Bəhruz Babayev (mərkəzdə) neftçi yoldaşları ilə

Odla su arasında: o məşum gecədən bir xatirə

1694
(Yenilənib 01:04 23.03.2016)
Qorxu deyildi. Qəribə bir hiss idi. Zaman keçəydi, vaxt keçəydi. Bu vəziyyət bitəydi. 18 saat sonra xilasedicilər bizə yaxınlaşa bildi...

İradə CƏLİL, Sputnik Azərbaycan

3 dekabr 2015… Hava küləkli idi. Uzun illərdir ki, burada çalışırdı, amma belə külək heç görməmişdi. Əmr gəlmişdi ki, iş dayandırılsın, bütün işçilər yaşamaq üçün nəzərdə tutulmuş yerlərdə idi.

Ara-sıra çıxıb siqaret çəkir, yenidən otaqlara qayıdırdılar. Hər kəs ailəsi, yaxınları ilə danışır, havanın həddən artıq küləkli olduğunu deyib, bir neçə gün gec gələcəklərini bildirir, narahat olmamalarını tapşırırdı. Kimi ailəsinə, kimi sevdiyinə, kimi balasına deyirdi ki, "narahat olma gələcəyəm".

Hamı Allaha bel bağlayıb, sabahı açmaq ümidi ilə yuxuya getmişdi. Səhər açılanda küləyin surəti bir az da artmışdı.

Ayın 4-ü saat 6 ya qalmış…

"Mən 18 ildir dənizdə işləyirəm. Belə hadisəni ilk dəfə idi ki, yaşayırdım. Və başa düşə bilmirdim. Ayın 4-ü saat 6 ya qalmış olardı, yataqda yanğın başladı və əmr gəldi ki, hamı qayıqlara minsin. 63 nəfər idik. Bölünərək iki qayığa mindik. Bu qayıqlar bizim xilaskarımızdır deyə düşünürdük".

Aradan 3 ay keçməsinə baxmayaraq, dekabrın 4-də Günəşli yatağında baş vermiş yanğını unuda bilmir 38 yaşlı neftçi Bəhruz Babayev. O, Sputnik əməkdaşı ilə söhbətində dənizə olan sevgisindən danışır. Deyir dənizdə işləmək yorucu, darıxdırıcı olduğu qədər də sakitləşdiricidir.

"Düzdür, 15 gün ailəndən, evindən uzaq olursan, amma bu 15 gündə elə darıxırsan ki, yaxınlarının nə qədər əziz olduğunu başa düşürsən", —deyir Bəhruz.

"Biz kimə lazımıq ki, qurtarsınlar?"

Əzmkar neftçi həmin günübelə xatırlayır: "Hər şey bir gözqırpımında baş verdi. Tək çarəmiz qayıqlarda oturub xilas edilməyimizi gözləmək idi. Vaxt çox ləng gedirdi. Qayıqda ağlayan da var idi, dua edən də, bu gün həyatının son günü olduğunu düşünən də. Yox, mən həyacanlı deyildim. Sadəcə gözləyirdim. Nəyi? Özüm də bilmirəm. Bilirdim ki, belə davam etməyəcək. Uşaqlara təsəlli verirdim ki, narahat olmayın, bizi qutaracaqlar. Onların çoxu deyirdi ki, "Biz kimə lazımıq ki, qurtarsınlar? Elə bu qayıqda ölüb gedəcəyik". Mən isə ümidli idim".

Bəhruzun sözlərinə görə, həmin günün həyatında son olmadığına ümidli olub: "Bilirdim ki, kimsə bizi xilas edəcək. Uşaqların yarısı o biri qayığa oturmuşdu. Külək qayığı yatağın dirəklərinə-turbalara çırpırdı. Heç kimin ağlına gəlməzdi ki, o biri qayıq paralana bilər. Qismət belə imiş"…

"O qədər ümidsizliyə qapılmışdılar ki…"

Həmsöhbətimiz danışır ki, 18 saat bir yerdə tərpənmədən oturublar. Düşünüblər ki, ani hərəkət qayığı yerindən oynada bilər. Külək qayığı harasa çırpar. 18 saat bir yerdə oturaraq ölümü gözləmək asan deyildi.

