Qazax

"Ağa pulu haramdır, Allahın evinə layiq deyil"

1097
Qazax Cümə məscidinin tikintisini bir çox mənbələrdə İsrafil ağanın adıyla bağlayırlar. Tarixçilər isə bununla razılaşmır. Onların haqqında xeyli rəvayət var ki, bu gün də xalqın dilindən düşmür.

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 25 mart — Sputnik. XX əsrin əvvəllərində Qazaxın adlı-sanlı adamlarından hesab olunan Hacı Zeynal Məhəmmədəli oğlu Cəfərevi tərəfindən inşasına başlanan Qazax Cümə məscidinin tikintisi zamanı İsrafil Ağa Kərbəlayev hacıya yaxınlaşır ki, "mənim sizə nə köməyim dəyə bilər?".

Hacı ağaya deyir: "Onsuz məscidin inşasını öz boynumuza götürmüşük, heç bir köməyiniz lazım deyil, yaxın vaxtlarda təhvil verəcəyik. Yaxşısı budur, siz onun qabaq-qənşərində bir hamam tikdirəsiniz, insanlar ibadətə gəlib-gedəndə burada paklana bilsinlər".

O, hacının dediyi kimi də edir — məscidin qarşısında qoşagünbəzli bir hamam tikdirir.

İnşası mübahisəlidir

Qazax Cümə məscidinin tikintisini bir çox mənbələrdə İsrafil ağanın adıyla bağlayırlar. Yazırlar ki, 1899-cu ildə inşasına onun təşəbbüsü, memar Müzəffər Hüseynovun layihəsi əsasında başlanıb. Tarixçilər isə bununla razılaşmır. Hətta, onların sözünü təsdiq edən bir əhvalat da var.

Deyirlər, məscidin inşası üçün pul lazım olub. Ağaya müraciət edəndə isə o, "Mənim pullarım haramdır, ağa puludur. Allahın evinin tikintisinə layiq deyil", — deyib. Sonra da üstünə pula gələn adamları əliboş qaytarmamaq üçün öz evinə göndərib ki, "yoldaşıma deyin, anamın tikdiyi xalçanı divardan çıxarıb versin, aparıb satın".

Qazax rayon Mədəniyyət və Turizm şöbəsi nəzdində Tarix və mədəniyyət abidələrinin mühafizəsi bölməsində abidə mühafizəsi vəzifəsində işləyən Nofəl Qurbanov da tikilinin Hacı Zeynal Cəfərevi tərəfindən inşa olunduğunu deyir. Onun sözlərinə görə, 1901-ci ildə məscidin tikintisini yekunlaşandan sonra inşasına başlanan hamam ibadət əhlinin, yerli sakinlərin istifadəsi üçün nəzərdə tutulub.

"Təxminən 1903-1904-cü illərdə, bəzi mənbələrdə isə 1905-1907-ci illərdə təhvil verildiyi qeyd olunan abidənin yüz ildən artıq tarixi var. Deyilənə görə, hörgüsündə istifadə olunan palçıq yumurta və südlə yoğrulub, tərkibinə keçi tükü qatılıb", —deyə N. Qurbanov bildirdi.

Sovet hökuməti dağılanda yanacaq verilmədiyindən bir müddət istifadəsi dayandırılan, hətta, yararsız hala gətirilən taxiri abidə sonralar yenidən öz fəaliyyətini bərpa edib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Yerli əhəmiyyətli abidə qorunur.

İsrafil Ağa

Min evli Kəsəmən kənd sakini İsrafil ağa Kərbəlayev Qazax qəzasının tanınmış bəylərindən və xeyriyyəçilərindən biridir. 19-cu əsrin sonu — 20-ci əsrin əvvəllərində Qərbi Azərbaycanda, Türkiyədə və İranda qaçaq kimi tanınan Kərəmlə qan düşməni olub.

Onların haqqında xeyli rəvayət var ki, bu gün də xalqın dilindən düşmür. Yazıçı Fərman Eyvazlının "Qaçaq Kərəm" romanında da onların dostluğundan, kişiyana düşmənliyindən söhbət açılır.

  • Qazax
    Qazax
    © Sputnik
  • Qazax
    Qazax
    © Sputnik
  • Qazax
    Qazax
    © Sputnik
  • Qazax
    Qazax
    © Sputnik
  • Qazax
    Qazax
    © Sputnik
  • Qazax
    Qazax
    © Sputnik
  • Qazax
    Qazax
    © Sputnik
  • Qazax
    Qazax
    © Sputnik
  • Qazax
    Qazax
    © Sputnik
  • Qazax
    Qazax
    © Sputnik
  • Qazax
    Qazax
    © Sputnik
  • Qazax
    Qazax
    © Sputnik
  • Qazax
    Qazax
    © Sputnik
  • Qazax
    Qazax
    © Sputnik
  • Qazax
    Qazax
    © Sputnik
  • Qazax
    Qazax
    © Sputnik
1 / 16
© Sputnik
Qazax

Təkcə Qazax rayonunda tarixi abidə kimi dörd tikilini onun adıyla bağlayırlar: Ağ Evlər, Cümə məscidi, 3 nömrəli məktəbin binası (hansı ki, bu bina 1918-ci ildən 1940-cı illərə qədər Firudin bəy Köçərlinin təşəbbüsü ilə Qori Seminariyasının Qazaxa köçürülən Azərbaycan bölməsinin binası kimi fəalliyyət göstərib. Onun yetirmələri olan Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı Azərbaycanın görkəmli şəxsiyyətləri, adlı-sanlı ziyalıları olublar). Dördüncü tikili isə yazımızın əsas mövzusu — hazırda onun adını daşıyan İsrafil Ağa hamamıdır.

