Mir Əhməd xanın ailəsi. Ortada Mir Əhməd xan, arvadı Tuğra xanım

Sonuncu xanın Zaqafqaziya gözəlinə son hədiyyəsi - bənzəri yoxdur

886
(Yenilənib 15:20 10.03.2016)
Lənkəran xanlarının şəcərəsindən olan Mirəhməd Xan Talışinskinin, gözəllik müsabiqəsinin qalibi seçilən həyat yoldaşının şərəfinə tikdirdiyi möhtəşəm saray dünya arxitekturasının nadir incilərindən sayılır

Rahim ZAKİROĞLU, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. Xanlıqlar dövrü Azərbaycan tarixinin mühüm mərhələlərindən birini təşkil edir. Lənkəran xanlığı Şimali Azərbaycanın cənub bölgəsinə nəzarət edib.

1814-cü ildə Lənkəran xanı olan Mirmustafa xan vəfat edir, onun yerinə isə oğlu Mirhəsən xan hakimiyyətə gəlir. 1826-cı ildə Mirhəsən xan vəfat edir. Onun vəfatından sonra isə Lənkəran xanlığı tarixə qovuşur və Çar Rusiyasının əyalətinə çevrilir.

Bu səbəbdən də Mirəhməd Xan Talışinski hakimiyyətdə olmayıb, yəni xan kimi fəaliyyət göstərməyib. O, bu "Xan" titulunu özünə xan nəslindən olduğu üçün götürüb. Mirəhməd Xanın doğum tarixi məlum deyil. Onun XIX əsrin ortalarında dünyaya gəldiyi ehtimal edilir. 1916-cı ildə Fransaya səfərlərinin birində vəfat edib, lakin Lənkəranda dəfn edilib. Burada haqqında söhbət açacağımız binanı isə Mirəhməd Xan 1913-cü ildə həyat yoldaşı Tuğra xanımın şərəfinə tikdirib.

Xan evi haqqında məlumat toplamaq üçün Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin direktor əvəzi Xalid Məmmədova müraciət etdik. Xalid məllimin bildirdiyinə əsasən, binanın layihəsi, adı məlum olmayan fransalı memar tərəfindən hazırlanıb. Bu abidənin tikintisində milli memarlıq elementlərindən bacarıqla istifadə olunub. Onun fasadları əlvan naxışlarla zəngindir.

Bina tikilərkən bir çox inşaat materialları Fransadan və Bakıdan Lənkərana gəmi vasitəsilə gətirilib. Bu üçmərtəbəli bina şəhərin ilk çoxmərtəbəli binası olub. Bəzi məlumatlara əsasən, Lənkəranda ilk dəfə 1908-1910-cu illərdə Mirəhməd xanın evi tikilərkən daimi cərəyanla işləyən kiçik elektrik qurğusu olub. Bunun vasitəsilə quyudan su hamamın çəninə vurularmış. 1910-12-ci illərdə isə elektrik gücü 1-2 kvt. olan sabit cərəyan elektrik qurğusu yaradılıb.

Bildirək ki, binanın şimal və qərb fasadlarına kərpic və yonulmuş ağ daş işlənib. Şərq və cənub fasadları isə yalnız kərpicdən hörülüb. Evin giriş hissəsi şimal fasadında yerləşir və ağ daşdandır. Şimal-qərb fasadının birinci mərtəbəsinin küncündən bir sütun qalxır. Sütunun üstündən ikinci mərtəbə üçün ekker tikilib. Ekker dörd dəmir günbəzlə örtülüb.

Xan evinin tikintisində həm qərb, həm də şərq memarlıq elementlərindən məharətlə istifadə edilib ki, bu da binaya xüsusi orijinallıq və gözəllik verir. Binanın tikintisində qoyun yunu və yumurta sarısından istifadə edilib. Binanın 1-ci mərtəbəsində Mirəhməd xanın qəbul və qonaq otaqları, ikinci mərtəbəsində Tuğra xanımın otaqları, 3-cü mərtəbədə isə keşikçilərin gözləmə otağı və silah anbarı olub.

