Satışa qoyulmuş Mercedes Benz markalı avtomobil. Arxiv şəkli

Bu bazarda yalnız "Mercedes" "Jiquli" satılır

711
(Yenilənib 18:59 18.04.2016)
Cəlilabad rayonunda fəaliyyət göstərən avtomobil bazarında "Lada 21-07-lər 3-4 min manat arası, C sinif "Mercedes"lər isə 5-6.5 min manat civarında dəyişir. Bazarda digər marka avtomobillər isə, demək olar ki, satılmır.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 18 apr — Sputnik. Cəlilabad rayonu Cənub zonasının ticarət mərkəzidir desək, yanılmarıq. Məhz burada ötən əsrin 90-cı illərindən başlayaraq "İran bazarı" deyilən bazar yaradıldı, sonradan isə bura mərkəzi bazara çevirildi.

Hətta ətraf rayonlardan Lənkəran, Masallı, Astara və digər rayonlardan gəlib burada alış-veriş edərdilər. İndi isə həmin bazar "Rizvan" Ticarət Mərkəzi adlandırılır. Həmin bazara bitişik ərazidə isə bölgədə yeganə avtomobil bazarı fəaliyyət göstərir.

Amma bu avtomobil bazarının digər avtomobil bazarlarından fərqi ondadır ki, bura sərbəst avtomobil bazarıdır. Sputnik-in bölgə müxbiri də yolunu bu ərazidən salıb. Rayon sakinlərinin verdiyi məlumata görə, bazar rəsmi olaraq fəaliyyət göstərmir.

Rayon sakini Cəbrayıl Süleymanov bildirdi ki, burada əsasən C sinif "Mercedes"lər və Rusiya istehsalı olan avtomobillər satılır. Maşınların qiyməti onun vəziyyəti və istehsal ilinə görə dəyişir.

"Lada 21-07-lər 3-4 min manat arası, C sinif "Mercedes"lər isə 5-6.5 min manat civarında dəyişir. Bazarda digər marka avtomobillər isə, demək olar ki, satılmır", —deyir həmsöhbətimiz.

Qeyd edək ki,sözügedən avtomobil bazarı yalnız həftənin bazar günləri, səhər saat 07:30-dan günorta 14:30-dək fəaliyyət göstərir.

711
Teqlər:
Cəlilabad rayonu, maşın, ticarət mərkəzi, bazar, avtomobil
Əlaqədar
Bu küçəyə heç bir maşın girmək istəmir. Səbəbi...
Ərzaq bahalaşıb, maşın və telefon ucuzlaşıb
Ucuz avtomobil sürən məşhurlar...
Bu avtomobillərin qiymətləri tezliklə bahalaşacaq
Paytaxtın bu küçəsinə avtomobillərin girişi qadağan olunacaq