Dövlət Təhlükəsizlik Xidməti

Azərbaycanda terror xəbərdarlığı - DTX açıqlama verdi

14451
(Yenilənib 17:00 13.04.2016)
Dövlət Təhlükəsizliyi Xidməti: "Azərbaycan Respublikasının təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün zəruri tədbirlər görülür və əməliyyat şəraitinə nəzarət olunur"

BAKI, 13 apr — Sputnik. "Azərbaycan Respublikasının təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün digər hüquq-mühafizə orqanları ilə birgə zəruri tədbirlər görülür və əməliyyat şəraitinə nəzarət olunur".

Bunu, İsrailin terrorla mübarizə qərargahının bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda terror təhlükəsinin olması barədə Sputnik-in sorğusunu cavablandırarkən, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. DTX rəsmisi qeyd edib ki, Azərbaycanda təhlükəsizlik şəraiti yüksək səviyyədə təşkil olunub.

Qeyd edək ki, İsrailin terrorla mübarizə qərargahı Pesax bayramı ərəfəsində çoxlu sayda israillinin ölkə xaricinə getməsini nəzərə alaraq xəbərdarlıq yayıb. Qərargahın saytında yer alan məlumata görə, Türkiyə, Pakistan və bir neçə Afrika ölkəsi səfər üçün ən təhlükəli yerlərdir.

Sözügedən terror təhlükəsi olan ölkələrin siyahısında Azərbaycanın da adı var. İsrailin terrorla mübarizə qərargahı vətəndaşlara xüsusi ehtiyac olmadan Azərbaycana səfər etməməyi tövsiyə edib.

Eyni zamanda, qərargahın xəbərdarlığında vətəndaşlara hara getmələrindən, harada olmalarından (o cümlədən, Qərbi Avropada) asılı olmayaraq diqqətli olmaq məsləhət görülür. Qərargah İsrail vətəndaşlarını ən təhlükəsiz saydıqları məkanlarda belə, sıx insan kütləsinin olduğu və terror aktlarının törədilməsinin mümkün olacağı yerlərdən, o cümlədən, stadionlardan, dəmir yolu stansiyalarından, alış-veriş mərkəzlərindən və s. uzaq durmağı tövsiyə edir.

14451
Teqlər:
DTX, Dövlət Təhlükəsizlik Xidməti, yəhudi, İsrail, təhlükəsizlik, terror
Əlaqədar
Dünya metrosunda baş verən terror aktları
Terror paytaxtlara çatıb: Bakı sakinləri nə dərəcədə güvəndədirlər?
Terrorçu, yoxsa qraffiti ustası?
Brüssel terrorunun üçüncü şübhəlisi də ələ keçdi
Ankara terrorunda ölənlərin sayı 36-ya çatıb
Ankarada növbəti terror həyacanı: konkret tarix açıqlandı
Bakıda uşaqlar, arxiv şəkli

"Beşik kəsdi", "qoy qazancımız özümüzünkünə qismət olsun" anlayışları sağlam nəsilə qarşı

8
Sosioloqun sözlərinə görə, qohumlar arasında irsi xəstəliklər varsa, bu özünü qohum evliliyindən dünyaya gələn uşaqlarda göstərir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. "Qohumlar arasında bağlanan nikahlar irsi xəstəliklər başda olmaqla bir çox mənfi fəsadların yaranmasına səbəb olur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bir müddət əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O, qeyd edib ki, bu kimi problemlərin qarşısını almaq üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalar mühüm əhəmiyyət kəsb edir. Sənəd maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsini və onların funksiyalarını müəyyən edir.

Azərbaycanda qohum evlilikləri tarix boyu olub. Ailə bağlarını möhkəmləndirmək, hər iki ailəyə aid var-dövlətin itirilməməsi və ya gücləndirilməsi, böyüklərin təzyiqi və ya sevgi halları qohum evliliklərinə səbəb olur.

Sosioloq Tərlan Tağlyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə nikahların bağlanılması çox vaxt fəsadlarla nəticələnir. 1-ci və 2-ci dərəcəli qohumlar daha risklidir: "Bacı-qardaş, bacı-bacı, qardaş-qardaş uşaqları 1-ci dərəcəli, bacı-qardaş nəvələri isə 2-ci dərəcəli qohum sayılırlar. Məsləhət görülürki 4-cü nəsilə kimi qohum evlilikləri olmasın. Artıq 7-ci nəsil yad insanlar sayılır. Çünki 7-ci nəsilə kimi qohumlar arasında nikah halları olmayıbsa artıq gen dəyişmiş olur".

Sosioloqun sözlərinə görə, qohumlar arasında irsi xəstəliklər varsa, bu özünü qohum evliliyindən dünyaya gələn uşaqlarda göstərir. Gen ağacı qurub xəstəliklərə nəzər salsaq və genetik xəstəliklərin olduğunu və yaxud belə xəstəliklərin daşıyıcısı olan qohumları və tərəfləri aşkarlasaq, bu zaman ehtimal daha da çoxalır.

