CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adı bilinməyən podratçı şirkət - dəyişməyən işıq dirəkləri

© Photo : Hikmət CarçılıMühəndis deyir ki, beton və köhnə dəmir dirəklər möhkəm olduğuna görə, yerində saxlanıb
Mühəndis deyir ki, beton və köhnə dəmir dirəklər möhkəm olduğuna görə, yerində saxlanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Qazax rayonunda naməlum şirkət tərəfindən işıq dirəklərinin yenilənməsi həyata keçirilir. Yeniləmə şəhərin bütün küçələrinə aid edilməli olsa da, proses sadəcə mərkəzi küçələri əhatə edir.

Hikmət Carçılı

 

BAKI, 4 mart — Sputnik. Qazax rayonunun mərkəzi küçələrində köhnə işıq dirəkləri yenisi ilə əvəzlənib. Qanunən bu yeniləmə şəhərin bütün küçələrinə aid edilsə də, görünən odur ki, yeni ağ dəmir dirəkləri quraşdıran podratçı təşkilatın işçiləri arxa məhəllələrə keçəndə büdcəyə qənaət ediblər. Şəhərin mərkəzindən keçən Heydər Əliyev küçəsində dirəklər tamamilə yenisi ilə əvəz oldunduğu halda, Sərdar Carçıyev, Azadlıq və Bakı küçələrində çox az hissəsi təzələnib.

Məsələylə bağlı Qazax rayon Elektrik Şəbəkəsi ilə əlaqə saxladıq. Şəbəkənin rəisi Elşad Məmmədov yerində olmasa da, idarənin işçiləri problemin aradan qaldırılacağını bildirdilər.

© Photo : Hikmət CarçılıKöhnə işıq dirəkləri yeni ağ dəmir dirəklərlə əvəz olunur.
Köhnə işıq dirəkləri yeni ağ dəmir dirəklərlə əvəz olunur - Sputnik Azərbaycan
1/6
Köhnə işıq dirəkləri yeni ağ dəmir dirəklərlə əvəz olunur.
© Photo : Hikmət CarçılıAmma podratçı təşkilatın işçiləri arxa məhəllələrə keçəndə büdcəyə qənaət ediblər.
Amma podratçı təşkilatın işçiləri arxa məhəllələrə keçəndə büdcəyə qənaət ediblər - Sputnik Azərbaycan
2/6
Amma podratçı təşkilatın işçiləri arxa məhəllələrə keçəndə büdcəyə qənaət ediblər.
© Photo : Hikmət CarçılıSərdar Carçıyev, Azadlıq və Bakı küçələrində dirəkləri təzələm "yaddan çıxıb".
Sərdar Carçıyev, Azadlıq və Bakı küçələrində dirəkləri təzələm yaddan çıxıb - Sputnik Azərbaycan
3/6
Sərdar Carçıyev, Azadlıq və Bakı küçələrində dirəkləri təzələm "yaddan çıxıb".
© Photo : Hikmət Carçılıİdarənin işçiləri deyir ki, yaxın zamanda bütün işıq dirəkləri yenisi ilə əvəz olunacaq.
İdarənin işçiləri deyir ki, yaxın zamanda bütün işıq dirəkləri yenisi ilə əvəz olunacaq - Sputnik Azərbaycan
4/6
İdarənin işçiləri deyir ki, yaxın zamanda bütün işıq dirəkləri yenisi ilə əvəz olunacaq.
© Photo : Hikmət CarçılıYenilənmiş metal ağ dirəklər küçələri daha sahmanlı göstərir.
Yenilənmiş metal ağ dirəklər küçələri daha sahmanlı göstərir - Sputnik Azərbaycan
5/6
Yenilənmiş metal ağ dirəklər küçələri daha sahmanlı göstərir.
© Photo : Hikmət CarçılıMühəndis deyir ki, beton və köhnə dəmir dirəklər möhkəm olduğuna görə, yerində saxlanıb.
Mühəndis deyir ki, beton və köhnə dəmir dirəklər möhkəm olduğuna görə, yerində saxlanıb - Sputnik Azərbaycan
6/6
Mühəndis deyir ki, beton və köhnə dəmir dirəklər möhkəm olduğuna görə, yerində saxlanıb.
1/6
Köhnə işıq dirəkləri yeni ağ dəmir dirəklərlə əvəz olunur.
2/6
Amma podratçı təşkilatın işçiləri arxa məhəllələrə keçəndə büdcəyə qənaət ediblər.
3/6
Sərdar Carçıyev, Azadlıq və Bakı küçələrində dirəkləri təzələm "yaddan çıxıb".
4/6
İdarənin işçiləri deyir ki, yaxın zamanda bütün işıq dirəkləri yenisi ilə əvəz olunacaq.
5/6
Yenilənmiş metal ağ dirəklər küçələri daha sahmanlı göstərir.
6/6
Mühəndis deyir ki, beton və köhnə dəmir dirəklər möhkəm olduğuna görə, yerində saxlanıb.

"Bununla bağlı konkret bir söz deyə bilmərik. İşə məsul, adını bilmədiyimiz, podratçı təşkilatdır. Mühəndis Hidayət Axundovla əlaqə saxlayıb, ətraflı məlumat ala bilərsiniz. Yalnız onu deyə bilərik ki, yaxın zamanda işıq dirəkləri şəhərin bütün küçələrində yenisi ilə əvəz olunacaq", —deyə Şəbəkədən Sputnik-ə bildirildi.

Mühəndis Hidayət Axundovla əlaqə yaratdıq. Məsələdən xəbərdar olduğunu bildirsə də, Qazax rayon Elektrik Şəbəkəsinin işçilərindən fərqli olaraq o, arxa məhəllələrdə dəyişməyən işıq dirəklərinin yenisi ilə əvəz olunmayacağını dedi: "İşi aparan podratçı təşkilatın adını bilməsəm də, sualınıza cavab olaraq deyim ki, yeniləmə yalnız köhnə dirəklərə aiddir. O biri beton və köhnə dəmir dirəklər möhkəm olduğuna görə, yerində saxlanıb".

Xəbər lenti
0