Küçədə dilənən yaşlı qadın. Arxiv şəkli

Təqaüdçülərə kredit verilməyəcək: bəs əvəzində...?

352
(Yenilənib 17:11 22.04.2016)
Pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar birmənalı qarşılanmır. Bunu düzgün addım kimi qarşılayan mütəxəssislərlə yanaşı, qərarı ədalətsiz hesab edənlər də var.

BAKI, 22 apr — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul edib. Qadağanın hansı müddəti əhatə etdiyi bilinmir.

Qərarın qəbul edilməsinin səbəbi pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. Hesab olunur ki, qərar problemli kreditlərin həcminin artmasının nisbətən qarşısını alacaq.

Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu, pensiyaçılar üçün 115 manat müəyyən olunub: "Pensiyaçıya bu məbləğ mütləq lazımdır. Digər tərəfdən pensiyaçıların çoxu yaşlı insanlardır, xəstə olanları var, dərmanlara ehtiyacları var. Onların əksəriyyətinin pensiyasının məbləği 115 manatdan çoxdur. 200-300 manat alan var. Amma bu onlara ancaq çatır. Onlar da gedib kredit götürəndə sonra ödəyə bilmirlər".

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

"Bu gün xeyli hal var ki, vətəndaşın pensiya kartından bank pul tutur. Bu da cəmiyyətdə sosial gərginlik yaradır. Pensiyaçının pulunu əlindən almaq nə deməkdir? Yəni, acından öl. Bu baxımdan, pensiyaçılara kredit verilməsinin qadağan edilməsi düzgün addımdır", —ekspert bildirib.

O, hesab edir ki, qərarın bütün pensiyaçılara şamil olunması düzgün olmaz, burada istisna hallar olmalıdır: "Amma elə pensiyaçı var ki, 600-700 manat və daha çox alır. Pensiyaçıların hamısını da bir tutmaq olmaz. Güman edirəm ki, bu qərar daimi deyil. Palata qaydalar müəyyənləşdirməlidir ki, hansı hallarda pensiyaçılara kredit verilə bilər. İndiki vəziyyətdə Palata məcburdur, bunları dayandırsın ki, problemlər artmasın. Digər tərəfdən Palata hələ tam fəaliyyətə başlamayıb. Mərkəzi Bankla Palata arasında təhvil-təslim işləri hələ bitməyib".

"Pensiyaçının bankdan kredit almağa ixtiyarının olmadığını demək düzgün deyil. Amma müvəqqəti qərar kimi qəbul etmək olar", —deyə Həsənov əlavə edib.

İqtisadçı ekspert Samir Əliyev isə Sputnik-ə açıqlamasında deyib ki, pensiyaçılara istehlak kreditlərinin verilməsinin dayandırılması qərarı hələ rəsmi təsdiqini tapmayıb, ancaq təkzib də gəlməyib: "Palata fəaliyyətə başlayandan hələ ki qadağalar üzərində işini qurur. Bundan əvvəl xarici valyutada istehlak kreditlərinin, ən azı 1 ay müddətinə verilməsinin dayandırılması haqqında qərar qəbul etmişdi. Yəqin ki, istər xarici valyutada istehlak kreditlərinin verilməsinə, istərsə də pensiyaçılara kredit verilməsinə tətbiq edilən qadağanın taleyi ilə bağlı yaxın zamanlarda Palata son qərarını verəcək".

Ekspert hər halda ümid edir ki, bu qadağalar qısamüddətli olacaq: "Əks halda çürümüş taxta körpünün üstündə, birtəhər duruş gətirən bankların ayağı altındakı dirəkləri çəkmək onların dərin çaya düşməsinə gətirib çıxara bilər".

Samir Əliyev, iqtisadçı-ekspert
© Sputnik / Murad Orujov
Samir Əliyev, iqtisadçı-ekspert

Onun fikrincə, Palata siyasəti qadağalar yox, məhdudiyyətlər üzərində qurmalıdır: "Pensiyaçılara tətbiq edilən qadağa bütün banklara yox, bir neçə banka, xüsusilə də pensiyaların verilməsini həyata keçirən banka zərər vuracaq. Pensiyaçıların isə kreditə əlçatanlığını məhdudlaşdıracaq".