"Xromosom çatışmamazlığı, əzələ boşluğu, əqli çatışmamazlıq, talassemiya, hemofiliya, şəkər, ürək-damar və s kimi xəstəliklərlə uşaqlar dünyaya gələ bilir. Adətən belə durumlarda uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşağın az çəki ilə dünyaya gəlməsi hallarına rast gəlinir. Uşaq sağlam da dünyaya gələ bilər, lakin sonradan fəsadlar ortaya çıxa bilir. Təbii ki, bu hallar bütün qohum evliliklərinə aid deyil. Bunun üçün nəsildə genetik xəsdəliklərin olmadığından əmin olmaq lazımdır. Mütləq şəkildə evlənməyə qərar vermiş şəxslər tibbi müayinədən keçməlidirlər. Tibbi müayinənin nəticələri müsbət deyilsə onların evlənmələri məsləhət görülmür. Belə evliliklərin qarşısını almağa çalışsaq da qeyri rəsmi, nikahsız yaşayanların sayı artacaq", - deyə o bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya əhalisinin 12%-ni qüsurlular təşkil edir. Belə əngəlli insanların əksəriyyətinin ana-ataları qohumdur. Xarici ölkələrə nəzər salsaq görürük ki, qohum evliliyini dəstəkləyən və dəstəkləməyən ölkələr var.

Məsələn, Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvədədir.

Katoliklər 4-cü nəslədək qohumların nikahlarına imkan vermirlər. Onlara görə 4-cü nəslə qədər evlilik insest (yəni ailədaxili yaxınlıq) sayılır.

Türkiyə şərq ölkələri arasında daha çox qohum evlilikləri olan ölkələrdə ön sıradadır. Bu ölkədə hər 100 evlilikdən 15-i qohumlar arasında olur.

Danimarka isə əngəlli uşaqların doğulmasının qarşısını almaq üçün qanunların sərtləşdirilməsini təklif edib. ABŞ-ın 24 ştatında qohum evliliyi qadağan olunub. Hindistanda isə bu hal daha geniş yayılıb. Almaniyada belə hallara az rast gəlinir.

T. Tağıyeva bildirib ki, araşdırmalar göstərir ki, yaxın qohum evliliyindən doğulan hər 10 uşaqdan 8-i fiziki və yaxud zehni əngəlli anadan olur: "Hal belə olan zaman belə bir sual ortaya çıxır. Bəs dini baxışlara görə qohum evliliklərinə yanaşma necədir? Quranda qohum evlilikləri qadağan edilməyib. Lakin məsləhət görülür ki, sağlam övladlar dünyaya gətirmək üçün bu cür evliliklərə üstünlük verilməsin. Qohum evliliklərinin müsbət tərəfləri də vardır. Məsələn, ailədə olan istedadların belə nikahlardan dünyaya gələn uşaqlarda daha güclu olmasıdır. Bunlara güclü yaddaş, savad, incəsənətə dair isdedadlar, əl qabiliyyətinin olması və digərlərini aid etmək olar".

Sosioloqun fikrincə, qohum evlilikləri mövzusunda məqalələr daha çox tibbi cəhətdən araşdırılıb və onun mənfi tərəfləri vurğulanıb.

"Düzdür, öncə biz tibbi tərəfləri araşdırmalıyıq. Lakin unutmayaq ki, evlilikdə tibbi məsələlər ilə yanaşı sosial məsələlərə də diqqət etməliyik. Belə ki, çox vaxt qohum evliliklərində problemlər yaşanmağa başlayır. Tərəflər bir-birlərini iki bacı, iki qardaş kimi yox artıq iki quda kimi görməyə başlayır. Ailədə hər hansısa bir problem yaşandığında və ya boşanma halları olduğunda artıq o iki ailə düşmənə çevrilir. Bu hal öz növbəsində digər ailə üzvlərinə də təsir edir. Beləcə bir nəsil arasında soyuqluq və daim münaqişə yaşanır. Düşünürəm ki, məcbur qalmadıqca qohum evliliklərinə üstünlük verməməliyik. Düzdür, gənclər arasında sevgi münasibətləri halları da olur. Lakin gənclərin öz razılıqlarından əlavə valideyinlərin təkidləri nəticəsində də belə nikahların sayı çoxdur", - deyə ekspert bildirib.

Qeyd edək ki, müasir dövrdə yaşasaq da beşik kəsdi (kərtməsi) kimi adət-ənənələr hələ də bəzi bölgələrdə qalmaqdadır. Azərbaycanda da qohum evliliklərinə çox rast gəlinir. Lakin illər keçdikcə bu tip stereotiplər qırılmağa başlayacaq və gənclər böyüklərin beşik kərtməsi, siyasi-iqtisadi maraqlarına görə deyil, öz istəklərinə görə ailə həyatı quracaqlar və qurmaqdadırlar.

8
Teqlər:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bahar Muradova, talassemiya, uşaqlar, irsi xəstəlik, ailə, Boşanma, Evlilik
mikrofon

Əfsanəvi duet ortaqları yenidən bir araya gəliblər

7
Musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid "Hər şey gözəldir həyatda" adlı musiqi əsəri yenidən aranjeman edilərək geniş auditoriyaya təqdim edilib. Akif İslamzadənin də yer aldığı klip insanların marağına səbəb olub

BAKI, 30 noyabr — Sputnik. Məşhur estrada müğənnisi Akif İslamzadə və Xalq artisti Brilliant Dadaşovanın 35 il sonra yenidən bir araya gəliblər.

Sputnik Azərbaycan xəbər verir ki, musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid "Hər şey gözəldir həyatda" adlı musiqi əsəri yenidən aranjeman edilərək geniş auditoriyaya təqdim edilib. Xatırladaq ki, Brilliant Dadaşova üçün özəl xatirəsi olan bu mahnı onun böyük səhnədəki ilk ifalarından sayıla bilər.

Belə ki, hələ 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə çıxan sənətçinin Akif İslamzadə ilə bu dueti Azərbaycanda çox böyük marağa səbəb olub.

7