Bakıda yağış

Bakını üzən şəhərə çevirməyə çalışan kimdir?

114
(Yenilənib 12:01 31.03.2016)
Yağışlı havada paytaxt küçələrinin acınacaqlı duruma düşməsi sakinlərin narazılığına pik həddə yaxınlaşdırsa da, şəhərin dərdinə çarə tapılmır ki, tapılmır...

BAKI, 31 mart — Sputnik. Bakı şəhərində bir neçə saatlıq yağış yağması kifayətdir ki, şəhərin küçələri bərbad vəziyyətə düşsün. Kanalizasiya sistemi işləmir, yollar bağlanır, tıxac yaranır, yollarda yaranan gölməçələr piyadaların hərəkətinə imkan vermir.

Paytaxt sakinləri sosial şəbəkələrdə bu mənzərəyə öz etirazlarını müxtəlif formalarda ifadə edirlər. Sputnik-in əməkdaşı Bakı sakinləri arasında problemlə əlaqədar kiçik sorğu keçirib. Respondentlərimizin "Şəhərdə yağışlı günlərdə yaşanan bu problemin əsas günahkar kim və ya kimlərdir" sualına fərqli, bəzən ironik reaksiyalarını təqdim edirik.

Eldəniz Elgün — jurnalist: "Günahkar özümüzük. Çünki hələ də üzməyi öyrənməmişik".

Əziza İsmayılova — Antenn FM-in xəbər aparıcısı: "Günahkar yağışdır. Bilir ki, Bakı heç vaxt onu qarşılaya bilmir. Niyə gəlir hər dəfə üzsüz qonaq kimi?! "Məscidin qapısı açqdır…" misalını məncə, yağışa başa salmaq lazımdır".

Günel Emin — yazar: "Bunun əsas səbəbləri, işə məsul olan qurumlar arasında birliyin, həmrəy fikrin olmaması, məsuliyyətin doğru bölüşdürülməməsidir. Burada da aidiyyəti olan bütün müvafiq icra hakimiyyəti strukturları günahkardır".

Rahil Sayadoğlu — jurnalist: "Günahkar Amerikadır, hamısı Qərbin "oyun"larıdır. Ölkəmizdəki stabilliyi gözü götürməyən qüvvələrin "əməl"idi. Yağış da onların agentidir".

Ülviyyə Cəlilzadə — iş adamı: "Əlbəttə, icra hakimiyyəti günahkardır. Onlara pul ayrılır ki, iş görülsün. Bəziləri "yeyirlər" pulu. Amma bəziləri işləyirlər. Yeməyənlərin, iş görənlərin Allah canın sağ eləsin. Yeyənləri, iş görməyənləri isə, cəmiyyət onsuz da "xoş sözlərlər" xatırlayır".

Sirac Abışov — operator: "Hacıbala Abutalıbov və Qorxmaz Hüseynov günahkardır".

Rəbiyyə Zərdabi — müəllim: "Rüşvətxor məmurlardadır günahkar".

İlkin Pirəli — jurnalist: "Milli valyutamız üzə bilmədiyi üçün, biz də üzə bilmirik. Allah Hacıbala müəllimin canını sağ eləsin, onsuz bir günümüz olmasın, yollarda kanalizasiyadan başqa hər şey quraşdırır. Bu da bizim rahatlığımız üçündür. Şəhərdəki göllərdən kim narahat olar ki?!.

114
Teqlər:
üzən şəhər, Bakı, paytaxt, küçə, sel, yağış
Əlaqədar
Bakının bütün rayonlarında qəzalı binalar söküləcək
SOS: Yağış Bakı-Şamaxı yolunu sıradan çıxara bilər
Yağışlı hava şəraiti davam edəcək
İntensiv yağışlar gəlir
Yenə yağış yağacaq