Usta Cəsarət

Rusları heyran edən azərbaycanlı: bu adam min illik tarixi yaşadır

1403
(Yenilənib 15:01 23.03.2016)
Müasir texniki tərəqqi bu sənəti xeyli dərəcədə unutdursa da, milli adət-ənənələri günümüzədək qoruyub saxlayan ustalar var

Rahim Zakiroğlu — Sputnik Azərbaycan

BAKI, 23 mart — Sputnik. Dulusçuluq Azərbaycanda ən qədim sənətkarlıq sahələrindən biridir. Bu sənət həmişə öz qədimliyi və unikallığı ilə seçilsə də, zamak keçdikcə onu yaşadan insanların sayı azalır.

Amma dulusçuluğu bu günümüzə kimi yaşadıb və onunla məşğul olan ustalar var. Bunlardan biri də Masallının Ərkivan qəsəbə sakini, usta Cəsarət Nuriyevdir. 49 yaşlı Cəsarət usta bu sənətə hələ uşaqlıq vaxtından yiyələndiyini deyir.

"Dulusçuluğu bölgəmizdə ən tanınmış ustalardan birindən — atam Usta Nuriyev Bədəldən öyrənmişəm. O vaxt ailəmiz böyük idi, mən də atama maddi cəhətdən kömək etmək üçün, 6 yaşımda bu sənətə başladım", —Sputnik-ə danışan usta Cəsarət deyir.

Həmsöhbətimizin dediyinə görə, bu sənətə əvvəllər tələbat daha çox olub: "O zamanlar iş çox olurdu, indi isə çətindir. Satış azdır, dolanışıq çətinləşib, çünki mən yalnız bu sənətlə dolanıram. Keçən əsrin 80-ci illərində satış çox olurdu. Şənbə və bazar günləri 15-30 ədəd nehrə satırdıq, bütün həftə boyu isə 50-yə yaxın nehrə satırdıq".

"O vaxt dulusçular da çox idi. İndi kənddə cəmi 2 nəfər dulusçu var. Biri mənəm, biri də kəndin o biri başında başqa ustadır", —deyir usta.

C. Nuriyevin sözlərinə görə, indi camaatın əksəriyyəti evlərdə köhnə sovet istehsalı olan paltaryuyan maşınları alıb, yan-yörəsini düzəltdirib ondan nehrə kimi istifadə edirlər: "Ona görə də biz nehrəni sata bilmirik. Təbii ki, indi də sifariş verənlər, qeyri-adi formada dulusçu məmulatları istəyənlər var. Elə məmulatları da hazırlamaq üçün çox vaxt tələb olunur və şəraitin əlverişsizliyindən sifarişləri yerinə yetirə bilmirəm".

Cəsarət usta eyni zamanda rəssamlığın sirlərinə də yiyələnib. Bu gün o, məişətdə istifadə olunan müxtəlif növ saxsı qabları hazırlayır: "Qabların hazırlanması üçün gili ətrafda boş torpaqlardan gətirirəm, su ilə qarışdırıram. Sonra palçığı ayaqlayıram və yoğururam. Əvvəllcə dulusçu dəzgahının üzərində qabın qalınlığını tənzimləyirəm, sonra isə qaba forma verirəm. Dulusçu dəzgahının məndə həm elektrik motoru ilə işləyəni var, həm də ayaqla işləyəni. Bu gördüyün dəzgah kiçikdir, o biri isə böyük dəzgahdır. Elektrik motoru ilə işləyən dulusçu dəzgahı Azərbaycanda yalnız məndə var. Çünki onu özüm düzəltmişəm".

Dediyinə görə, qabları tam hazırlandıqdan sonra, 20 gün müddətində otaq şəraitində qurumağa qoyulur: "Qab quruyarkən birbaşa günəş işığı və küləkdən qorunmalıdır. Tam quruduqdan sonra 2 gün ərzində sobada 1000 dərəcə temperaturda bişirilir".

Gil qabların qiymətinə gəldikdə, usta deyir ki, onların qiyməti qabın ölçüsü və formasından, hazırlanma prosesindən asılıdır: "Çölməklər (gil qazan) 4-25 manata, qatıq qabları və piti bəstiləri 1 manata satılır. Gül dibçəkləri ölçüsünə görə 5-20 manatadır. Bu küplər əvvəllər evlərdə işlədilirdi. Bunlarda balıqları duza qoyurdular və süd məhsulları saxlayırdılar. Bu küplərin də qiymətləri 15-20 manat civarında dəyişir".

