnik. Təxminən 10 il əvvəllə müqayisədə, hazırkı vaxtda cinsi həvəsi artıran dərmanlara tələbat çoxalıb. Artıq iş o yerə çatıb ki, adi şəxslər belə, bu cür dərmanları xaricdən karqo ilə sifariş edib qapıya kimi gətizdirə bilirlər. Özü də həkim məsləhəti olmadan.

Dəfələrlə eşitmişik və şahidi olmuşuq ki, bəzi insanlar cinsi aktivliyi artıran preparat qəbul etdikdən sonra infarkt keçirərək dünyasını dəyişib. Çox uzağa getmək lazım deyil. Türkiyədə yaşayan, əslən azərbaycanlı müğənni Azər Bülbülün hansı səbəbdən həyatını itirdiyini yəqin ki, çoxunuz bilirsiniz. Müğənni məhz bu cür dərmanlardan istifadə etdiyi üçün dünyasını dəyişmişdi.

Ümumiyyətlə, sözügedən dərmanlardan mütəmadi istifadə xoşagəlməz əks təsir göstərə bilər. Təkcə elə yerli həkimlərdən bu sitatı gətirmək kifayət edər: "Azərbaycanda ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb".

Kamagra həbləri
© Photo : Viagrabuy24.ru
Kamagra həbləri

Bəli, cinsi aktivliyi süni şəkildə artıran dərmanlar ürək-damar xəstəliklərinə səbəb ola bilir. Kişilər arasında infarkt hallarının artmasında, siqaret və spirtli içkilərlə yanaşı, bu dərmanların da rolunun böyük olduğu bildirilir.

Cinsi həvəsi çoxaldan dərmanların satışı çoxalıb

Ölkəmizdə də bu tipli preparatlardan istifadə edənlərin sayı çoxalıb. Bunu söhbət apardığımız aptek işçilərinin özlərindən eşitdik. Əczaçılar Sputnik-ə bildiriblər ki, apteklərə müraciət edən kişilər arasında cinsi həvəsi artıran dərman istəyənlərin sayı artıb.

Bakıda aptek
© Sputnik / Fuad Hasanov
Bakıda aptek

"28 may" metrostansiyası yaxınlığında yerləşən "24 saat" aptekin əczaçısı Nailə Əliyeva "Kamaqra" və "Viaqra" tipli dərmanların daha çox satıldığını deyir: "Dərmanları daha çox yaşı 50-dən yuxarı olanlar alır. Ereksiya problemi olan gənclər də tez-tez gəlib alırlar. Ümumiyyətlə cinsi həvəsi çoxaldan dərmanların satışı çoxalıb".

Hindistan istehsalı olan bu dərmanların əlavə təsirləri olmasa da, ürək xəstələri üçün təhlükəlidir. Bu preparatlar həkim məsləhəti ilə qəbul edilsə, daha məqsədəuyğun olar.

Keçmiş "Olimp" mağazasının yanında fəaliyyət göstərən "Meqa" aptekin əczaçıları da oxşar məlumatlar verdilər. Yenə qeyd olundu ki, daha çox "Viaqra" və "Kamaqra" dərmanları satılır.

Bu preparatları qəbul etmək olmaz

Vasif İsmayıl, uroloq
© Photo : V.İsmayılın şəxsi arxivindən
Vasif İsmayıl, uroloq

Bəs cinsi aktivliyi artıran dərmanların orqanizmə müsbət və mənfi tərəfləri nələrdir? Bu barədə məşhur uroloq Vasif İsmayıl Sputnik-ə açıqlama verib.

V. İsmayılın sözlərinə görə, cinsi aktivliyi artıran preparatlar dərman hesab olunmur və həkimlər bu preparatları resept kimi yazmağa ehtiyac duymurlar: "Bu preparatlar iki cürdür: bioloji və kimyəvi. 1-ci növə daxil olanlar bioloji aktiv maddələrdir və dərman hesab olunmur. Ona görə də dərman özəlliyi daşımır. Misal üçün, bəhməz, bal və s. təbii qida məhsulları hansı gücə sahibdilərsə, onlar da o gücə sahibdir. Qaldı ki, kimyəvi tərkibi olan "Viagra" və "Kamaqra" kimi məhsullara, ürək və damar problemi olanlara bu preparatları qəbul etmək olmaz".

"Çünki bu məhsullar ürəyin qanlanma prosesinə gətirib çıxarır. Müğənni Azər Bülbülün ölümü də elə buna görə olmuşdu. Çünki "Viagra" və buna oxşar preparatları ürək dərmanları ilə eyni gündə qəbul etmək olmaz. Təhlükəlidir. Bu preparatlar normaldır, yetər ki yerində istifadə olunsun", — həkim deyib.

