Köçəri quş

Azərbaycanda "quş qripi" ilə bağlı növbəti rəsmi açıqlama

42
Köçəri quşların müvəqqəti məskunlaşdığı ərazilərdəki milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında monitorinqlər aparılıb. Müayinələr zamanı sözügedən xəstəliyinin törədicisi aşkar edilməyib.

BAKI, 15 apr — Sputnik. Aprelin 4-dən "quş qripi" xəstəliyinə görə ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq başlanıb. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülüb. "Quş qripi" xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 22 baş çöl quşlarının patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1322 baş ev quşlarının qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bununla əlaqədar bildirir ki, müayinələr aprelin 15-də başa çatıb və nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi aşkar edilməyib: "Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib".

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın: "Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların saxlanılması baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə həyata keçirilsin".

"Quş qripi" xəstəliyinin ölkəmizə köçəri quşlardan keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Nəzarəti Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcəkdir. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqə may ayının 2-dən start veriləcək.

Hazırda "quş qripi" xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

42
Teqlər:
"quş qripi", Dövlət Baytarlıq Nəzarəti Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, monitorinq, xəstəlik
Əlaqədar
Bu ölkədə qripdən 84 nəfər ölüb
“Donuz qripi” ilə bağlı dezinfeksiya olunacaq ali məktəblərin adları açıqlanıb
"Donuz qripi": profilaktik yardım
Ölkədə qripə yoluxma səviyyəsi ümumi vəziyyətdən yüksəkdir
"Azərbaycanda "donuz qripi" qeydə alınsa..."
Dağıstanda “donuz qripi”nə yoluxanların sayı 77 nəfərə çatıb
Bakıda tibbi maska taxmış şəxs, arxiv şək

Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır

0
(Yenilənib 12:09 30.10.2020)
Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz təşkil edib.

BAKI, 30 oktyabr — Sputnik. Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. Sputnik Azərbaycan-ın "koronavirus.info" saytına istinadən məlumatına görə, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz, Nərimanovda 8.0 faiz, Suraxanıda 8.0 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 6.7 faiz, , Xəzərdə 5.9 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

0

Uşaq bağçalarında tədris bərpa edilmir

12
"Bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir. Amma hansısa bağça onlayn şəkildə fəaliyyət göstərmək istəyərsə, burada qeyri-qanuni nəsə yoxdur"

BAKI, 30 oktyabr — Sputnik. Məktəbəqədər təhsil müəssisələri və uşaq bağçalarının fəaliyyəti ənənəvi formada bərpa edilmir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib. Nazir qeyd edib ki, azyaşlı uşaqlara xüsusi qayğının onlayn göstərilməsi məqbul hesab edilmir: "Bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir. Amma hansısa bağça onlayn şəkildə fəaliyyət göstərmək istəyərsə, burada qeyri-qanuni nəsə yoxdur".

E.Əmrullayev şagird yerdəyişməsindəki fasiləyə də aydınlıq gətirib. O bildirib ki, bu, növbəti həftədən aradan qaldırılacaq: "Əvvəlki dövrlərdə müəyyən qeyri-müəyyənlik qeydə alınsa da, növbəti həftələrdən sistemin işə salınması mümkün olacaq".

12
Artilleriya atəşi, arxiv şəkli

Ermənistan Gorusdan Qubadlını atəşə tutur

0
(Yenilənib 12:16 30.10.2020)
Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur

BAKI, 30 oktyabr — Sputnik. Ermənistan ordusu Gorus rayonu ərazisindən Qubadlını artilleriya atəşinə tutur. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək", - deyə Nazirliyin yaydığı məlumatda bildirilir.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə