Qazaxda şəhid bulaqları

Qazaxda şəhid bulaqları quruyub

130
(Yenilənib 14:51 27.04.2016)
Şəhidlərin xatirəsini yaşadan bulaqların oxu baxımsızlıqdan dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Yazıları oxunmaz hala düşüb. Aidiyyatı qurumlar isə, ənənəsinə sadiq qalaraq, həmişəki kimi susur.

Hikmət ORHUN, Sputnik Azərbaycan

BAKI, 27 apr — Sputni. Qazax rayonunun mərkəzindən keçən Heydər Əliyev prospektində, vətənin müdafiəsi zamanı həlak olan şəhidlərin xatirəsinə ucaldılan bulaqlar quruyub. Hər gün yanından ötüb keçən insanlar diqqət göstərmədiyi üçün, çoxu baxımsızlıqdan dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Yazıları oxunmaz hala düşüb, krantları sındırılıb. 

Su gələndə bulaqdan gündəlik istifadə edib, şəhidlərin ruhuna dua oxuyan şəhər sakinləri deyirlər ki, aidiyyatı orqanların xatirə bulaqlarına sonuncu dəfə nə zaman baş çəkdiyini unudublar. Milli qəhrəman Şamoy Çobanov, şəhid Qaratel Hacımahmudova, Nizami Quliyev və digərləri də son damla qanına kimi vətən torpağının müdafiəsi üçün əlindən gələni edib, canlarından keçiblər.

  • Qazaxda şəhid bulaqları
    Qazax rayonun Heydər Əliyev prospekti
    © Sputnik / Hikmet Orhun
  • Qazaxda şəhid bulaqları
    Şamoy Çobanovun adını daşıyan bulağın hazırki vəziyyəti
    © Sputnik / Hikmet Orhun
  • Qazaxda şəhid bulaqları
    Milli qəhrəmanın adını daşıyan bulaq baxımsızlıqdan belə acınacaqlı hala düşüb
    © Sputnik / Hikmet Orhun
  • Qazaxda şəhid bulaqları
    Bulağın yaxınlığından keçən Poylu arxına atılan zibilləri heç kim təmizləmir
    © Sputnik / Hikmet Orhun
  • Qazaxda şəhid bulaqları
    Nəticədə arx il boyu üfunət qoxuyur, yayda yaxınından keçmək olmur
    © Foto : Hikmet Orhun
  • Qazaxda şəhid bulaqları
    Şəhid polislərin xatirəsinə tikilmiş bulaq
    © Sputnik / Hikmet Orhun
  • Qazaxda şəhid bulaqları
    Şəhid tankçılar bulağı
    © Sputnik / Hikmet Orhun
  • Qazaxda şəhid bulaqları
    Qazaxda şəhid bulaqları
    © Sputnik / Hikmet Orhun
  • Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi münasibətilə inşa edilən bulaq illərin su həsrətlisidir
    Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi münasibətilə inşa edilən bulaq illərin su həsrətlisidir
    © Sputnik / Hikmet Orhun
1 / 9
© Sputnik / Hikmet Orhun
Qazax rayonun Heydər Əliyev prospekti

Prospekt sakinləri deyirlər ki, onların adını yaşadan hər şeyi can-başla qorumaq, sahib çıxmaq lazımdır: "Təəssüflər olsun, məsələyə aidiyyatı olan təşkilatları sonuncu dəfə nə vaxt bulağa baş çəkən görmüşəm, yadımdan çıxıb. Bu laqeydlik onların ruhuna hörmətsizlikdir", — deyə Sveta xanım bildirib.

Üstəlik, bu azmış kimi, insanların Şamoy Çobanovun adını daşıyan bulağın yaxınlığından keçən Poylu arxına atdığı zibillər təmizlənmədiyindən, il boyu üfunət qoxuyur, yayda yaxınından keçmək olmur.

Demək olar ki, digər xatirə bulaqlarında da vəziyyət eynidir. Şəhid Şamoy Çobanov, Qaratel Hacımahmudova və Nizami Quliyevin şərəfinə ucaldılan bulaqlar beş-altı ay qabağa kimi vaxtlı-vaxtında təmir olunub, su ilə təmin olunsa da, ilk dəfə xalqımıza azadlığı daddıran Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi münasibətilə inşa edilən bulaq illərin su həsrətlisidir.

Qeyd edək ki, qabaqdan yay gəlir və indidən şəhərdə içməli su tapmaq çətinləşib. Qazax "Su-kanal" idarəsi isə ənənəsinə sadiq qalaraq, həmişəki kimi susur.

130
Teqlər:
Nizami Quliyev, Qaratel Hacımahmudova, Şamoy Çobanov, bulaq, Qazax, xatirə, şəhid
Əlaqədar
Şəhid kəşfiyyatçımızın xatirəsi anılıb
Cəbhədə vəziyyət yenidən gərginləşir: şəhidimiz var
Şəhid əsgərimiz son mənzilə yola salındı
Minlərlə insan Azərbaycanın şəhid gizirini son mənzilə yola saldı
Anasına şəhid olacağını dedi və sözünü tutdu...
Şəhid kapitanın dəfni ümumxalq nümayişinə çevrildi