Sahilində yeni bulvar massivi salınmış Gəncə çayı

Ölkənin ikinci böyük şəhərində "gözəllik qurbanları"

1049
(Yenilənib 13:37 25.05.2016)
Son günlər yağan yağış və çayda suyun səviyyəsinin qalxması, sözün əsl mənasında küçəni gölə döndərib. Bir çox evlərin isə birinci mərtəbəsinə və zirzəmisinə dolub.

İlham MUSTAFA, Sputnik Azərbaycan

Gəncə şəhəri Vəli Xuluflu küçəsinin sakinlərinə gözəllik qurbanı desək, yanılmarıq. Gəncə çayın sahilində gözəl bulvar massivinin salınması ilə qarşı tərəfdə yaşayan sakinlərin çətin günləri başlayıb. Belə ki, yağış və qurunt sularının küçə və evlərə dolmaması üçün ərazidən çaya uzanan xəttlər "Passaj" adlanan ərazidə aparılan yenidənqurma işləri zamanı ləğv edilib. Əvəzində isə heç bir alternativ çıxış verilməyib.

Bu səbəbdən də son günlər yağan yağış və çayda suyun səviyyəsinin qalxması sözün əsl mənasında küçəni gölə döndərib. Bir çox evlərin isə birinci mərtəbəsinə və zirzəmisinə dolub.

Küçənin 116A mənzilində yaşayan Samir Novruzov gecə saatlarında çayın bir qolunun küçəyə axdığını evə dolmaması üçün isə soyuqda suyun içində nə qədər çalışsa da, qarşısını ala bilmədiyini bildirdi.

"Gecə neçə dəfə 112-yə zəng eləmişəm, Fövqaladə Hallara zəng eləmişəm. Hər zəng vuranda dedilər ki, "gəlirik". Səhər saat 10-a zorla gəlib çıxdılar. Evə dolan suyu nasosla çəkdilər. Bir nəfər də şəkillərini çəkdi və o gedən getdi", — Sputnik-in bölgə müxbirinə danışan S. Novruzov bildirir.

  • Sahilində yeni bulvar massivi salınmış Gəncə çayı
    Sahilində yeni bulvar massivi salınmış Gəncə çayı
    © Sputnik / Ilham Mustafa
  • Gəncə şəhərindəki yeni bulvardan bir görünüş
    Gəncə şəhərindəki yeni bulvardan bir görünüş
    © Sputnik / Ilham Mustafa
  • Gəncə şəhərinin Vəli Xuluflu küçəsinin hazırki vəziyyəti
    Gəncə şəhərinin Vəli Xuluflu küçəsinin hazırki vəziyyəti
    © Sputnik / Ilham Mustafa
  • Yağış və qrunt sularının küçələrə dolmaması üçün çəkilmiş xəttlərin ləğvi sakinlərin evlərini su altında qoyub
    Yağış və qrunt sularının küçələrə dolmaması üçün çəkilmiş xəttlərin ləğvi sakinlərin evlərini su altında qoyub
    © Sputnik / Ilham Mustafa
  • Bir çox evlərin birinci mərtəbəsinə və zirzəmisinə dolub
    Bir çox evlərin birinci mərtəbəsinə və zirzəmisinə dolub
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Sahilində yeni bulvar massivi salınmış Gəncə çayı

Səbuhi Kərimov da durumdan əziyyət çəkən sakinlərdəndir. O, hadisə baş verməmişdən əvvəl icra hakimiyyətinə ərizə ilə müraciət etdiklərini, bir dəfə isə sakinlərin yığışaraq şikayətə getdiklərini, lakin heç bir nəticənin olmadığını deyir.

Evinin zirzəmisinə su dolan digər sakin Rafiq Haqverdiyev də şəhərin ən mərkəz yerində Bayraq Meydanının yüz addımlığında bu cür yaşayışdan əziyyət çəkdiklərini bildirir.

Məsələ ilə bağlı Gəncə Su Kanal İdarəsi ilə əlaqə saxladıq. Telefona cavab verən Azər Süleymanov sözügedən küçədə kanalizasiya xəttinin əvvələr çaya axdığını, sonradan ərazidə abadlıq işləri aparılan zaman bu xəttlərin ləğv edildiyini bildirdi. Və hazırda küçəyə yeni kanalizasiya xəttinin çəkilməsi üçün lahiyənin olmadığını qeyd etdi.

İdarə rəsmisinin vəziyyətdən çıxış yolu üçün məsləhəti isə çox maraqlı oldu. Azər müəllim hər kəsin öz həyətində quyu qazmasını və bu yolla qurunt sularından qismən qoruna biləcəklərini bildirdi.

1049
Teqlər:
kanalizasiya, su, sakin, Gəncə, küçə
Əlaqədar
Paytaxtın bu küçəsinə avtomobillərin girişi qadağan olunacaq
Paytaxtın bu küçəsi də sürücülərin ixtiyarına verildi
"Harada narkoman, avara, küçə uşağı var, avtobusu veriblər ki, get bizim üçün pul qazan"
Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
Bu küçəyə heç bir maşın girmək istəmir. Səbəbi...
Şənbə və bazar günləri bu küçələr bağlı olacaq
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8