  • Bu binanı Mir Əhməd Xan 1913-cü ildə həyat yoldaşı Tuğra xanımın şərəfinə tikdirib
    Bu binanı Mir Əhməd Xan 1913-cü ildə həyat yoldaşı Tuğra xanımın şərəfinə tikdirib
    © Sputnik / Rahim Muradov
  • Bu üçmərtəbəli bina şəhərin ilk çoxmərtəbəli binası olub
    Bu üçmərtəbəli bina şəhərin ilk çoxmərtəbəli binası olub
    © Sputnik / Rahim Muradov
  • Mir Əhməd xanın ailəsi. Ortada Mir Əhməd xan, arvadı Tuğra xanım
    Mir Əhməd xanın ailəsi. Ortada Mir Əhməd xan, arvadı Tuğra xanım
    © Sputnik / Rahim Muradov
  • Mir Əhməd xanın dəfni. 1916-cı il
    Mir Əhməd xanın dəfni. 1916-cı il
    © Sputnik / Rahim Muradov
  • Qədim bəzək əşyaları
    Qədim bəzək əşyaları
    © Sputnik / Rahim Muradov
  • Tunc dövründə və XI-XII əsrlərdə məişətdə istifadə edilən əşyalar
    Tunc dövründə və XI-XII əsrlərdə məişətdə istifadə edilən əşyalar
    © Sputnik / Rahim Muradov
  • II Dünya müharibəsinin lənkəranlı qəhrəmanları
    II Dünya müharibəsinin lənkəranlı qəhrəmanları
    © Sputnik / Rahim Muradov
  • Qəbirüstü daşlar
    Qəbirüstü daşlar
    © Sputnik / Rahim Muradov
  • XVII əsrə aid dəmir kotan
    XVII əsrə aid dəmir kotan
    © Sputnik / Rahim Muradov
  • 1883-cü ilə aid daş kitabə
    1883-cü ilə aid daş kitabə
    © Sputnik / Rahim Muradov
  • Müharibə səhnəsini göstərən rəsm
    Müharibə səhnəsini göstərən rəsm
    Rahim Muradov
  • Neolit dövrünün məişət əşyaları
    Neolit dövrünün məişət əşyaları
    © Sputnik / Rahim Muradov
1 / 12
© Sputnik / Rahim Muradov
Bu binanı Mir Əhməd Xan 1913-cü ildə həyat yoldaşı Tuğra xanımın şərəfinə tikdirib

Qeyd edək ki, Lənkəran Xan Sarayının dünyada analoqu yoxdur. Mirəhməd xanın bu binanı xanımı Tuğra xanımın şərəfinə tikdirdiyini bildirmişdik. Buna səbəb isə Tuğra xanımın 1912-ci ildə Tiflisdə keçirilən Zaqafqaziya gözəllik müsabiqəsində qalib olmasıdır. 1916-cı ildə xanın vəfatından sonra Sovet hakimiyyəti illərində ev dövlət tərəfindən müsadirə edilir və xanın həyat yoldaşı Tuğra xanım evdən çıxarılır.

Xan sarayı 1991-ci ildən Lənkəran Tarix Diyarsünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Sovet hakimiyyətinin ilk illərində Xan sarayı müxtəlif təyinatlı dövlət obyekti kimi istifadə olunub. Sonradan isə Şəhər Sovetinin binası kimi də istifadə edilib. 1977-ci ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə Lənkəran Ölkəşünaslıq Muzeyinə (əvvəllər elə adlandırılıb —müəll.) Mirzağa Ağali Əziz oğlu Əliyevin adı verilib. Direktor əvəzinin dediyinə əsasən, 1979-cu ildə isə binanın adı dəyişdirilərək Ölkəşünaslıq Muzeyi deyil, Tarix Diyarşünaslıq Muzeyi adlandırılıb.