İqtisadçının qənaətincə, bu sahədə müəyyən islahatların aparılmasına ehtiyac var idi: "Aylıq pensiyası bir neçə yüz manat olan və riskli kateqoriyaya daxil olan təqaüdçülərə uzun müddətə, böyük məbləğdə kreditin verilməsi təhlükəli idi. Əlbəttə, pensiya kimi stabil olan və arxasında dövlət duran aylıq gəlir bu riskləri azaldır. Çünki, pensiyaçının ixtisar olunmaq və ya iş yerinin bağlanması kimi riski yoxdur. Ən əsası isə vaxtlı-vaxtında bank hesabına oturur və bank onu problem çəkmədən hesabdan götürə bilir".

"Palata pensiyaçılara verilən krediti məhdud da olsa, bərpa etməlidir. İlk növbədə məhdudiyyət kreditin məbləğində tətbiq olunmalıdır. Bu məbləğ ən çoxu 5 min manat ola bilər. Kreditin verilmə müddətini 1-2 ilə qədər azaltmaq olar. Banklar da öz növbəsində digər müştərilərlə müqayisədə pensiyaçılara verilən kreditlərin illik faiz dərəcələrini aşağı salmalıdır", —deyə ekspert bildirib.

Bu arada Palatadan bildiriblər ki, pensiyaçılara kreditlərin dayandırılması barədə tövsiyə onların sosial vəziyyəti nəzərə alınaraq olunub: "Bu gün kreditlərin pensiyaçıların sosial vəziyyətinə təsiri nəzərə alınaraq banklara tövsiyə olunub ki, kreditləri bir müddət dayandırsınlar".

Qeyd edilib ki, söhbət qadağadan yox, tövsiyədən gedir. Yaxın zamanda bununla bağlı daha geniş açıqlama veriləcək.

352
Teqlər:
təqaüdçü, pensiyaçı, təqaüd, Maliyyə Bazarlarına Nəzarət Palatası, kredit, pensiya
Əlaqədar
Azərbaycanda pensiya yaşı artırıla bilər
DSMF: Pensiya kartlarında hər hansı dəyişiklik baş verməyib
Azərbaycanda 14103 nəfər dövlət qulluqçusu kimi pensiya alır
Banklara kredit qadağası nəyə hesablanıb?
Kredit faizlərinin aşağı salınmasını gözləyənlər, ümidlənməyin!
Kredit borclarının törətdiyi dəhşətlər
SpaceX şirkətinin  Falcon 9 raketinin buraxılışı, arxiv şəkli

Orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılıb

6
(Yenilənib 23:34 24.01.2021)
Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.

BAKI, 24 yanvar - Sputnik. "SpaseX" şirkəti bu gün "Falcon-9" raket daşıyıcısının 143 raketlə orbitə buraxılışını həyata keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, start ABŞ-ın şərq sahili vaxtı ilə saat 10:00-da (19:00 GMT+4) Kanaveral (Florida ştatı) kosmodromunda baş tutub.

Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. Şirkətdən bildirirlər ki, bu, orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.

Peyklər sartdan təxminən bir saat sonra yerətrafı orbitə buraxılıb.

6
Teqlər:
kosmik stansiya, kosmik, orbit, "SpaceX", İlon Mask

Nobel prospektində şoka salan qəza - "Toyota" digər maşınları biçib - Fotolar

26
(Yenilənib 20:53 24.01.2021)
Vüsal Ağayevin idarə etməsindən çıxan maşın əvvəl "Toyota", daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.

BAKI, 24 yanvar - Sputnik. Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.

Ağayev Vüsal Əhməd oğlunun idarə etdiyi "Toyoto" markalı avtomobil əvvəlcə Ruslan Mircəfərovun idarə etdiyi eyni markalı avtomobilə çırpılıb.

V.Ağayevin idarə etməsindən çıxan maşın daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.

  • Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi
    © Photo : APA
  • Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi
    © Photo : APA
1 / 2
© Photo : APA
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

26