"Qorxu deyildi. Qəribə bir hiss idi. Zaman keçəydi, vaxt keçəydi. Bu vəziyyət bitəydi. 18 saat sonra xilasedicilər bizə yaxınlaşa bildi. O deyirlər e, odla su arasında… hər ikisi ölüm. Biz isə ölümlə həyat arasında idik. Bir də gördük ki, qayığın üstündən kəsirlər. Bir nəfər içəri daxil oldu və bir-bir içəridəkilər çıxarmağa başladılar", —deyir neftçi.

Böyük faciənin şahidi xilas edilmə ərəfəsində insanların yaşadıqları sevinci sözlə təsəvvür edə bilmir: "Siz o insanların üzündəki sevinci görəydiniz. Yaşaya bildik. Qurtarıldıq… Evdəkiləri fikirləşirdim, uşaqları, atanı. Ətrafımızdakı uşaqları düşünürdüm. Elə uşaqlar vardı ki, özünü qayıqdan atmaq istəyirdi. O qədər ümidsizliyə qapılmışdılar ki…".

"Bizə yalnız vəd verirlər, başqa heç nə!"

Bəhruz Babayev deyir ki, küləyin surəti 63m\san idi və belə küləkdə heç bir vasitə yatağa yaxınlaşa bilməzdi: "Artıq o hadisənin üstündən 3 aydan çoxdur, keçib. Dostlarımı düşünürəm. Cəsədləri tapılan və hələ də tapılmayan dostlarımı… Onlar geri gələcəkmi? Xeyr! Hadisənin videoroliklərinə baxmaqla bizim orada nə yaşadıqlarımızı heç kim başa düşə bilməz. Bizim 18 saat orada o tufanda, qaz və alovların, partlayışların səsi altında nə yaşadığımızı bilmək üçün o anları yaşamaq lazımdır. Uşaqlardan kimsə dedi ki, o biri qayıq dağıldı və içindəkilər dənizə töküldü".

Həmsöhbətimiz həmin an gözlərini yumub Allaha dua etdiyini deyir: "Deyirdim ki, nə olar, onlar sağ qalsınlar. Amma cəmi 3-ü… 3-ü xilas edilə bildi. Həmin anlarda biz bilmirdik ki, nə qədər adam ölüb, nə qədər xilas edilib. Elə düşünürdük ki, xilas ediliriksə, deməli hamı xilas edilib. Həmin gecəni mən əsla unuda bilmərəm. Yenə də gözlərimi yumanda həmin anlar gəlir gözlərim önünə".

Bəhruz deyir ki, xilas edildikdən sonra xəstəxanada olanda onların yanına gəlib təsəlli verənlər çox olub: "Gəlib deyirdilər ki, narahat olmayın, dəyən zərər ödəniləcək. Əmək haqqınızı bütünlüklə alacaqsınız. Hamı eyni sözü deyirdi. Amma indi aradan3 ay keçib. Bizim nəyimiz var? Həmin məmurlar sadəcə kameralar önündə bizi aldadırdılar. Bizə heç bir kömək edilmədi, əməkhaqqımızı da bütün almadıq Gələcəyimiz də sual altındadır".

"Biz hələ də müalicə alırıq. Bizim hamımızın uşaqlarımız və borclarımız var. Bizə isə sadəcə "gözləyin" deyirlər. Aramızdan bəzisi imkansızlıqdan tam sağalmamış yenidən dənizə qayıdıb. Neyləsin. Vəd eşitməkdən yorulub", —deyə dəhşətli günün şahidi danışır.

