Yeni binada mənzillər

200-ə yaxın Çernobıl əlilinə mənzil verilib

159
Eyni zamanda, Çernobıl əlillərinin müalicə üçün ildə bir dəfə birdəfəlik müavinətlə, onlardan I və II qrup əlillərin 16 yaşınadək uşaqlarının aylıq sosial müavinətlə təminatı həyata keçirilir

BAKI, 25 apr — Sputnik. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan vətəndaşlar (2 min 864 nəfər) ölkəmizdə müharibə əlillərinə bərabər tutulan şəxslər hesab edilir. Onlara əlilliyə görə sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Prezidentinin aylıq təqaüdləri də ödənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, AES-də qəzanın ləğvi zamanı əlil olanlar (1730 nəfər) aylıq sosial müavinət və ya əlilliyə görə əmək pensiyası, bu kateqoriyadan olan və əmək pensiyası almaq hüququ olmayan I qrup əlillər isə əlilliyə görə sosial müavinətlə bərabər, Prezident təqaüdü ilə də təmin olunurlar.

Eyni zamanda, Çernobıl əlillərinin müalicə üçün ildə bir dəfə birdəfəlik müavinətlə, onlardan I və II qrup əlillərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının (878 nəfər uşaq) aylıq sosial müavinətlə təminatı həyata keçirilir.

Ötən dövrdə 200 nəfərə yaxın Çernobıl əlilinə mənzil, 2014-cü il yanvarın 1-nə qədər növbədə olan bütün Çernobıl əlillərinə isə avtomobil təqdim edilib. Onların sanator-kurort putyovkaları, tibbi-sosial reabilitasiya xidmətləri və s. ilə təminatı sahəsində də müvafiq işlər görülür.

159
Teqlər:
müavinət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, mənzil, əlil, Çernobıl AES
Əlaqədar
Bakıda Çernobıl əlilləri ilə görüş keçirilib
"Sınıq körpü"də dəhşət: əlillərdən nə istəyirlər
Azərbaycanda I qrup əlillər üçün prezident təqaüdü artırıldı
20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin Prezident təqaüdü artdı
Əlillərlə bağlı proqram təsdiqləndi
Bu rəsmi gözdən əlillər də görə biləcək

İcra başçısının müavinini maşın vurdu

13
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

BAKI, 9 avqust - Sputnik. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub. 

APA-nın məlumatına görə, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

13

Pandemiyanın ən çox ziyan vurduğu sahə - Burada çalışanların yoluxma riski daha böyükdür

892
(Yenilənib 22:32 09.08.2020)
Bütün dünyanı bürüyən bu pandemiya təəssüf olsun ki, ölkəmizdən də yan keçməyib və daxili turizm böhran ilə üzləşib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Koronavirus pandemiyası bütün sahələrə təsir etdiyi kimi turizm sahəsindən də yan keçməyib. Bölgələrə gediş-gəlişin məhdud çərçivədə olması, bəzi bölgələrdə istirahət mərkəzlərinin, restoranların, otellərin fəaliyyətinin dayandırılması turizm sahəsini demək olar ki, dondurub.

Turizm eksperti Ramin Zamanovun fikrincə, pandemiya dövründə turizm sektoru arxa planda qalıb. Onun sözlərinə görə, bu sahədə çalışanların virusa yoluxma riski də böyükdür. Otellərdə, restoran və istirahət mərkəzlərində yoluxma ehtimalı daha böyükdür.

Ekspert deyir ki, rayonlara gediş-gəlişin məhdudiyyətlərlə olması, ölkədə koronavirusun yayılma səviyyəsini azaltma məqsədi daşıyır. Onun fikrincə, bəzi rayonlarda virusa yoluxma faktının az olması məhdudiyyətlərin nəticə verdiyini göstərir və daha uzun müddət davam etməsinə əsas yaradır.

"Rayonlarda olan otellərin əksəriyyəti demək olar ki, fəaliyyətini dayandırıb. İşlə bağlı regionlara üz tutanlar xüsusi icazə ilə həmin otellərdə qala bilər. Rayonlara istirahət məqsədi ilə gedib, oteldə qalmaq isə mümkün deyil" – o vurğulayıb.

Millət vəkili Malik Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya təkcə bizi yox, bütün dünyanı iflic edib, 6 aya yaxındır bütün dünya ölkələrinin sərhədləri bağlıdır, sərhədlərin pandemiyadan əvvəlki vəziyyətə qayıtmaq ehtimalı hələ yoxdur: "Bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub. Nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmayb".

Onun sözlərinə görə, pandemiya səbəbindən daxili turizm böhranla üzləşib.

Millət vəkili Azərbaycanda koronovirus pandemiyasının qarşısının alınması üçün görülən tədbirləri təqdirəlayiq hesab edir: "Koronavirusa qarşı mübarizədə imzalanan sərəncamlar, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparır. Ölkə başçısı pandemiyaya qarşı mübarizədə hər zaman vətəndaşların sağlamlığını ön planda tutub. Bu səbəbdən də bir sıra önləyici tədbirlər görülüb. Vətəndaşların sağlamlığını düşünərək, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilib və ölkə daxilindəki epidemiya demək olar ki, idarə olunan vəziyyətə gəlib".

M. Həsənov qeyd edib ki, bunun bariz nümunəsi son günlər yoluxma sayının azalması və sağalanların üstünlük təşkil etməsidir. Bütün bunları nəzərə alaraq ölkə əhalisinin sağlamlığı turizm sektorunda olan problemlərlə müqayisədə daha önəmlidir.

892
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0