Azneft dairəsi

Diqqət: paytaxtdakı bu yollar bağlanır

33
(Yenilənib 22:35 09.04.2016)
Formula 1 yarışına hazırlıq işləri çərçivəsində sabah və birisi gün Neftçilər prospektinin Azneft dairəsindən başlayaraq Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan hissəsi bağlı olacaq.

BAKI, 9 apr — Sputnik. Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Bu barədə Sputnik Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir.

Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir.

Bu səbəbdən, Neftçilər prospektinin Azneft dairəsindən başlayaraq Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan hissəsi aprelin 10-u saat 17:00-dan aprelin 11-i saat 21:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

33