  • Bəhruz Babayev (mərkəzdə) neftçi yoldaşları ilə
    Bəhruz Babayev (mərkəzdə) neftçi yoldaşları ilə
    © Photo : B.Babayevin şəxsi arxivindən
  • Günəşli yatağında işləyən neftçilər gecə növbəsində (soldan birinci – Bəhruz Babayev)
    Günəşli yatağında işləyən neftçilər gecə növbəsində (soldan birinci – Bəhruz Babayev)
    © Photo : B.Babayevin şəxsi arxivindən
  • Bəhruz deyir, həmin dəhşətli gecədə ən çox övladlarım gəlirdi gözümün önünə
    Bəhruz deyir, həmin dəhşətli gecədə ən çox övladlarım gəlirdi gözümün önünə
    © Photo : B.Babayevin şəxsi arxivindən
  • Təcrübəli neftçinin sözlərinə görə, dənizdə işləmək yorucu olsa da, sakitləşdiricidir
    Təcrübəli neftçinin sözlərinə görə, dənizdə işləmək yorucu olsa da, sakitləşdiricidir
    © Photo : B.Babayevin şəxsi arxivindən
1 / 4
© Photo : B.Babayevin şəxsi arxivindən
Bəhruz Babayev (mərkəzdə) neftçi yoldaşları ilə

Həmin hadisədən sonra hələ də özümə gəlmədiyini, baş ağrılarının olduğunu, yuxularının qarışdığını, yaddaşının itdiyini bildirir: "Və o gecəni yenidən yaşayırmışam kimi hövlanak diksinib ayılmalar olur. Nə olacaq bilmirəm, çünki ümidsizəm. İşləyə bilmirəm. Əsəblərim pozulub, hələ də o gecəni unuda bilmirəm. Bizə isə yalnız vəd verirlər. Başqa heç nə"…

"ANS xəbər yaydı ki, guya…"

Bəhruz həmin gecədən danışdıqca gözləri yol çəkir. Həmin gecə itirdiyi iş yoldaşlarını xatırlayır. Siqareti —siqraeti calayaraq, sanki acığını siqaretdən alır. Deyir onlarla maraqlanan yoxdur: "Cəmi 2000 manat pul yardımı ediblər. Başqa heç nə… Maaş da yarımçıq. 40 faizini kəsirlər".

O, bəzi KİV-lərdə yayılan xəbərlərdən də narazıdır: "Deyirlər, guya bizə 15 min manat yardım edilib. Ayıbdır, vallah".

Dediyinə görə, xəstəxanada onları tələm-tələsik evə buraxdıqdan sonra, heç bir kömək görməyiblər: "Biz dövlət dəstəyini heç bir vaxt hiss etmədik, əksinə çətinliklərimiz daha da çoxaldı. Bir tərəfdən xəstəliyə görə əmək qabiliyyətini itirdiyimiz üçün verilən müavinət heç nəyə çatmır, digər tərəfdən manatın dəyərinin itirməsi ilə qiymətlərin qalxması bizləri ehtiyac içində boğmağa başlayırdı. Ancaq ANS kanalında xəsarət alan neftçilərə 15 000 manat məbləğində vəsait ödənildiy barədə informasiya yayıldı (09.01.2016-cı il tarixdə "Xəbərçi" proqrqmında). Bu xəbər bizləri daha pis vəziyyətə saldı, belə ki, banklardan, dost-tanışlardan, qohum-əqrəbadan "sizə maddi yardım olunub?" deyərək soruşulanda bilmirdik nə cavab verək".

Onlar haqlarını tələb edirlər

Nəhayət 09.03. 2016-ci il tarixdə görüş keçirililir. Bəhruz və iş yoldaşları (o gecə xilas edilənlər) sevinirlər ki, dövlət onları yada salıb. Toplantının səbəbi isə, onsuz da böyük stress yaşamış insanlara da daha da ağır təsir edir. Səbəb sosial şəbəkələrdə gedən yazışmalardan narahatlıq hissi imiş.

"O toplantıda bizim problemlərimizin həllindən çox bizim səmimiyyətimiz müzakirə olundu" —deyir Bəhruz.

