Qandallar

İnsanları nələr cinayətkar edir?

249
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Aygün Ağabalayeva azadqadın.az saytına insanları cinayətkarlığa sürükləyən yollar barədə danışır.

BAKI, 21 mar — Sputnik. Heç kim cinayətkar doğulmur. Dünyaya gələn uşağın gələcəkdə kim olması üçün məsuliyyəti ilk öncə ailəsi və cəmiyyət daşıyır.

Arada düşünürsən, zahirən adi insan, niyə birdən ağır cinayət törədir? Bunu anlamaq çətindir. Son zamanlar müşahidə olunur ki, cinayət törədənlər arasında əqli cəhətdən sağlam şəxslər, hətta yeniyetmələr də var. Antisosial davranışın yaranmasında ailə mühüm rol oynayır. Qeyri-qanuni hərəkətlərə hansı amillər səbəb olur?

— həddən artıq və ya davamlı olaraq ailədə cəza tətbiq etmək,

— ailədə ata rolunun olmaması,

— uşağa qarşı həddən artıq yumşaq davranış,

— valideynlərin lazımı situasiyalarda qeyri-ciddi yanaşması,

— ailədə münaqişələr və s…

Təbii ki qanunazidd davranışın yaranmasında sosial şərait də rol oynayır. Bura ilk növbədə müxtəlif sosial problemlər daxildir. Misal üçün, sosial çevrilişlər, həyat səviyyəsinin aşağı olması. Şəxsi cinayət törətməyə təkan verən yeganə səbəb olmur. Amma onu da qeyd etmək istərdim ki, hər sosial problemləri olan da cinayət törətmir. Müxtəlif növ cinayətlərin törədilməsinin psixoloji səbəblərindən biri – insanın cəmiyyətdən təcrid olunmasıdır.

Şübhəsiz ki, öncə qeyd etdiyim kimi bunun başlanğıcı ailədən irəli gəlir. Bəzən görürsən ki, tam təminatlı ailədə uşaq özünü tək, lazımsız hiss edir. Sonra gəlir bağça, məktəb. Görürsən ki, burda da ətraf ilə münasibət formalaşmır, nə dostu olur, hətta neytral ünsiyyət də alınmır. Və gələcəkdə uşaqda "sosiopatiya” formalaşır, bu da zaman keçdikcə qapaılılıqdan açıq aqressiyaya gətirib çıxarır. Özünəgüvənsizlik, qorxular uşaq yaşlarından formalaşır.Valideynlər tərəfindən diqqətsizlik, çox ciddi cəza və ya yaşıdları tərəfindən aqressiya və s. – bu fonda natamamlıq kompleksi və qorxu inkişaf edir. Gələcəkdə isə özünü təsdiq etmək üçün qanunazidd hərəkətlərə doğru addımlayırlar.

Aydın məsələdir ki, 6 yaşından tez antisosial davranış haqqında danışmaq mənasızdır. O yaşa qədər uşaq, sosial normalara uyğun davranışa nəzarət etmir. İlk dəfə uşaq məktəbdə həqiqətən sosial tələblər ilə qarşı-qarşıya durur, artıq davranış qaydalarına ciddi riayət edilir.

İbtidai siniflərdən başlayaraq antisosial davranış bu formalarda özünü biruzə verir:

— nizamsız davranış,

— məktəb qaydaların və intizamın pozulması,

— dərslərdə davamiyyətin pozulması,

— evdən qaçmalar,

— yalanlar,

— oğurluq.

12-17 yaşlarda qanunazidd hərəkətlər artıq ixtiyarı olur: oğurluq, xuliqanlıq. Cinayətkarın adətən cinayəti törətmək üçün müəyyən motivi olur. Bura qısqanclıq, paxıllıq, intiqam, kin aiddir.

Elə şəxslər var ki, özünü ətrafdakılarla dostlarla, qohumlarla müqayisə edir. Və bu anda tamah hissi üstün gəlir. Belə situasiyalarda cinayətkar etdiyi hərəkəti ədalətin yerin tapması kimi qəbul edir və heç bir təəssüf hissi duymur.

Ən çətin cinayətin səbəblərindən biri də psixi pozuntulardır. Çünki çətin sübut olunur, ətrafdakılar tərəfindən şübhə ilə yanaşılır.

Qeyri-qanuni hərəkətlərə səbəb olan anomaliyalar hansılardır:

— psixopatiya,

— alkoqolizm,

— nevrotik pozuntu,

— kəllə-beyin travmaları,

— intellektual çatışmazlıq.

Bu mövzuda hələ çox danışmaq olar. Cinayətin törədilməsi üçün müxtəlif səbəblər ola bilər. Hər bir halda kökündə cinayətin təməlində özünəgüvənsizlik durur. Təəssüf ki, insanlar özünü təsdiq üçün çox vaxt yanlış yol seçirlər. Unutmayaq ki, heç bir cinayət cəzasız qalmır!

249
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

28
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

28
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

14
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

14