1977-ci ildə mərhum prezident Heydər Əliyev bu muzeydə olub və rəy kitabına öz ürək sözlərini yazıb. Hal-hazırda həmin kitab muzeydə qorunur.

Xan sarayı 12 otaqdan ibarətdir, ümumi sahəsi isə 811.85 kv. metrdir. Otaqların 3-ü inzibati otaqdır, 1 otağında muzeyin fondu qorunur, 1 otağı isə rəssam və bərpaçılıq otağıdır. Digər otaqlar isə ekspozisiya otaqlarıdır.

Muzeyin 6583 ədəd muzey sərvəti var. Muzeydə 763 ədəd muzey əşyası nümayiş olunur. Bunlardan 333-ü tətbiqi sənət nümunəsi, 148 ədəd etnoqrafiq məişət əşyaları, 154 ədəd numizmatika, 31 ədəd sənədlər, 70 ədəd arxeoloji, 10 ədəd heykəltaraşlıq, 12 ədəd rəssamlıq, 4 ədəd qrafika və 1 ədəd əlavə bölməsinə aid olan əşyalar muzeyə gələnlərin marağına səbəb olur. Muzeydə nümayiş etdirilən eksponatlar bu bölgənin nə qədər tarixi və mədəni isrə sahib olduğunu göstərir.

Qeyd edək ki, ötən il muzeyə 467 ekskursiya təşkil olunub. Ekskursiyada iştirak edənlərin ümumi sayı 10964 nəfər, fərdi gələnlərin sayı 15603 nəfər olub. Ümumilikdə 2015-ci ildə Lənkəran Tarix Diyarşünaslıq Muzeyini ziyarət edənlərin sayı 26567 nəfər təşkil edib. Onu da əlavə edək ki, uzun illər təmir olunmayan Lənkəran Xan Sarayı 2013-cü ildə təmirə bağlanıb və 2014-cü ilin noyabrında bina istifadəyə verilib.

886
Teqlər:
Lənkəran Tarix Diyarsünaslıq Muzeyi, Mirəhməd Xan Talışinski, Mirhəsən xan, Mirmustafa xan, Lənkəran Xanlığı, Lənkəran
Əlaqədar
Moskvadan Gəncə və Lənkərana aviauçuşlar təxirə salınıb
Lənkəranda da bina üzlüklərini sökürlər
Naxçıvan xanlarının sonuncu generalı
Rusiya muzeylərində Naxçıvan xanlığının bayraqları aşkar edilib
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində tamaşa

Nizami Gəncəvi ilə Yunus Əmrənin ruhlarını birləşdirdilər

2
(Yenilənib 23:34 22.04.2021)
Qardaş ölkələr arasında mədəni körpülərin davam etdirilməsi üçün hər iki ölkənin tanınmış şairinin ortaq əsərləri əsasında ssenari yazılaraq, fərqli kompozisiya təqdim edilib.

Şahpəri Abbadova, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizdə "Nizami İli" elan edilib. Qardaş Türkiyədə isə bu il böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700-cü ildönümü qeyd edilir. Qardaş ölkələr arasında mədəni körpülərin davam etdirilməsi üçün hər iki ölkənin tanınmış şairinin ortaq əsərləri əsasında ssenari yazılaraq, fərqli kompozisiya təqdim edilib. Bu kompozisiya əsasında Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Nizami hikmətlərindən və Yunus Əmrədən olan seçmələri səsləndiriblər. Türkiyədə tanınan rəssam, kurator Günay Zebic (Mehdizadə) və Yunus Əmrə İnstitutunun hazırladığı təqdimat-tamaşanın məşqi Beynəlxalq Muğam Mərkəzinin səhnəsində nümayiş olunub. İki hissədən ibarət tamaşanın birincisi Yunus Əmrəyə, ikincisi Nizamiyə həsr olunub.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən layihənin rəhbəri, tamaşanın ssenari müəllifi Günay Zebic Yunus Əmrə İnstitutu ilə birgə hər iki dahinin əlamətdar ildönümlərinə töhfə olaraq belə bir layihəni hazırlamaq qərarına gəldiyini bildirib:

