Avro - əskinas

Lotereyada 76 milyon avro qazandı

95
“Eurojackpot” lotereyası Avropanın 17-də ölkəsində keçirilir.

BAKI, 26 mar — Sputnik. Almaniya vətəndaşı, Şimali Reyn-Vestfaliya sakini “Eurojackpot” lotereyasında 76, 8 milyon avro qazanıb.

“Spiegel” jurnalının verdiyi məlumata görə, bu, “Eurojackpot”-un keçirildiyi tarixdə ikinci ən böyük uduşdur.

Lotereyada ən böyük uduş 2015-ci ildə qeydə alınıb. O zaman Çexiya vətəndaşı 90 milyon avro udub.

Qeyd edək ki, “Eurojackpot” lotereyası Avropanın 17-də ölkəsində keçirilir. 

95