İki övladı var Bəhruzun. Bəhruz bacardıqca övladlarının qarşısında gülərüz, dik duruşlu görünməyə çalışır. Dənizdən qorxmasa da, deyir ki, həmin gecə yaşadıqları bir ömür onun bəsidir. Və əmin deyil ki, yenidən dənizdə işləyə bilsin.

O gün 63 nəfər idilər. Allahın ətəyindən yapışıb yaşamaq üçün ömür dilənirdilər. 33 nəfər xilas edildi, 30 nəfər isə dünyasını dəyişdi. Hər kəs öz qismətini yaşadı.

Amma indi xilas edilən neftçilərimiz haqqını tələb edirlər. Yaşadıqlarının haqqı ödənilməyəcək qədər olsa da, onlar yaşamaq üçün haqqlarını istəyir. Biz də onlardan birinin — Bəhruz Babayevin səsini ictimaiyyətə çatdırmağa çalışdıq.

1694
Teqlər:
şahid, dəhşətli gecə, "Günəşli" yatağı, Günəşli, yanğın
Əlaqədar
“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş yanğın tamamilə söndürülüb
“Günəşli” yatağında yanğın hələ söndürülməyib
"Günəşli" yatağındakı qəzada xəsarət alan 5 neftçi evə buraxılıb
"Günəşli" yatağındakı bir quyuda yanğın tam söndürülüb
ABŞ "Günəşli" yatağındakı qəza ilə bağlı öz köməyini təklif edib
"Günəşli" qəzasının qurbanlarının ailələrinə 15 min manat veriləcək
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının başlaması barədə paylaşım edib - VİDEO

137
(Yenilənib 11:55 12.05.2021)
Birinci vitse-prezident: Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir.

BAKI, 12 aprel - Sputnik. Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada“Xarıbülbül” musiqi festivalının başlaması ilə bağlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, M. Əliyevanın rəsmi “Instagram” hesabından etdiyi paylaşımda deyilir:

"Əziz bacılar və qardaşlar!

Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN"

Xatırladaq ki, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır. Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.

Həmçinin oxuyun: 

Bu gün Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır

İlham ƏIiyev Şuşaya gedib

137
Tokioda Olimpiya Oyunlarının loqosu, arxiv şəkli

Azərbaycanlı hakim Tokio-2020-ni idarə edən hakimlər sırasına daxil edilib

4
(Yenilənib 11:09 12.05.2021)
Məşqçi kimi onun yetirmələri arasında Dünya və Avropa çempionatının, Avropa və İslam Oyunlarının qalib və mükafatçıları var.

BAKI, 12 may - Sputnik. Avropa Karate Federasiyası Hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib.

Azərbaycan Karate Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, beynəlxalq dərəcəli hakimimizin fəaliyyətinə yüksək dəyər verən Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsi bu qərara gəlib.

Azərbaycan Milli Karate Federasiyası Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, Əməkdar məşqçi, eləcə də "Qaraqaplan" klubunun baş məşqçilərindən biri Cahangir Babayev 198 dövlətin üzvü olan WKF tərəfindən 2013-cü ildə dünyanın "Ən yaxşı hakimi" seçilib.

O həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakıda 1-ci Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə C.Babayev Azərbaycan Prezidentinin "Fəxri fərmanı" ilə təltif edilib.

Məşqçi kimi onun yetirmələri arasında Dünya və Avropa çempionatının, Avropa və İslam Oyunlarının qalib və mükafatçıları var.

4
Teqlər:
Tokio-2020 Olimpiya Oyunlar

Bayram günü hava necə olacaq?

0
Mayın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

BAKI, 12 may - Sputnik. Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

ETSN-ninMilli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14 isti, gündüz 20-25 isti, Bakıda gecə 12-14 isti, gündüz 23-25 dərəcə isti olacaq.Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Mayın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 isti, gündüz 23-28 isti, dağlarda gecə 3-8 isti, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən mayın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0