"İstər döyüş meydanında, istər iqtisadi sahədə, istərsə də mədəniyyət aləmində qardaş ölkə Türkiyə ilə Azərbaycan öz həmrəyliyini, möhkəm şəkildə bağlı olduqlarını dünyaya bir daha sübut etdi. Biz də mədəni əlaqələrin daha da möhkəmləndirilməsi və mədəniyyət körpüsünün daha sağlam tellərlə bağlanması üçün hər iki ölkənin dəyərli sənətkarlarını bir araya gətirdik. Fərqli kompozisiya şəklində onu nümayiş etdirməyə çalışdıq. Düşündük ki, bunu tamaşa şəklində hazırlayıb, təqdim etsək, daha çox kütləyə çatmış olar. Bunu şagirdlərlə etməkdə məqsəd isə məhz onların təqdimatında məktəblilərə, şagirdlərə və gənclərə hər iki ölkənin dahi şairini tanıtmaq, əsərləri ilə tanış etmək onların mədəni irsimizdəki rolunu göstərməkdən ibarətdir. Çünki yetişən gənclik bizim dövlətimizin gələcək qurucularıdır. İlkin təməl bu işdə əsas rol oynayır. Bunun üçün maarifləndirməyə məhz onlardan başlamağı uyğun bildik".

© Photo : Courtesy of Lala Azeri
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində tamaşa

Zebicin sözlərinə görə, tamaşalarda hər iki dahinin yaradıcılığına toxunulub: "Nizami Gəncəvinin "Xəmsə"si, Yunus Əmrənin "Divan"ı və şeirlərindən istifadə etdik. Tamaşanın aktyor heyəti İncəsənət Gimnaziyasının şagirdləridir. Bu qrupla artıq beş ildir ki, çalışıram. Kollektivlə Türkiyə və Azərbaycanın qardaşlığına həsr olunan layihələr həyata keçirmişik. Bunlardan 2017-ci ildə Bursa şəhərində "Qardaş məktəb", "Azərbaycan Cümhuriyyətinin 100 illiyi və Qafqaz İslam ordusunun Bakıya gəlişi", 2019 Türkiyənin Kayseri şəhərində "Nəsimi 650" teatrı ilə Beynəlxalq XIV teatr festivalında iştirak etmişik. Bundan başqa 2020-ci ildə Qobu 3 parkında Xarı Bülbül İncəsənət mərkəzində COVID-19 "Biz Birlikdə Güclüyük" tablomun açılışı və "Xarı Bülbül" kiçik tamaşasını uğurla nümayiş etdirdik. Bir rəssam kimi mənə tablolarda gördüyüm kompozisiyaları səhnələşdirmək, onları ssenari şəklində yazmaq və səhnə geyimlərini yaratmaq böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Nizami Gəncəvisi və Türkiyənin Yunus Əmrə kimi böyük şairlərinin şeir və poemalarını canlandırmaq mənə qürür hissi verir. İndi iş prosesimizin demək olar ki, yarısından çoxunu bitirmişik. May ayının əvvəllərində tamaşaçılara bu layihəni televiziya vasitəsi ilə təqdim edəcəyik".

Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç qeyd edib ki, Türkiyənin böyük şairi Yunus Əmrənin nüfuz, təsir sahəsi o qədər geniş və dərindir ki, onu Anadoluya sığdırmaq mümkün deyil: "Böyük ruhların fərqli xüsusiyyətləri, yaşadıqları dövrü və mühiti aşaraq universal bir dil yarada bilmələridir. Niyə Yunus Əmrə səkkiz yüz ildən sonra da xatırlanır və dildən dilə ötürülür? Yunus Əmrəni böyük bir sənətkar edən və onu universal bir dilə gətirən əsas səbəb, dünyanı eyni anda anlamaq və şərh etmək bacarığı idi. Böyük ruhların ən fərqli xüsusiyyətləri, yaşadıqları dövrü və mühiti aşaraq universal bir dil yarada bilmələridir. Onun Türkiyədə çox sevilməsi, ayrıca hər dövrün özündə əks etdirməsi və davamlı istinad edilməsi sənətkarın dərinliyinin, böyüklüyünün göstəricidir. Hacı Bektaşi Vəli, Mövlana, Yunus Əmrə kimi türk dərvişləri, Asiya içindən gələrək Anadoluda tarixin ən əzəmətli təşkilatın quruluşunu imzaladılar, Türkiyə də qurulan belə bir universal dövlətdir".

© Photo : Courtesy of Lala Azeri
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində tamaşa

Səlçuk Karakılıç Yunus Əmrənin Anadolunun həqiqi memarlarından biri olduğunu, böyük sənətkarların dar mühitin deyil, daha geniş bir dünyanı izah etməyə çalışanlardan olduğunu bildirib: "Yunus Əmrə Türkiyədə olduğu kimi, Azərbaycanda da diqqətlə oxunur, haqqında araşdırmalar edilir. Bu il Yunus Əmrənin vəfatının 700-cü il dönümüdür, böyük şairimizi Azərbaycanda daha geniş kütlələrə izah etmək məqsədilə bir tamaşa ərsəyə gətirdik. "Yetmiş iki millətə bir gözlə baxmaq" Ümumdünya bəşəri dəyərlər prinsipi üzərində qurulmuş fəlsəfəsi ilə bütün bəşəriyyətlə danışan Yunus Əmrənin və Azərbaycan ədəbiyyatının böyük şairi Nizami Gəncəvinin xatirəsini anmağın uyğun olduğuna qərar verdik. Günay Zebiçin hazırladığı mövzunu əhatə edən tamaşanın bu günlərdə gənc nəsil üçün daha faydalı olacağını düşünürəm. Şübhəsiz ki, həm Yunus Əmrə, həm də Nizami Gəncəvi Türk dünyasının ortaq dəyərləridir. Bizim vəzifəmiz Yunus Əmrə və Nizami Gəncəvi kimi dövrünün böyük sənətkarlarını dəqiq təsvir etmək və onları yaşatmaqdır".

Qeyd edək ki, sözügedən layihənin nəinki Azərbaycanda, eyni zamanda Türkiyədə və Xorvatiyada festivallarda iştirakı da gözlənilir.

2
Aktyor Kamran Ağabalayev

Azərbaycanlı aktyor Türkiyənin məşhur serialından təklif aldı, amma qəbul etmədi

18
Qeyd edək ki, K.Ağabalayev Festivala Elvin Adıgözəlin "Biləsuvar" filmi ilə qatılıb. Festival aprelin 20-də başlayıb, 29-na kimi davam edəcək.

BAKI, 22 aprel — Sputnik. Aktyor Kamran Ağabalayev Türkiyənin məşhur "Kırmızı oda" serialından təklif alıb. Sputnik Azərbaycan xəbər verir ki, ekran işinə çəkilmə təklifi alsa da, o, gedə bilməyib. Buna səbəb isə hazırda "GoEast 2021" film festivalında olmasıdır.

Qeyd edək ki, K.Ağabalayev Festivala Elvin Adıgözəlin "Biləsuvar" filmi ilə qatılıb. Festival aprelin 20-də başlayıb, 29-na kimi davam edəcək. Aktyorun "Kırmızı oda"da çəkilmək üçün bu həftənin cümə günü İstanbulda olması istənilib.

18