Camaşırxana kimi fəaliyyət göstərir

Günümüzdə hər kəsin evində olduğuna görə, insanlar ümumi hamamlara getməyə ehtiyac duymasa da, "İsrafil Ağa hamamı"nın müdiri Eldəniz Əzimov deyir ki, daimi müştəriləri, gəlib-gedənləri olur: "Sovet hökuməti dağılanda hamam iki-üç il viran qaldı. Kimi qapısını sökdü, kimi kərpicini. Kimi vannalarını apardı".

"Mənim 14-15 yaşım vardı. Fəhlə tutub, diqqətsiz qaldığından, həm də tualet kimi istifadə olunan hamamı güc-bəla təmizlədik. Tarixi abidələrə diqqət yarananda o zamankı icra başçısının təklifi ilə biz, 1994-cü ildə buranı götürüb, yenidən işlətməyə başladıq. O işləyən — bu işləyən, hələ də fəaliyyətimizi davam etdiririk", —deyir hamamın müdiri.

E. Əzimovun sözlərinə görə, günü bu gün dörd-beş ailə burada normal dolanışıq əldə edir: "Bacaran qədər yuyunmağa gələn imkansız insanları, ailəsindən uzaqda Vətənə xidmət edən əsgərləri təmənnasız qəbul edirik. İşçilərə tapşırmışam, kimliyindən asılı olmayaraq gördünüz, pulu-parası yoxdur, mən yerimdə oldum-olmadım, canla-başla qarşılayın. Hamamın gəliri xərcləri qarşılamadığından camaşırxana da açmışıq".

Turistik məkan kimi diqqətdən kənarda qalıb

Hamamın ümumi zalı, otaqları, diqqət çəkən hovuzu və çayxanası var. Böyük ölçülü (30m x 20m) hamamın quruluşu iki hissəyə bölünür: ənənəvi Azərbaycan və Şərq hamamlarına xas olan dəhliz ilə birləşən iki günbəzli hissə və kabinələrdən ibarət hissə.

Küçəyə çıxan tərəfində kiçik dükanlar yerləşir. Quruluşuna görə, Şərq və Avropa tələblərini özündə cəmləşdirən bu tikili tipinə Azərbaycanın digər bölgələrində rast gəlinmir.

Yay aylarında buxar hamamı üçün üz tutduğumuz Tiflis hamamlarından heç nəyi ilə fərqlənməyən hamam tarixi abidə kimi qorunsa belə, turistik məkan kimi diqqətdən kənarda qalıb. Yaşlı nəsil yolu düşəndə gəlib-gedir, yerdən qalxan nəsil isə ümumiyyətlə, onun varlığından belə xəbərsizdir.

1097
Teqlər:
Qaçaq Kərəm, İsrafil ağa, hamam, Qazax Cümə məscidi, məscid
Əlaqədar
Allahşükür Paşazadə Heydər məscidində ilk dəfə xütbə oxuyub
Kanadada məscid yandırıldı
BMT: Tarixi abidələrin dağıdılması hərbi cinayətdir
Abidələrdə yaşayan tarix
Bu da son: məbədə girdilər
İŞİD daha bir tarixi məbədi məhv etdi
Şəhidin dəfni

Qırx gün itkin sayılan şəhid dəfn olundu

10
(Yenilənib 11:36 03.12.2020)
Dünən Şabran rayonunun Rəhimli kəndinə İkinci Qarabağ müharibəsində həyatını itirmiş 3-cü şəhid gəlib.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Dünən Şabran rayonunun Rəhimli kəndinə Vətən müharibəsində həlak olmuş 3-cü şəhid gəlib. 2001-ci il təvəllüdlü Həmzəyev Musa Xalid oğlu Vətən müharibəsində 40 gün idi ki, itkin sayılırdı. Lakin dünən onun şəhid olduğu məlum olub.

  • Həmzəyev Musa
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhidin dəfni
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhidin dəfni
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Həmzəyev Musa

Şəhid doğulduğu Şabran rayonunun Rəhimli kəndində torpağa tapşırılıb.

Şəhid Musa Həmzəyev Axıska türküdür.

Allah rəhmət eləsin!

10
Teqlər:
itkin, şəhid, Şabran rayonu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi

Evi tərk edən COVID-19 xəstələrindən ikisi həyatını itirib

5
Ötən gün tərəfimizdən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib.

 

BAKI, 3 dekabr — Sputnik. Dekabrın 2-də ölkə üzrə yaşayış yerini tərk edən 27 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı və ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.

"Ötən gün tərəfimizdən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir", - məlumatda bildirilib.

5
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan gələn həftə Bakıya gəlir Hərbi paradda iştirak edəcək

4
(Yenilənib 12:35 03.12.2020)
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb.

BAKI, 3 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Azərbaycana səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə mənbə bildirib.

Türkiyə Prezidentinin dekabrın 10-u Bakıda baş tutacaq hərbi paradda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılır və tam atəşkəs elan olunur.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

4