Əkrəm Həsənov-İlahiyyatçı-alim

Azərbaycanın sələfi lideri bir qrup ilahiyyatçı alimi hədələdi

546
(Yenilənib 10:06 09.04.2016)
AMEA əməkdaşı Əkrəm Həsənov hüquq-mühafizə orqanlarına müraciət edib. O radikalların lideri kimi tanınan Əlixan Musayevin onu ölümlə hədələdiyini bəyan edib.

BAKI, 8 aprel-Sputnik. Azərbaycanda tanınmış ilahiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Əkrəm Həsənov Azərbaycanda radikalların lideri kimi tanınmış Əlixan Musayevin onu ölümlə hədələdiyini bildirib.

Həsənov Sputnik-ə verdiyi açıqlamada bu barədə deyib: Azərbaycanlı radikalların lideri kimi tanınmış Əlixan Musayev bu gün mənə whatsapp'la mesaj göndərdi. Məni hədələdi ki, səninlə başqa cür nəsihət etmək lazımdır, onun da vaxtı var və yaxında görəcəksən."

Əlixan Musayevdən ilahiyyatçı Əkrəm Həsənovun ünvanına hədə
Əlixan Musayevdən ilahiyyatçı Əkrəm Həsənovun ünvanına hədə

İlahiyyatçı Azərbaycan Hüquq mühafizə orqanlarından xahiş edir ki, həyatı təhlükədədir və buna qarşı tədbir görsünlər. "Mən ailəliyəm və iki qızım var. Radikal lider məni ölümlə hədələyir. Başıma bir hadisə gəlsə, ailəmə kim baxacaq?!" — deyən Həsənov bildirib ki, o və Azərbaycanda tanınmış bir qrup din alimi yaydıqları bəyanata görə, radikalların liderinin təhdidlərinə məruz qalıb: "Mən və Azərbaycanda tanınmış din alimləri — İlqar İsmayılzadə (ilahiyyat elmləri doktoru), Samid Quliyev (ilahiyyat üzrə fəlsəfə doktorantı, məscid axundu), Əli Rzazadə (ilahiyyatçı,yazar), Atif İsmayılov (İlahiyyatçı), İlkin Qayıbov (İlahiyyatçı, məscid imamı) Əlixan Musayevin Suriyada cihadla bağlı səs yazısı ilə bağlı "Unikal" gündəlik on-layn qəzetində bəyanatımızı yayınlanmışdıq. Bildirdim ki, hazırda əsas diqqətimiz erməni müsəlman davasına qarışıb, vətənpərvərliyi tərənnüm edən mövzular yazırıq. Əlixan Musayev isə öz müsəlman qardaşlarının əleyhinə təbliğat aparır.

Belə deyəndə, o götürüb saytda gedən bəyanatımızın surətini göndərdi və dedi ki, ermənilərin şəkli buradadır. Hansı ki, oradakı şəkil dövlətimizi dəstəkləyən biz ilahiyyatçıların şəkli idi. Bizə yönəlik bu təhqirlə bağlı olaraq müvafiq qurumlardan həmin şəxs barəsində ciddi tədbir görməsini xahiş edirik. Bu şəxs Azərbaycan xalqını, dövlətimizi dəstəkləyənləri erməni hesab edir. Ona görə də onun barəsində ciddi tədbirlər görülməlidir. Bu insan getdikcə daha da radikallaşır. Bu insan tək məni yox, bütün ilahiyyatçıları, həmvətənlərimizi, Qarabağ uğrunda döyüşən insanlarımızı təhqir edib. Buna hüquqi qiymət verilməlidir".

Əlixan Musayevdən ilahiyyatçı Əkrəm Həsənovun ünvanına hədə
Əlixan Musayevdən ilahiyyatçı Əkrəm Həsənovun ünvanına hədə

İlahiyyatçı onu da bildirib ki, Əlixan Musayev onu və bəyanat verən din alimlərini narahat edən mesajlar göndərməyə davam edir. Onun telefon nömrəsinin Ə.Musayevin əlinə haradan düşdüyünü isə bilmir.

Xatıqladaq ki, aprelin 1-də yazıda adları çəkilən bir qrup ilahiyyatçı vəhabi təriqətindən olan Əlixan Musayevlə bağlı "Unikal" qəzetində bəyanat yayıblar. Həmin bəyanatda azərbaycanlı sələfi lider Əlixan Musayevin İŞİD-i dəstəkləməsinə, "öldürülən terrorçuların şəhid sayılması və onlara qoşulmağın "din"i baxımdan vacib olmasına" dair yayılan səs yazısına etiraz ifadə olunub.

546
Teqlər:
sələfi lider, Əlixan Musayev, Əlyazmalar institutu, ilahiyyatçı-alim, Əkrəm Həsənov, Azərbaycan Milli Elmlər Akademiyası, Suriya, İŞİD

Manas Ata Dədə Qorqudun ruhu sizə kömək olsun - Qırğız ziyalılar İlham Əliyevə dua etdi

13
(Yenilənib 01:31 27.10.2020)
Qırğız ziyalılardan İlham Əliyevə dəstək: "Azərbaycan bizə türk xalqlarının totem quşunu - havaya qalxarkən qanadından yaralanan azadlıqsevər qızıl qartalı xatırladır".

BAKI, 27 oktyabr — Sputnik. "Biz, Aytmatov Əskər Çingizoviç, Osmanaliyev Kayrat Mederbekoviç, əsas vəzifəsi qırğız və türk yazıçısı Çingiz Aytmatovun yaradıcılıq və mənəvi irsinin qorunub saxlanılması və təbliği, onun humanist ideallarının təşviqi olan “Ç.Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin üzvləriyik".

