Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni üzvləri təyin edildi

150
Azərbaycan Prezidenti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb

BAKI, 20 apr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. "Report" xəbər verir ki, sərəncamla aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin ediliblər:

dövlət orqanlarından

Quliyev Vüsal İlham oğlu — Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri

Məmmədov İlqar Kamil oğlu — Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi

Hacıyev Zakir Yusif oğlu — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

qeyri-hökumət təşkilatlarından

Məmmədov Sahib Məlik oğlu — Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri

Eyvazova Nərgiz Xələf qızı — Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri

Həsənli Emin Əliyar oğlu — Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri

Qonaqov Rufiz Rəhim oğlu — Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri

Quliyev Azay Əjdər oğlu — Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri

İsmayılov Şahin Əmir oğlu — Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

Xəlilov Anar Əhməd oğlu — Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri

Nuriyev Əliməmməd Mali oğlu — "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti

Sərəncamla "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 aprel tarixli 2194 nömrəli sərəncamı ləğv edilib.

150
Teqlər:
Şura, QHT, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Prezident İlham Əliyev
Əlaqədar
QHT rəhbəri dələduzluğa görə 10 il azadlıqdan məhrum edilib
Bəzi QHT-lər "qara siyahı"dan çıxarılmadı
Azərbaycan QHT-ləri Prezidentə müraciət etdi
QHT-lərin bank hesabları üzərindəki həbs qərarı götürüləcək
QHT-lərin dərdi nədi?
QHT-lər nazirliyin fəaliyyətinə nəzarət edəcəklər