CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah paytaxtın 4 rayonunda qaz olmayacaq

© Photo : MPСтроительство газопровода. Архивное фото
Строительство газопровода. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Buna səbəb daxili qaz təchizatı şəbəkəsində təmir işləridir.

BAKI, 19 apr — Sputnik. Bakı şəhərinin Sabunçu, Xəzər, Xətai və Abşeron rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə Sputnik-ə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, Bakı Regional qaz istismarı Departamentinin xidmət əraziləri üzrə orta təzyiqli qaz kəmərlərində, eləcə də daxili qaz təchizatı şəbəkəsində təmir işləri ilə əlaqədar aprelin 20-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov və Balaxanı qəsəbələrində, Xəzər rayonunun Şüvəlan qəsəbəsində, Xətai rayonunun M.Hadi, S.Ə.Şirvani, Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti və Zığ yolu ətrafında, Abşeron rayonunun Mexkalon yaşayış massivi, Xırdalan şəhərinin bir hissəsi, kənd Xırdalan, Ş.Əfəndizadə küçəsi, Bakı-Şamaxı yolunun sağ hissəsi həmçinin Masazır kəndinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti
0