QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Veteran döyüşçülər silaha sarılmaq istəyirlər

© Sputnik / STRVeteran döyüşçülər
Veteran döyüşçülər - Sputnik Azərbaycan
Abunə olmaq
"Ordumuzun döyüş əzmini artırmaq məqsədilə əsgər və zabitlərimizlə bir sırada olaraq, onlarla çiyin-çiyinə düşmənə qarşı döyüşmək istəyirik. Bunun üçün Ali Baş Komandamızın göstərişini gözləyirik"

BAKI, 5 apr — Sputnik. "Vətənimizə olan təcavüzün qarşısı qətiyyətlə alınmalıdır. Biz düşmənə layiqli cavab verən cəsarətli ordumuzun uğurlarını dəstəkləyir, ordumuzla bir yerdə olduğumuzu bəyan edirik".

Sputnik xəbər verir ki, belə bəyanatla Əfqanıstan Veteranları İctimai Birliyinin Qazax rayon şöbəsi və Qazax Rayon Könüllü Döyüşçülər Birliyi çıxış edib. Hazırda cəbhə bölgəsində gedən döyüşlərdə ordumuzun böyük uğurlar qazanmasının sevincini yaşadıqlarını deyən bəyanat müəllifləri, Ali Baş Komandan əmr verəcəyi halda, döyüşə atılacaqlarını bildirirlər.

© Sputnik / STRƏfqanıstan Veteranları İctimai Birliyinin Qazax rayon şöbəsi və Qazax Rayon Könüllü Döyüşçülər Birliyi bəyanatla çıxış edib
Əfqanıstan Veteranları İctimai Birliyinin Qazax rayon şöbəsi və Qazax Rayon Könüllü Döyüşçülər Birliyi bəyanatla çıxış edib - Sputnik Azərbaycan
Əfqanıstan Veteranları İctimai Birliyinin Qazax rayon şöbəsi və Qazax Rayon Könüllü Döyüşçülər Birliyi bəyanatla çıxış edib

"Ordumuzun döyüş əzmini artırmaq məqsədilə əsgər və zabitlərimizlə bir sırada olaraq, onlarla çiyin-çiyinə düşmənə qarşı döyüşmək istəyirik. Bunun üçün Ali Baş Komandanımızın göstərişini gözləyirik", —deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, Əfqanıstan Veteranları İctimai Birliyinin Qazax rayon filialının sədri Nüsrət Aşurov, Qazax Rayon Könüllü Döyüşçülər Birliyinin sədri isə İbrahim Qurbanovdur.

 

Xəbər lenti
0