  • Dulusçuluq
    Dulusçuluq
    © Sputnik
  • Usta Cəsarət
    Usta Cəsarət
    © Sputnik
  • Dulusçuluq
    Dulusçuluq
    © Sputnik
  • Dulusçuluq
    Dulusçuluq
    © Sputnik
  • Usta Cəsarət
    Usta Cəsarət
    © Sputnik
  • Dulusçuluq
    Dulusçuluq
    © Sputnik
  • Dulusçuluq
    Dulusçuluq
    © Sputnik
  • Dulusçuluq
    Dulusçuluq
    © Sputnik
  • Usta Cəsarət
    Usta Cəsarət
    © Sputnik
  • Dulusçuluq
    Dulusçuluq
    © Sputnik
  • Dulusçuluq
    Dulusçuluq
    © Sputnik
  • Usta Cəsarət
    Usta Cəsarət
    © Sputnik
  • Dulusçuluq
    Dulusçuluq
    © Sputnik
  • Dulusçuluq
    Dulusçuluq
    © Sputnik
  • Usta Cəsarət
    Usta Cəsarət
    © Sputnik
  • Dulusçuluq
    Dulusçuluq
    © Sputnik
  • Dulusçuluq
    Dulusçuluq
    © Sputnik
  • Usta Cəsarət
    Usta Cəsarət
    © Sputnik
  • Dulusçuluq
    Dulusçuluq
    © Sputnik
  • Usta Cəsarət
    Usta Cəsarət
    © Sputnik
1 / 20
© Sputnik
Dulusçuluq

Məlumat üçün bildirək ki, 2004-2005-ci illərdə Cəsarət usta Rusiya Federasiyasının Yekaterinburq şəhərində səfərdə olarkən, şəhərin Çapayev küçəsində yerləşən "Sərgi salonu"nda keçirilən "Gil bayramı günü" yarışmasına dəvət edilib və yarışmanın qalibi olub. Yaratdığı əsərlərlə rusların xüsusi marağını çəkən Cəsarət usta sözügedən yarışmada birinciliyi qazandığı üçün Yekaterinburq Çini Qablar Zavodunun xüsusi təşəkkürnaməsinə layiq görülüb.

1403
Teqlər:
Cəsarət Nuriyev, peşə, dulusçuluq, dulus, sənət, Rusiya, Azərbaycan
Əlaqədar
Təhsil naziri: Azərbaycana kreativ düşüncəli peşəkarlar lazımdır
Günahkar hiss etdirən peşələr
Varlı olmaq istəyirsizsə, bu peşələri seçin
Sənət rüşvətə yoluxanda...
"Bu sənətin dövrü bitir..."
Təqaüdçü qadın, arxiv şəkli

Pensiyaçıların həsrətlə gözlədiyi xəbər gəldi - artımların vaxt veriləcəyi açıqlandı

31
(Yenilənib 13:57 20.01.2021)
Pensiyaların 2021-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Bu ildən əmək pensiyalarının orta məbləği 338 manat, yaşa görə pensiyaların məbləği isə 370 manat olacaq. 2021-ci ilin yanvar ayı üzrə pensiyalar ödənilsə də, pensiyalara artım hesablanmayıb. Sputnik Azərbaycan pensiyaların artımının nə vaxtdan ödəniləcəyini araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Dövlət Statistika Komitəsindən orta aylıq nominal əmək haqqına dair məlumatlar nazirliyə göndərildikdən və Prezidentin müvafiq sərəncamından sonra pensiyalar yanvar ayının artımı daxil olmaqla ödəniləcək. Nazirlik bu məsələdə icraedici funksiya daşıyır.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda isə bildirilir ki, 2020-ci il üzrə istehlak qiymətləri indeksinə dair məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə artıq göndərilib:

"Orta aylıq nominal əmək haqqına dair məlumatlar isə Dövlət Statistika Komitəsinin Statistik işlər proqramına uyğun olaraq cari ilin fevral ayının ilk ongünlüyündə təqdim ediləcək".

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Cari il üçün pensiyaların indeksləşdirilərək artırılması da Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunacaq rəsmi məlumatda 2020-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsasında həyata keçiriləcək. Pensiyaların 2021-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

31
Məktəblərin birində, arxiv şəkli

Bu şagirdlərin summativ qiymətləndirilməsi aparılmayacaq

23
(Yenilənib 12:52 20.01.2021)
II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır.

BAKI, 20 yanvar — Sputnik. Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür.

23
Teqlər:
Azərbaycan Təhsil Nazirliyi, Təhsil Nazirliyi
Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub

Qubada qar yağır, sakinlər isə şəhidlər xiyabanına axışır

0
(Yenilənib 14:34 20.01.2021)
Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar həm 20 Yanvar şəhidlərinin, həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

 

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Bu gün bütün bölgələrdə olduğu kimi Qubada da şəhidlər böyük ehtiramla yad edilib. Güclü qar yağmasına baxmayaraq, şəhidlər xiyabanına böyük insan axını olub.

Ziyarət edənlər arasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon rəsmiləri də iştirak edib. Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar həm 20 Yanvar şəhidlərinin, həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

  • Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub

Onu da qeyd edək ki, şəhidləri yad etmək üçün Qubanın kəndlərindən də vətəndaşlar Şəhidlər xiyabanına üz tutublar.

0