Yaşlı insanlar. Arxiv şəkli

Bu ölkədə 65 yaşı keçənləri cəza gözləyir

1718
Burada insanlar pensiya yaşına çatmağın qeyri-mümkünlüyü barədə düşünürlər. Sosial Fonda ödənilməli olan "qocalıq azuqəsi"ni toplayıb, sağikən özünə qəbir yeri alırlar.

BAKI, 25 apr — Sputnik. Bir yana baxanda, indi haqqında danışacağımız məsələdə hökumət o qədər də haqsız deyil. Yəni, sən hələ 65-ə çat, ondan sonra işində qalıb-qalmamaq, yüksək pensiya, kredit məsələlərinə baxarıq.

Bu gerçəyi qəbul etmək üçün də, google-da Dövlət Statistika Komitəsinin rəsmi açıqlamlarını axtarmağa ehtiyac yoxdur. Ölkənin istənilən qəbiristanlığında 1 saat dolaşmaq və məzar daşları üzərindəki tarixlərə diqqət yetirək yetərlidir. Son 10 ildə dünyasını dəyişənlərdən "65+"un "65-"a nisbəti 20 faizin altında deyilsə, hökumətin boğazından yapışmağa dəyər.

Dönək əvvələ. Ötən həftənin gurultulu hadisələrindən birinin altına Maliyyə Bazarlarına Nəzarət Palatası imza atdı — təqaüdçülərə kredit verilməsini qadağan etməklə (ya da özlərinin ifadəsi ilə desək, verilməməsini tövsiyyə etməklə). Qurum əsaslandırır ki, 65 yaşdan yuxarı vətəndaşlara verilən kreditlər böyük risk daşıyır və bu cür problemli kreditlər bank sektorunu çökdürür.

Əla! Ciddi-ciddi düşünülüb-daşınılmış bir addımdır. Ən azından, bank və maliyyə sektoru üçün. Yəni, zənginlər üçün. Və bəlkə də ölkə iqtisadiyyatı üçün.

Amma, bəs biz sosial yönümlü dövlət idik. Noldu? Sosial ayırmaların, məsrəflərin üstünlük təşkil etdiyi bir büdcəmiz vardı, axı. Hətta, heç yerdə olmadığını iddia etdiyimiz, ünvanlı sosial yardım-filan da veririk kasıb ailələrə…

Orta aylıq gəlirin 3 min avro olduğu Avropa ölkəsindən fərqimizin sosiallıq olduğunu deyirik. Bizdə xəstəxana pulsuz (?), təhsil ödənişsizdir (?) deyə, sosial-sosial qürrələnirik. "Zato" onlardan fərqli olaraq, biz metroda qalxıb qocalara yer veririk, hətta bununla bağlı stansiyalarda sosial çarxlar da nümayiş etdiririk. QHT-ləri də ayırdığımız 3-5 manatlıq qrant müqabilində bu sosial siyasətimizin təbliğatçısı olmağa vadar edirik.

Allah xətrinə, biri çıxıb izah edə bilərmi, sosial dövlət nədir? Ələbaxanlıqmı? Dilənçilik institutumu? Süfrənin artığını ona-buna peşkəş etməkmi? Yoxsa bir yığın tənbəllər ordusu yetişdirməkmi? "Sənə uzatdığım 5 qəpiyi də kəsərəm, acından ölərsən, Allahına şükür elə" iqtisadi sistemimi?

Maksimum həddin orta ömür həddinin altına düşdüyü bir ölkədə yaşayırıq, xəbərimiz varmı? İnsanlar pensiya yaşına çatmağın qeyri-mümkünlüyü barədə düşünürlər artıq. DSMF-ə ödənilməli olan "qocalıq azuqəsi"ni toplayıb, sağikən özünə qəbir yeri alanlar var.

Tamam, pensiyaçılara kredit verməyək, 65 yaşa çatmış müəllimi ailəsindəki işsizlər ordusunun daha bir fərdinə çevirək, pensiya islahatları adıyla, onlara ödədiyimiz qəpik-quruşun başına min bir oyun açaq. Bundan asan nə var ki?!

Bəs biz kimə, hansı cəhətimizlə örnək oluruq? Hansı nəsli yetişdiririk? Canı suluykən çalıb-çapan, qocalığında onu insan yerinə qoymayacaq cəmiyyətdən intiqam alan canavar sürüsümü? Dövlətə zərrəcə etimadı və sabahına zəmanəti olmayan bir gənclik nədən öz ölkəsi ilə fəxr etsin ki? Fəxr etmək bir yana, niyə gördüyündən götürdüyü aqressiyanı, fırıldaqçılığı öz gələcəyinə ötürməsin?

Ağır xəstəlikdir. Bu xəstəliyi, heç təcrübəsinin pik vaxtında, qolundan tutulub bayıra atılan həkim də müalicə edə bilməz.

1718
Teqlər:
kredit, orta ömür, yaş həddi, 65, təqaüd, pensiya
Əlaqədar
Gələcəkdə pensiyaçılara ödəməyə pul tapılmayacaq
Əmək pensiyalarının baza hissəsi artırıldı
Maliyyə Nazirliyi: Qiymətlər qalxsa, pensiyalar artırılacaq
Təqaüdçülərə kredit verilməyəcək: bəs əvəzində...?
Təqaüd alan tələbələrin sayı kütləvi şəkildə azala bilər
Azərbaycanda I qrup əlillər üçün prezident təqaüdü artırıldı
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

35
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

35
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb

3
(Yenilənib 23:53 05.08.2020)
Son 4 gün ərzində aktiv xəstələrin sayı 5 229-dan düşərək, hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

BAKI, 5 avqust – Sputnik. Avqustun 5-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 759 229-a çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

Avqustun 1-də isə aktiv xəstə sayı 5 229-a bərabər idi.

Xəstələrdən 255 nəfəri reanimasiyadadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, avqustun 5-də Azərbaycanda koronavirus infeksiyasına daha 193 yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

3
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər