Məhəmməd dayı

Yaşını unutmuş qoca: "Ukrayna qızları ölürdü səsim üçün"

1609
(Yenilənib 18:09 04.04.2016)
"Dörd dil bilirəm: erməni, gürcü, rus, polyak dillərini. Məni ermənilər yaxşı tanıyırdılar. Səsimə heyran idilər. Həm də gözəl yazmaq bacarığım vardı"

İradə CƏLİL, Sputnik Azərbaycan

BAKI, 4 apr — Sputnik. "Neftçilər" metrosunun qarşısında köhnə geyimli, simləri qırılmış sazını çiyninə almış bir qoca avtobusa minməyə çalışırdı. Hansı avtobusa yaxınlaşırdısa, qapıları üzünə bağlayırdlar. O, geri çəkilir, yeni gələn avtobusu gözləyir, yenə qapıya yaxınlaşır və yenə qapılar üzünə bağlanırdı.

Yaxınlaşdım: "Dayı avtobusa qoymurlar minəsən?"

Özünü sındırmır: "Yox, ay bala, mənim avtobusum deyildi onlar. Mənimki bir azdan gələcək. Yaxınlaşıb baxıram, görürəm mənimki deyil, qayıdıram geri".

Məhəmməd dayı həyatın hər üzünü gördüyünü deyir. Bəlkə elə buna görə də yaşını unudub. Deyir 96 olmalıdır, amma həkimlər 100-dən artıq yaş verirlər. Üzünün cizgiləri, əlinin qabararı, səsinin titrəməsi də qocanın dünyanın hər üzünü gördüyünün sübutudur.

"1950-58-ci illər idi. Çox ölkələr gəzirdim. Mənə Aşıq Məhəmməd deyirdilər. Gözəl səsim vardı. Çox pullar qazanırdım. Ən çox Batumda dəyər verirdilər mənə. Bir də Ukraynada. Cavanlığımada Ukrayna qızları ölürdü səsim üçün. Buraxmırdlar məni, qayıdım. Amma gəlməliyəm də. Axı bura vətəndir. İnsan harasa getsə də, vətəninə dönməlidir", —deyir.

Məhəmməd dayı Bakıda bir tanışının evində qaldığını bildirir. İllərin tanışı olduğu üçün, ondan kirayə pulu da almır. Qoca da hər səhər köhnə sazını çiyninə atıb, orda-burda dınqıldadır, çörək pulunu qazanır. Bu yaxında polislər də tutub aparıbmış qocanı. Sonra görüblər, zərərsizdir, təkdir, buraxıblar.

Дядя Мухаммед позабыл, сколько ему лет. Говорит, должно быть 96, но врачи дают больше ста
© Sputnik / Irade Celil
Дядя Мухаммед позабыл, сколько ему лет. Говорит, должно быть 96, но врачи дают больше ста

Qocanın sözlərinə görə, Ağdərə döyüşlərində də iştira edib. Başından yaralanandan sonra bir müddət psixoloji sarsıntı keçirib. Sonra köçüb gedib Azərbaycadan. Düşünüb ki, bəlkə başqa ölkədə döyüşlərdə yaşadıqlarını unudar.

"Hərdən yoldaşım üçün də saz çalıram. Qulaq asır. Amma qocalmışıq da. Mən çox qabiliyyətli sənətkar idim. Dörd dil bilirəm: erməni, gürcü, rus, polyak dillərini. Məni ermənilər yaxşı tanıyırdılar. Səsimə heyran idilər. Həm də gözəl yazmaq bacarığım vardı. Mənim üçün bir "Pribaltika" gözəl idi, bir də Bakı. Ona görə də Azərbaycana qayıdandan sonra Bakıya gəldim və bura da saz çala-çala özümü, yoldaşımı dolandırıram", —deyir dayı.

Ara-sıra dediyi sözləri unutsa da, deyir ki, əslən gəncəlidir. Gəncəni sevsə də, Bakını Gəncədən çox sevir: "Mənim də günlərim olub Gəncədə. Gözəl qələmim vardı. Jurnalistlər məndən müsahibə alardılar. Sonra dedim, daha çox qazanım, başladım ölkələri gəzməyə. Bir də baxdım, yaş keçib. 4 ildir qayıtmışam Vətənə".