Uroloq deyib ki, "Viaqra", "Kamaqra" və s. bu kimi kimyəvi hesab edilən preparatların tərkibi üzərində yazıldığı kimidirsə, sağlam insan üçün heç bir qorxusu yoxdur: "Maraqlıdır, görəsən həqiqətənmi həmin preparatların kağızı üzərində yazılanlar içi ilə eynidir? Yox əgər içərisi üzərində olan kimi deyilsə, əlavə maddələr qatılıbsa, o zaman bu, insan üçün ölümcül təsirə malik olar. Bu məhsullar indiyə kimi 100 milyondan çox satılıb. Normal qaydada hələ ki, ölüm halı qeydə alınmayıb".

Viagra
© AP Photo / ELISE AMENDOLA, FILE
Bir çox həkimlər bildirirlər ki, kimyəvi preparatlar ancaq ereksiya müddətini uzadır

Bir çox həkimlər isə bildirirlər ki, kimyəvi preparatlar cinsi istəyi artırmaz, ancaq mövcud olan ereksiyanı uzadıb, keyfiyyətini artırır.

Ölkəyə necə girir bu dərmanlar?

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza şöbəsi "Kamaqra", "Viaqra" və s. bu kimi başqa adlarda olan bir neçə dərmanın Azərbaycanda qeydiyyatdan keçdiyini deyib. Bu barədə "Meqa" aptekin meneceri Nihad Quliyev bildirib. Onun sözlərinə görə, bu dərmanlar dövlət qeydiyyatında olduğu üçün Azərbaycanda satışına icazə verilir.

Belə ki, ölkəyə gətirilən bütün dərman preparatları dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatına alındıqdan sonra, onların Azərbaycan Respublikası ərazisində istifadəsinə və idxalına icazə verilir.

 

31399
Teqlər:
cinsi aktivlik, kamaqra, viaqra, resept, həkim, aptek, dərman
Əlaqədar
Apteklərdə dəhşətli mənzərə: "Utandığımdan üzlərinə baxa bilmədim"
Apteklərdə hələ də qadağan olunmuş dərmanlar satılır
Avtomobilimizdə "apteçka", yoxsa aptek daşıyacağıq?
Manatın dəyərdən düşməsi apteklərə necə təsir etdi?
Azərbaycan İranla birlikdə dərman istehsal edəcək
Qaraciyər və öd xəstəliklərinin əvəzsiz dərmanı Azərbaycan çöllərində bitir
Siz nədən əziyyət çəkirsizsə, gicitkən məhz onun dərmanıdır
Нож в руке мужчины, фото из архива

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlandı

14
(Yenilənib 00:00 12.04.2021)
37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

BAKI, 11 aprel - Sputnik. Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Məlumata əsasən, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

14
Şüşə qırıntısı, arxiv şəkli

Ağstafada avtomobillər toqquşdu, xəsarət alan var

5
(Yenilənib 23:16 11.04.2021)
Ağstafa rayonunun Kolayı kənd sakini, 1993-cü il təvəllüdlü Mirzəağa Qələndərli müxtəlif xəsarətlər alıb.

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına əsasən, Ağstafa şəhər ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Kolayı kənd sakini, 1993-cü il təvəllüdlü Mirzəağa Qələndərli müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

5
Советский летчик-космонавт, Герой Советского Союза Юрий Алексеевич Гагарин. Репродукция.

Bəşəriyyət tarixinin ən vacib günlərindən biri

0
(Yenilənib 23:53 11.04.2021)
1961-ci il aprelin 12-də sovet kosmonavtı Yuri Qaqarin, “Baykonur” kosmodromundan start götürərək, “Vostok-1” kosmik gəmisində kosmosa ilk uçuşu həyata keçirib.

BAKI, 12 aprel - Sputnik. 12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. "Vostok" kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və Rusiyanın Saratov vilayəti ərazisində uğurla yerə enib. Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli Qərarı ilə 12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda bu gün bir çox ölkələr tərəfindən qeyd olunur.

Yuri Qaqarin dünyanın bir çox ölkəsinin fəxri vətəndaşıdır. “Vostok” eniş etdikdən sonra Qaqarin dərhal bir anda SSRİ-nin ən məşhur insanı oldu.

Məhz bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib, orbitdə 32 ölkədən bir neçə yüz kosmonavt və astronavt olub. Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavt Sergey Avdeyevdir. O, 747 sutka, 17 saat açıq fəzada olub. Bir uçuşun davamiyyətinə görə isə lider ixtisasca həkim olan Valeri Polyakovdur. O, "Mir" stansiyasında bir ildən çox - 437 sutka 17 saat uçuş keçirib. 

0