Kanalizasiya suları

"Bu şəhərin yiyəsi yoxdur"

483
"Bir şəhərin girəcəyini düzəldirlər, bir də mərkəzdə hansısa muzeyin qarşısını. Qalan bütün yerlər zibilliyi xatırladır. İstər yollar olsun, istərsə də küçələr"

BAKI, 23 mart — Sputnik. "20 ildən çoxdur, mən bu şəhərə köçmüşəm. Əgər bura şəhər demək olarsa. Yollar bərbad, kanalizasiya xətləri işləmir, yağış yağanda hər yer göl olur. Bir Allahın qulu gəlib şəhərə yiyə durmur. Yəni, bu şəhərin yiyəsi yoxdur".

Bu sözləri Xırdalan şəhər sakini Ələsgər Məmmədov Sputnik-in əməkdaşı ilə söhbətində deyib. Xırdalana 90-cı illərin ortalarında Qazaxdan köçdüyünü deyən Məmmədov, şəhər bələdiyyəsini və icra hakimiyyətini sərt tənqid edib.

"Bizim icra orqanları arasına dəb düşüb. Bir şəhərin girəcəyini düzəldirlər, bir də mərkəzdə hansısa muzeyin qarşısını. Qalan bütün yerlər zibilliyi xatırladır. İstər yollar olsun, istərsə də küçələr. Bu şəhərin ən görməli yeri İcra Hakimiyyəti binasının qabağıdır. Deməli bu adamlar ancaq özlərini fikirləşir, xalq onların vecinə də deyil", —deyir narazı sakin.

Həqiqətən də gördüyümüz mənzərə deyilənləri təsdiq edirdi. Paytaxtdan cəmi 3-4 km aralıda yerləşən Xırdalanın girəcəyindən savayı bütün yollar kələ-kötür, uçuq halda idi. Yağışın yağması, kanalizasiya xətlərinin xarab olması da əlavə sıxıntı yaşadır şəhərə.

Özünü İncəsənət Universitetinin 3-cü kurs tələbəsi kimi təqdim edən Elvin Səmidov adlı şəxs, Mehdi Hüseynzadə küçəsinin Masazıra tərəfə gedən hissəsində ilboyu gölməçələr olduğunu söylədi: "3 ildir ki, burda kirayədə yaşayıram. Dərsə Xırdalandan gedib-gəlirəm. Mən hələ bu küçənin quru vaxtını görmədim. İstər qışda olsun, istərsə də yayda".

Keçirdiyimiz sorğudan belə qənaətə gəlmək olar ki, Xırdalan şəhərinin yol infrastrukturu hələ uzun müddət düzələnə oxşamır.

483
Teqlər:
şəhər, qurunt suları, kanalizasiya, Xırdalan
Əlaqədar
Xırdalanda yeddimərtəbəli bina yanıb
Xırdalan Avropa Oyunlarının məşəl estafetini qəbul etdi
Paytaxtın bu küçəsi də sürücülərin ixtiyarına verildi
"Küçəni elə mühasirəyə alırlar ki, heç 41-45-də belə mühasirə olmayıb"
Qanunsuz küçə ticarəti o qədər də "qanunsuz" deyilmiş...
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8