Məhəmməd dayının dediyinə görə, oğlanları Rusiyada yaşayır. Atalarını demək olar ki, yada salmırlar. Qoca deyir ki, heç onlara ehtiyacı da yoxdur: "Onlar özlərini dolandırsınlar, mənə köməkləri lazım deyil. Qızlarım da var — Şamxorda (Şəmkir —red.) yaşayırlar. Onlarla da çox əlaqəm yoxdur. Qoy, özləri üçün yaşasınlar. Mən burada çox pul qazanıram. Yoldaşımla mənə çatır. Düzdür, ara-sıra polislər məni aparır, amma döymürlər, tez buraxırlar. Bilirlər, heç kimim yoxdur".

Çox qürurlu qocadır. Soruşuram, "bu gün pulun olub?". Cavab verir: "Hər gün çox pulum olur, istəsən, sənə 10 min də verərəm. Amma bu gün olmayıb. Amma olar da. Axşama çörək aparmalıyam yoldaşıma".

Прощаясь, он сказал: я всегда бываю возле метро Нефтчиляр. Пусть приходят послушать мой голос, мой саз
© Sputnik / Irade Celil
Прощаясь, он сказал: "я всегда бываю возле метро "Нефтчиляр". Пусть приходят послушать мой голос, мой саз"

Sağollaşanda deyir ki, "həmişə burada oluram — Neftçilər metrosu yaxınlığında, hamıya de ki, orada qoca şair, aşıq var. Qoy gəlsinlər yanıma səsimi, sazımı dinləsinlər. Bəlkə kömək də edən olar".

1609
Teqlər:
Aşıq Məhəmməd, Məhəmməd dayı, qoca, həyat hekayəsi
Əlaqədar
Odla su arasında: o məşum gecədən bir xatirə
"Qızım kiminləsə gəzsə, uşaqlarına da baxmağa imkanı olar"...
Xanımı Suriyaya qaçan kişinin gözyaşardıcı həyat hekayəsi
BMT iclası

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağa görə toplandı

47
(Yenilənib 02:52 30.09.2020)
Üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərni bəyan ediblər

BAKI, 30 sentyabr — Sputnik. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bağlı qapılar arxasında keçən iclasda Şuranın 15  daimi və qeyri-daimi üzvü iştirak edib.

Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlarla bağlı xəbərlərdən narahatlıqlarını ifadə ediblər. Üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərni bəyan ediblər.

Təhlükəsizlik Şurası üzvləri, BMT Baş Katibinin tərəflərin döyüşü dərhal dayandırmaq, gərginliyi azaltmaq və gecikmədən substantiv danışıqlara qayıtmaq çağırışını dəstəklədiklərini bəyan ediblər. 

Təhlükəsizlik Şurasının üzvləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin mərkəzi rolunu tam dəstəklədiklərini bildiriblər və tərəfləri ilkin şərtlər olmadan dialoqun təcili bərpası üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırıblar.

47
Teqlər:
açıqlama, fövqəladə iclas, BMT Təhlükəsizlik Şurası, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan radarlara baxsın"
Ermənistan ordusunun son günlərdə öldürdüyü azərbaycanlıların sayı açıqlandı
İlham Əliyev: "Azərbaycan öz xalqını, öz insanlarını, öz torpağını müdafiə edir" – VİDEO
MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib

Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib - VİDEO

237
(Yenilənib 01:19 30.09.2020)
Erməni işğalçılarının sentyabrın 27-də başladığı təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçib

BAKI, 30 sentyabr - Sputnik. Bu gün cəbhənin Cəbrayıl rayonunu istiqamətində düşmənin döyüş texnikaları bölmələrimiz tərəfindən məhv edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Erməni işğalçılarının sentyabrın 27-də başladığı təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçib. Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin azad olunması uğrunda ordumuzun hücumu davam edir. Səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Hazırda döyüşlər davam edir. 

Bu gün Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb.

Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib. 

Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan, Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan da bu gün məhv ediliblər. Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan isə ağır yaralanıb.

237
Teqlər:
Azərbaycan Ordusu, döyüş texnikası, tank, Cəbrayıl, döyüş, cəbhə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Həsənqaya yaxınlığında Ermənistan ordusunun mövqeləri darmadağın edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Hadrut istiqamətində Ermənistanın komanda müşahidə məntəqəsi darmadağın edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki Karen Babayan məhv edilib