Fəzail İbrahimoğlu

Parlamentdə Hacıbala Abutalıbov "topa tutuldu"

319
Fəzail İbrahimli: "Bir yolumuz var - cəmiyyətə "göz dağı" çəkənlərə, uğurları gözdən salanların, ortada yeyib qıraqda gəzənlərin, "altımdakı kreslo Süleymanın taxtıdır, Allah bəxtimi açıb, varlanmağın vaxtıdır" əxlaqı ilə yaşayanların qarşısında sipər olmaq"

BAKI, 15 mart — Sputnik. "Məmurların qapıları açıq olmalıdır. Telefonları üzümüzə açıq olmalıdır. Burada təzad var. Qapı var, taybatay açılır. Qapı da var, az qalır üstündə yazılsın ki, "bura quş gəlsə, qanad salar".

Sputnik xəbər verir ki, bunu millət vəkili Fəzail İbrahimli Milli Məclisin bu günkü plenar iclasında deyib: "Məsələn, faktlara keçək. Kim deyə bilər ki, baş nazir Artur Rasizadə ilə hər hansı bir problemi həll etmək çətindir? Heç kim deyə bilməz. Çünki, Artur Rasizadə ölkədə məmur əxlaqı məktəbinin banisidir".

"Kim deyə bilər ki, daxili işlər naziri ilə hər hansı problemi həll etmək zaman aparır? Heç kim deyə bilməz. Kim deyə bilər: Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə hər hansı bir məsələni həll etmək, görüşmək, söhbət etmək mümkündürmü? Kim deyə bilirsə, getsin, "Ginnesin rekordlar kitabı"na adını yazdırsın", —deyə deputat vurğulayıb.

F. İbrahimlinin sözlərinə görə, deputatların iki yolu var: "Birinci yol, bununla razılaşıb, poetik dildə desək, ümidi üzüb, Kərəmin gününə düşmək. Bu, yol deyil. Mandatına hörmət deyil. Bir yol var ancaq: Dövlət başçısının "Azərbaycanda toxunulmaz adam yoxdur, məmur xalqın xidmətçisidir, məmur təvazökar olmalıdır" çağırışına qoşulmaq, cəmiyyətə "göz dağı" çəkənlərə, uğurları gözdən salanların, ortada yeyib qıraqda gəzənlərin, "altımdakı kreslo Süleymanın taxtıdır, Allah bəxtimi açıb, varlanmağın vaxtıdır" əxlaqı ilə yaşayanların qarşısında sipər olmaq".

319
Teqlər:
Bakı Şəhər İcra Hakimiyyəti, məmur, millət vəkili, Fəzail İbrahimli
Əlaqədar
Məmurlarla üz-üzə gəlmədən ünvanlı sosial yardım almaq mümkün olacaq
Millət vəkilindən ilginc açıqlama: "Hansısa məmur situasiyadan istifadə edə bilər"
"İşdən çıxarılacaq məmurları istehsalata cəlb etmək lazımdır"
Adı 20 milyonluq villalarda hallanan məmur danışdı: "Məni başa düşün. Çox gərginəm"
Ötən il 16 korrupsioner məmur cinayət başında yaxalanıb
Azərbaycan Respublikası Milli Məclisinin binası

Milli Məclis toplanır - Büdcəyə dəyişiklik ediləcək

3
(Yenilənib 10:29 05.08.2020)
Parlamentin növbədənkənar sessiyasında 6 məsələyə baxılacaq, bunların sırasında büdcə, işsizlik və məşğulluq da var

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Bu gün Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, saat 11-ə planlaşdırılan iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

2. "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3. "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

3
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

XİN: Beyrutda partlayışda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat yoxdur

3
"Əl Cəzirə" telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 100-ü keçib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər-hansı məlumat daxil olmayıb. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Azərbaycan XİN, həmçinin hadisə ilə bağlı Livan xalqına başsağlığı verib.

“Beyrut limanında baş verən qorxunc partlayış barədə xəbərlərdən dərin hüzn keçiririk. Ölənlərin ailələrinə və Livan xalqına başsağlığı veririk. Xəsarət alanların tez bir zamanda sağalmalarını diləyirik”, - deyə Azərbaycan XİN-in “Twitter” səhifəsində bildirib.

Qeyd edək ki, "Əl Cəzirə" telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 100-ü keçib. Livan rəhbərliyi partlayış nəticəsində ölənlərin sayının artacağını istisna etməyib.

3
Əlaqədar
Minlərlə insanın yaralanmasına və 78 nəfərin ölümünə məsuliyyətsizlik səbəb olub
Beyrutdakı partlayışda baş nazirin ailəsi xəsarət alıb - VİDEO