Sputnik Azərbaycan-ın məlumatına görə, "Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu" İctimai Birliyinin üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub bu sətirlə başlayır.

Məktubda daha sonra deyilir:

"Biz qürur duyuruq ki, Çingiz Aytmatovun kitabları qardaş Azərbaycanda çox oxunur və sevilir, Azərbaycan xalqı onu öz yazıçısı kimi qəbul edir.

Biz ölkənizin inkişaf edən bir dövlət qurmaq istiqamətində qazandığı uğurlara, dünya miqyasında malik olduğu nüfuza sevinirik.

Bununla yanaşı, hər zaman azərbaycanlı qardaşlarımızın uzun müddətdir sağalmayan yarası - işğal olunmuş Dağlıq Qarabağ problemi ilə bağlı ağrı-acısını bölüşmüşük.

Azərbaycan bizə türk xalqlarının totem quşunu - havaya qalxarkən qanadından yaralanan azadlıqsevər qızıl qartalı xatırladır. Qızıl qartal havada qürurla yeni üfüqlərə doğru uçur, lakin yaralı qanad ona daha yüksəklərə qalxmağa və uçmağa imkan vermir.

İndi Qarabağda müharibə gedir və bütün dünya hərbi əməliyyatların gedişini narahatlıqla izləyir.

Azərbaycan Ordusu yüksək döyüş ruhu, döyüş qabiliyyəti və qalib gəlmək əzmi nümayiş etdirir.

Böyük Lev Tolstoyun və Çingiz Aytmatovun ardınca müharibənin insan zəkasına və mahiyyətinə zidd fenomen olduğuna əminik. Ancaq bəzən xalq belə bir addım atmağa məcbur olur. Vətəninə, torpağına məhəbbət - bu müqəddəs hiss hər bir xalqa instinktiv səviyyədə xasdır.

Azərbaycanlılar üçün Qarabağ onları birləşdirən milli meqafikrə, müstəqil dövlət olaraq yetkinlik və məsuliyyət imtahanına, ölkəsinin suverenliyini və ərazi bütövlüyünü qorumaq əzminə çevrildi.

Uca Allahdan döyüş əməliyyatlarının ən qısa müddətdə bitməsini, danışıqlar prosesinin bərpa edilməsini və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu dərk edilərək problemin sülh yolu ilə həll olunmasını diləyirik.

Hər hansı müharibə, xüsusilə mülki əhaliyə qarşı bəşəriyyətin əsrlər boyu yaşadığı acı təcrübə əsasında aparılan müharibə qaydalara məhəl qoyulmadığı zaman qəddarlıq və insanlıqdan kənar nəticələrə gətirib çıxarır.

Müharibə cinayətlərinin bilərəkdən və soyuqqanlılıqla törədilməsi, Ermənistan ordusunun cəbhə xəttindən çox uzaqda yerləşən sülhsevər Azərbaycan şəhərlərini qəsdən bombalaması faciəvidir və dərindən pislənilməlidir. Uşaqlar da daxil olmaqla mülki şəxslərin qurban olması çox təəssüf doğurur.

Cənab Prezident, Sizə və bu hücumlar nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yerləri cənnət olsun. Bütün yaralıların tezliklə sağalmalarını arzu edirik.

Əminik ki, bu cür çirkin hərəkətlər Azərbaycan Ordusunun döyüş ruhunu qıra bilməyəcək, Azərbaycan xalqını qorxutmayacaq, müharibənin gedişini öz xeyrinə dəyişə bilməyəcək, əgər bu qeyri-insani hərəkətlərin məqsədi belə idisə.

Cənab Prezident, Siz dahi atanız və bütün Azərbaycan xalqının atası - Heydər Əliyevin işlərinin layiqli davamçısısınız.

İndi Azərbaycan xalqının qarşınıza qoyduğu tarixi vəzifənin - ölkənin ərazi bütövlüyünün bərpası üçün həlledici andır. Əminik ki, müdrik və uzaqgörən lider olaraq, bu missiyanı qardaş Azərbaycan xalqı naminə, bölgədə və dünyada sülhün və sabitliyin qorunması naminə, beynəlxalq hüquq və sivil vasitələr çərçivəsində danışıqlar yolu ilə layiqincə yerinə yetirməkdə uğur qazanacaqsınız. Ulu əcdadlarımız Manas Ata və Dədə Qorqudun ruhu bu nəcib işdə sizə kömək olsun".

13
Türkiyənin Hatay vilayətində İsgenderun rayon mərkəzində terror aktı

Türkiyədə terror aktı törədilib - partlayış anının dəhşət saçan görüntüləri

58
(Yenilənib 23:45 26.10.2020)
Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində güclü partlayış baş verib.

BAKI, 26 oktyabr — Sputnik. Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində güclü partlayış baş verib.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat yayıb.

Vali deyib ki, İsgəndərunun mərkəzində Fənər küçəsində yerli vaxtla 20.30-da iki terrorçudan biri öz üzərinə bağladığı partlayıcı ilə birgə partlayış törədib və o, zərərsizləşdirilib. Digər terrorçunun isə axtarışı davam edir.

Hadisə yerinə çox sayda təhlükəsizlik, səhiyyə, fövqəladə hallar və hüquq-mühafizə işçiləri cəlb edilib.

Vali partlayışda ölənlərin olmadığını deyib. Hadisə zamanı biri polis olmaqla 3 nəfərin yaralandığı bildirilir.

58